“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
02.04.2013, 09:23
1773

2 aprel

A- A+

2 aprel danimarkalı nağılbaz Hans Kristian Andersenin xatirəsinə ehtiram olaraq “Beynəlxalq uşaq kitabı günü” kimi qeyd olunur...

Azərbaycan

 

2 aprel 1870 - Şair Azər Məcid oğlu İmaməliyev (1870-8.8.1956) Bakının Buzovna kəndində doğulub. Felyetonlar yazıb, fars dilindən tərcümələr edib. 

 

2 aprel 1932 - Ədəbiyyatşünas, tərcüməçi, professor Xeyrulla Salman oğlu Əliyev anadan olub.

 

2 aprel 1993 - Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu işğalı ediblər. İşğal nəticəsində rayonun 61 min sakini didərgin düşüb, rayon mərkəzi, 150-yə yaxın kənd, onlarla tarixi-mədəniyyət abidəsi, muzey, "İstisu" sanatoriyası xarabazara çevrilib.

 

Dünya

 

2 aprel 1805 - Danimarkalı yazıçı, dünya şöhrətli nağılbaz Hans Kristian (Christian) Andersen (1805-1875) anadan olub. Andersenin xatirəsinə ehtiram olaraq 2 aprel “Beynəlxalq uşaq kitabı günü” kimi qeyd olunur. 

 

2 aprel 1834 - Fransız memarı Frederik Ogüst Bartoldi (Frederic Auguste Bartholdi, 1834-1904) anadan olub. Nyu-Yorkda ucaldılmış məşhur “Azadlıq” heykəlinin müəllifidir.

 

2 aprel 1840 - Görkəmli fransız yazıçısı, naturalizm ədəbi cərəyanının nəzəriyyəçisi Emil Zolya (Emile Zola; 1840 - 29.9.1902) anadan olub. İyirmi romandan ibarət “Ruqonlar və Makkarlar” epopeyasının müəllifidir. 
 

2 aprel 1891 - Fransız-alman rəssamı, memar, müasir incəsənətdə sürrealizmin banilərindən biri Maks (Max) Ernst (1891-1976) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi