“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
09.01.2013, 10:09
1380

9 yanvar

A- A+

9 yanvar 1903 - Azərbaycan teatrının tanınmış simalarından olan Ülvi Rəcəb anadan olub...

Azərbaycan

 

9 yanvar 1903 - Azərbaycan teatrının tanınmış simalarından olan Ülvi Rəcəb (Ülvi Rəcəb Molla oğlu Şaşıqzadə; 1903-1938) Batumi yaxınlığındakı Canivri kəndində doğulub. Batumidə teatr tamaşalarında, 1922-ci ildən Tiflisdəki Azərbaycan teatrında çıxış edib. 1925-ci ildə Bakıya gəlib və Milli Dram Teatrında işləməyə başlayıb. Stalin repressiyalarının qurbanı olub. 1938-ci ilin yanvarın 2-də güllələnib.

 

9 yanvar 1930 – Yazıçı, ssenarist Faiq Feyruz oğlu Dərgahov (1930-1984) anadan olub.

 

9 yanvar 1949 - Xalq artisti İlham Namiq Kamal (Əhmədov) anadan olub. Milli Dram, Gənclər, Musiqili Komediya teatrlarında çalışıb. «İlham» Miniatür Teatrını yaradıb. “Qayınana” (İlqar), “Bəyin oğurlanması”, “Qızıl qaz” və s. filmlərdə, televiziya tamaşalarında (“Evləri köndələn yar”, “Kişilər” və s.) maraqlı obrazlar yaradıb. 2005-ci ildən Musiqili Komediya Teatrında aktyor-rejissor işləyir. Mədəniyyət və İncəsənət Universitetinin professoru, «Estrada sənəti» kafedrasının müdiridir.

 

9 yanvar 1991 - “Molodyoj Azerbaydjana” qəzetinin xüsusi müxbiri Salatın Əsgərova (1961-1991) Laçın rayonunun Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilib. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 

 

9 yanvar 2016 - Xalq şairi Zəlimxan Yusif oğlu Yaqub (21.1.1950 – 2016) vəfat edib. “Könlümün səsi”, “Yolum eldən başlanıb”, “Od aldığım ocaqlar”, “Bir əlim torpaqda, bir əlim haqda”, “Şairin taleyi” və s. kitabların müəllifidir. Milli Məclisin deputatı (1995-2005), Azərbaycan Aşıqlar Birliyinin sədri (2008-2016) olub.

 

Dünya

 

9 yanvar 1590 - Fransız monumentalist rəssamı Simon Vue (Simon Vouet, 1590 - 1649) anadan olub.

 

9 yanvar 1890 - Görkəmli çex yazıçı-dramaturqu Karel Çapek (Karel Capek, 1890 - 1938) anadan olub. Əsərləri: “Mütləqiyyət fabriki”, “Meteor”, “Səməndər quşları ilə müharibə” romanları, “Makropulos vasitəsi”, “Ana” pyesləri və s.

 

9 yanvar 1908 - Fransız yazıçısı, filosof Simona de Bovuar (Simone de Beauvoir; 1908-1986) anadan olub. Əsərləri: “Gözəl şəkillər”, “Naringilər”, “Çox asan ölüm” və s. Məşhur filosof Jan-Pol Sartrın həyat yoldaşı olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi