“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
18.03.2013, 16:36
1630

Azərbaycan tarixi günbəgün: 18 mart

A- A+

18 mart 1927 - V Ümumazərbaycan sovetlər qurultayında Azərbaycan SSR-nin ikinci Konstitusiyası qəbul edilib.

18 mart 1901 - Rusiya hökuməti imperiyanın mərkəzi vilayətlərindən Azərbaycan ərazisinə - Mil və Muğan düzlərinə 40 min kəndlinin köçürülməsi barədə qərar qəbul edib. Bu, imperiyanın milli əyalətlərdə həyata keçirdiyi ruslaşdırma siyasətinin tərkib hissəsi idi. Köçürülmə nəticəsində Azərbaycanın sözügedən bölgələrində onlarla rus yaşayış məntəqəsi yarandı.

 

18 mart 1918 - Erməni quldur dəstələri Şamaxıda azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar həyata keçiriblər. Öldürülənlər arasında Rusiya I Dövlət Dumasının (1906-1907) deputatı Məmmədtağı Əliyev də vardı. Bir neçə gündən sonra azərbaycanlı əhaliyə qarşı qətliamlar İrəvandan Bakıyadək əksər bölgələri əhatə etdi.

 

18 mart 1927 - V Ümumazərbaycan sovetlər qurultayında sovet Azərbaycanının ikinci Konstitusiyası qəbul edilib. Həmin vaxtadək respublikanın siyasi, iqtisadi quruluşunda zorakı metodlarla həyata keçirilmiş dəyişikliklər yeni Konstitusiyaya salındı.

 

18 mart 1992 - BMT baş katibinin xüsusi nümayəndəsi Sayrus Vens Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətlə tanış olmaq üçün Bakıya gəlib. BMT rəsmisi Bakıdan sonra Yerevan və Xankəndiyə səfər edib.

 

18 mart 1994 - Erməni silahlı dəstələri Xankəndi səmasında İranın «Herkules» təyyarəsini raketlə vurublar. Təyyarədə olan 34 iranlı diplomat və ailə üzvləri həlak olublar. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi