“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
08.10.2013, 09:27
1326

8 oktyabr

A- A+

8 oktyabr 2009 - Görkəmli yazıçı Əlibala Hacızadə vəfat edib...

Azərbaycan

 

8 oktyabr 2009 - Görkəmli yazıçı Əlibala Qüdrət oğlu Hacızadə (28.8.1935, Biləsuvar, Ağalıkənd - 2009) vəfat edib. “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim”, “Dünyanı tanı”, “Unutmaq olmur”, “Möcüzə” və digər roman, povest və hekayələrin müəllifi kimi geniş oxucu rəğbəti qazanıb.

 

Dünya

 

8 oktyabr 1848 - Flamand əsilli fransız musiqiçisi, «İnternasional» himninin bəstəkarı Pyer Degeyter (Pierre Degeyter, (1848-1932) anadan olub.

 

8 oktyabr 1892 - Məşhur rus şairəsi, yazıçı Marina Svetayeva (1892 – 31.8.1941) anadan olub. Əsərləri: “Qırmızı at üstündə” (poema), “Mənim Puşkinim”, “Əsir ruh” (nəsr) və s.

 

8 oktyabr 1920 - Amerika fantast yazıçısı Frenk Herbert (Frank Patrick Herbert, 1920-1986) anadan olub.

 

8 oktyabr 1925 - Rus yazıçısı, dissident Andrey Sinyavski (əsl adı Abram Ters; 1925-1997) anadan olub. Əsərləri: “Məhkəmə gedir”, “Lyubimov”, “Xorda səs”.

 

8 oktyabr 1931 - Rus yazıçısı, siyasi detektivlər müəllifi Yulian Semyonov (1931-1993) anadan olub. Əsərləri: «Baharın on yeddi anı», SİTA bəyan edir...”, “Ekspansiya”.

 

8 oktyabr 1936 – Rusiyanın Xalq artisti, məşhur aktyor Leonid Kuravlyov anadan olub. Filmləri: “İvan Vasilyeviç peşəsini dəyişir” (Miloslavski), “Baharın on yeddi anı” (Aysman) və s.

 

8 oktyabr 1939 - Avstraliya kinoaktyoru Pol Hoqan (Paul Hogan) anadan olub. Məşhur filmi: “Timsah Dandi”.

 

8 oktyabr 1948 - Fransız aktrisası Klod Jad (Claude Jade, 1948-2006) anadan olub. Filmləri: “Tehran-43”, Oğurlanmış öpüşlər”, “Ailə ocağı”. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi