Dil və mədəniyyət
Azərbaycanda miladdan əvvəl genetik və tipoloji cəhətdən müxtəlif dillərdə danışan tayfa və xalqların yaşamış, şəhər mədəniyyətinin binası qoyulduğu zamandan burada çoxdillilik mövcud olmuşdur...
Mədəniyyətin çox mühüm tərkib hissəsi dil mədəniyyətidir. Dil və mədəniyyət məsələsi zaman-zaman həm dilçilikdə, həm də fəlsəfi elmlərdə (etika, estetika, məntiq, mədəniyyətşünaslıq və s.) tədqiq olunsa da, fundamental şəkildə araşdırılmamışdır.
Azərbaycanın coğrafi mövqeyi, burada qədim şəhər mədəniyyətinin mövcudluğu, hələ miladdan əvvəl Azərbaycanda Manna, Midiya dövlətlərinin yaranması, Azərbaycan torpaqları uğrunda Assuriya və Urartu dövlətləri arasında uzun sürən müharibələr və s. Azərbaycanda miladdan əvvəl genetik və tipoloji cəhətdən müxtəlif dillərdə danışan tayfa və xalqların yaşaması haqqında fıkir söyləməyə əsas verir. Həmin tarixi hadisələr araşdırıldıqda məlum olur ki, bu ərazidə şəhər mədəniyyətinin binası qoyulduğu zamandan Azərbaycanda çoxdillilik mövcud olmuşdur.
Azərbaycan ərazisində qədimdən yaşayan müxtəlif mənşəli etnoslar (türklər, iranlılar, iber-qafqazlar və s.) öz dillərini, adət-ənənələrini indiyə qədər mühafizə etmələrinə baxmayaraq ölkədə aparıcı etnokulturoloji mövqe hələ orta əsrlərdən etibarən məhz Azərbaycan türklərinə məxsusdur. Məsələ elə burasındadır ki, həmin türk etnosları Azərbaycana təxminən min beş yüz illik bir dövr ərzində tədricən gəlib məskunlaşmış, xalq olaraq məhz burada (Azərbaysanda!), qeyri-türk etnoslarının əhatəsində formalaşmışdır. Müasir Azərbaycan dilinin xüsusilə Şimal regionlarında hun-qıpçaq tayfa dillərinin element mövcudluğu bunu təsdiq edir. Və buraya həmin regionlarda bu günə qədər mühafizə olunan bir sıra qədim hun-qırçaq antroloji, etnoqrafik etnopstxoloji göstəricilərini də əlavə etmək olar. Azərbaycanda (xüsusilə onun Cənubunda) axırıncı türk məskunlaşmaları orta əsrlərin sonuna təsadüf edir.
Beləliklə, deyilənlərdən aydın olur ki, Azərbaycanın türkləşməsi prosesi iki mərhələdən ibarətdir:
I mərhələ (eramızın əvvələrindən I minilliyin axırlarına qədər olan dövr) hun-qıpçaq mərhələsi;
II mərhələ (I minilliyin sonu II minilliyin əvvələrinə qədər olan dövr) oğuz-səlcuq mərhələsi.
Azərbaycanın Şimalında əsasən hun-qıpçaqlar, Cənubunda isə oğuzlar məskuniaşmışlar. III-IV əsrlərdə cənubdan Sasanilər Azərbaycanı İşğal edərək iqamətgahlarını Təbrizə köçürürlər. Bir qədər sonra isə müxtəlif Şimali Qafqaz tayfaları Şimaldan hunlar və xəzərlərin Qafqaz Albaniyasını ələ keçirməsi Azərbaycanda çoxdilliliyin daha geniş yayılmasına səbəb olur. İslamın meydana çıxması ilə Sasani sülaləsi hakimiyyətinə son qoyulur. Atlantik okenından Hindistana və Çinə qədər geniş bir ərazidə yayılan ərəb xəlifəliyi islam dini ilə birlikdə ərəb dilini də Azərbaycana gətirdi.
Məlumdur ki, VIII əsrdən etibarən Azərbaycanda islam, zərdüştlük və xaçpərəstlik dinlərinə etiqad olunurdu. Buna görə də əsasən Azərbaycan, fars və ərəb dilləri əsas ünsiyyət vasitəsi idi. Azərbaycanın Bərdə, Şamaxı, Gəncə, Naxçıvan, Ərdəbil, Marağa, Təbriz və s. şəhərlərində ticarətin genişlənməsi, mədəniyyətin tərəqqisi Hindistan, Rusiya, Orta və Ön Asiya, Suriya, İraq, Misir, Kiçik Asiya ölkələri ilə ticarət münasibətlərini gücləndirir. Bu isə ölkədə çoxdilliliyin inkişafına imkan verir. Bildiyimiz kimi, VIII-X əsrlərdə Azərbaycanda ərəb dili elm, fars dili şer, Azərbaycan dili isə ümum ünsiyyət dili funksiyasını daşıyırdı. VII-IX əsrlərdə ayrı-ayrı köçəri ərəb tayfa və qəbilələrinin Azərbaycana gəlməsi, bəzi İran dilli xalqların azərbaycanlılarla isti münasibətləri Azərbaycan dilinin ümumünsiyyət funksiyasına bir o qədər də təsir edə bilməmişdir. Orta əsrlərdə müsəlman mədəniyyətinin və idelogiyasının dili kimi tanınan ərəb dilinin, poeziyaya xüsusi ahəng verən fars dilinin ziyalılar içərisində geniş yayılması üçün real şərait yarandı.
Lakin buna baxmayaraq, nə VII-IX əsrlərdə Azərbaycanın bəzi rayonlarına-Bərdəyə, Qazaxa, Qəbələyə, Şamaxıya və s. köçmüş ərəblər, İrandan və Şimaldan gələrək Azərbaycanda məskunlaşmış bəzi irandilli qəbilələr, nə də müxtəlif dillərdə danışan yerli cammaat, o cümlədən albanlar nəinki Azərbaycan dilinin unudularaq aradan çıxmasına, hətta ərəb, İran və albandilli xalqlar asanlıqla öyrəndikləri Azərbaycan dilində danışmaqla ölkəmizdə çoxdilliliyin inkişafında xüsusi rol oynadılar. Miladın II-III əsrlərindən ölkəmizin ərazisində Azərbaycan dilinin ümumünsiyyət dili olmasına baxmayaraq XI-XII əsrlərdə oğuzların, səlcuqların və qıpçaqların Azərbaycana kütləvi gəlişi fars dilinin rəsmi dövlət dili qəbul edilməsinə səbəb oldu. Bu dövrdə fəaliyyət göstərən mədrəsələrdə dərslər əsasən fars və ərəb dillərində aparılırdı.
Türk yazılı ədəbi dillərinin, o cümlədən Azərbaycan yazılı ədəbi dilinin inkişafı XIII əsrlə əlaqədardır. Türk ədəbi dillərinin məhz XIII əsrdə inkişafının aşağıdakı səbəbləri var:
1) Türk dillərinə aid ümumtürk yazılı abidələrinin mövcudluğunun qədimliyi,
2) İslam dini ehkamlarının xalqa türk dillərində çatdırılmasının zəruriliyi,
3) Fars və ərəb dilli ədəbiyyatın təsiri.
Məlumdur ki, 1259-cu ildə Xacə Nəsrəddin Tusi (1201-1274) Marağa rəsədxanasının əsasını qoymuş və 400000 nüxsədən artıq kitab fondu olan kitabxana yaratmışdır. Şərq ölkələrinin mədəniyyət tarixində orta əsrlərin ən böyük rəsədxanası olan bu rəsədxanada azərbaycanh Fəxrəddin Marağayi və Şəmsəddin Şirvani Şərq ölkələrinin bir çox alimləri ilə birgə fəaliyyət göstərmişlər. Xacə Nəsrəddin Tusi bununla bərabər müxtəlif elm sahələrini tədqiq və tədris edən böyük bir akademiya, Təbrizdə Darüş-Şəfa adlı tibb akademiyası yaratmışdır. Zəngin kitabxanaya, mədrəsəyə, rəsədxanaya və xəstəxanaya malik olan bu akademiya Şərq ölkələrinin mədəniyyətinin tərəqqisində mühüm rol oynamışdır. Burada həm işləyən, həm də təhsil alanların əksəriyyəti üç dil-ərəb, fars və Azərbaycan dilini mükəmməl bilmişlər.
Ümumiyyətlə, Həsənoğludan, Nəsimidən və Qazi Bürhanəddindən başlamış XIX əsrin I yarısına kimi Azərbaycanın mədəniyyət və ictimai fikir tarixində elə ziyalımız olmamışdır ki, ərəb, fars və Azərbaycan dillərini bilməsin. Elə Həsənoğlunun dövrümüzə gəlib çatmış üç qəzəlindən biri fars, ikisi isə azərbaycan dilindədir.
Bu qəzəllərə diqqətlə nəzər saldıqda şairin ərəb dilinə də bələdliyini görmək olar. Nəsiminin fars və azərbaycan dillərində “Divan”ının və ərəb dilində qəzəllərinin olması onun da üç dili yaxşı bilməsini söyləməyə əsas verir. Qazi Bürhanəddinin ancaq Azərbaycan dilində yazdığı qəzəl, rübai və tuyuqlarında ərəb və fars dillərinə məxsus elə birləşmələr vardır ki, belə birləşmələrdən ancaq üç dili (azərbaycan, fars, ərəb) sərbəst bilən şəxs istifadə edə bilər.
Tarixdən məlumdur ki, 1501-ci ildə Azərbaycanda ilk mərkəzi feodal dövləti yaratmış Səfəvilər sülaləsi meydana gəlir. Elə həmin il Təbrizdə Azərbaycan şahı elan olunan I Şah İsmayıl Xətainin tarixdə ən böyük xidməti odur ki, o Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırıb. Bir sıra Avropa dövlətləri ilə siyasi əlaqələr yaradan Şah İsmayıl özü də Azərbaycan və fars dillərində gözəl poeziya nümunələri yaratmışdır.
XVI əsrdə bu üç dildən böyük məharətlə istifadə edən dahi şairimiz Məhəmməd Füzulidir. O, azərbaycanca, farsca, ərəbcə bir çox bədii və fəlsəfi əsərlərin müəllifidir. 1587-ci ildə I Şah Abbas Səfəvi hakimiyyətə gəlir və paytaxtın Qəzvindən İsfahana köçürülməsi Azərbaycan dilinin nüfuz dairəsini daha da genişləndirir. Onun hakimiyyəti ərzində yalnız Azərbaycanda deyil, hətta İranda da hakimlik edən səfəvilərin Avropa öləkələri və Rusiya ilə əlaqələri daha da möhkəmləndi, “Buna görə də XII əsrdə Avropaya köçmüş yarıac, dərvişvari həyat sürməyi əsas tutan karmaletlərin, Avropa səyyahlarının və missionerlərinin Azərbaycana və İrana güclü axını XVI-XVII əsrlərə təsadüf edir. Səfəvilər hökumətində ikidilliliyin canlı şahidi olan bu səyyah və missionerlər İsfahanda, Təbrizdə, Ərdəbildə və Şamaxıda fars dili ilə yanaşı, Azərbaycan dilinə də böyük həvəs göstərirdilər”.
XVII əsrdə Saib Təbrizi, Qövsi Təbrizi, Fədai, Məhəmməd Əmani, Məsihi və başqa şairlər, XVIII əsrdə Nişat Şirvani, Şakir Şirvani, Zülali, ədəbi poetik dili xalq dilinə uyğunlaşdırmaqda xüsusi rol oynamış Molla Vəli Vidadi, Molla Pənah Vaqif Azərbaycan dilinin inkişafında, zənginləşməsində əvəzsiz xidmətlər göstərmişlər.
Beləliklə, demək olar ki, IX əsrin əvvəllərindən başlayaraq XIX əsrin əvvələrinə qədər həm Azərbaycanda, həm ərəb ölkələrində, həm də İranda bəzi mədrəsələrdə təhsil alan hər bir azərbaycanlı ərəb, fars və Azərbaycan dillərini yaxşı bilmişlər. Azərbaycan hüdudlarında yaşayan başqa xalqların nümayəndələri isə (albanlar, ərəblər, ruslar, ləzgilər və b.) öz ana dillərindən əlavə Azərbaycan dilini də bilmişlər. Hətta VIII-IX əsrlərdə Azərbaycana köçürülmüş ərəblər, daha sonralar bəzi irandilli xalqlar, albanlar öz ana dillərini unudaraq, bütünlüklə Azərbaycan dilində danışmışlar.
XIX əsrin əvvələrində Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsindən sonra əhalinin ziyalı təbəqəsi ərəb, fars dilləri ilə yanaşı rus dilini də öyrənməyə həvəs göstərdilər. Doğrudur, yuxarıda qeyd etdiyimiz kimi hələ səfəvilər dövründən azərbaycanlı diplomatlar, tacirlər və səyyahlar arasında rus dilində danışanlar olmuşdur, lakin rus dilinin Azərbaycanda daha geniş yayılması məhz XIX əsrin əvvəllərindən başlanır. Bu dövrdə Tiflisdə, Bakıda və Zaqafqaziyanın digər şəhərlərində Rusiya imperiyası tərəfindən açılan müxtəlif idarələrdə tərcüməçilərə böyük ehtiyac yaranır. Fars, ərəb, rus dillərini mükəmməl bilən Abbasqulu ağa Bakıxanov Qüdsi 1819-cu ildə general Yermolov tərəfindən Tiflisə dəvət oiunur. O, (A.Bakıxanov) İ.İ.Qriqoryevlə birlikdə 1852-ci ildə Azərbaycan dilinin rusca müntəxəbatını tərtib etmiş və 1855-ci ildə azərbaycanca-rusca oxu və tərcümə kitabını hazırlamışdı. Tiflis gimnaziyasının müəllimi, Azərbaycanın böyük şairi Mirzə Şəfi Vazeh Azərbaycan, fars, ərəb, türk və rus dillərini mükəmməl bilmiş və 1855-ci ildə nəşr etdirdiyi dərsliyin sonunda azərbaycanca-rusca lüğət də vermişdir.
XIX əsrdə neft səneyesinin inkişafı Bakını Rusiyanın böyük sənaye mərkəzinə çevirdi. Əhalinin milli tərkibi zənginləşdi. O dövrdə, azərbaycanda 30 millətin nümayəndəsi yaşayır və fəaliyyət göstərirdi. Yalnız neft sahəsində işləyənlərin elə 25 faizi ruslardan ibarət idi. XX əsrin əvvəllərində Bakıda rus və Azərbaycan dillərində müxtəlif mətbuat orqanlarının fəaliyyət göstərməsi, Azərbaycanın iri sənaye şəhərlərində müxtəlif ruhlu dərnəklərin, qrupların fəaliyyəti, Rusiyanın bir çox şəhərlərinə təhsil almaq üçün gedən ziyalıların fəaliyyəti nəticəsində dil ilə birgə mədəniyyətimiz də zənginləşir, inkişaf edirdi. Bütün bu yuxarıda danışdıqlarımızdan bir daha aydın olur ki, dil ictimai hadisədir. Onun meydana çıxmasında əsas yeri bioloji amillərin tutmasına baxmayaraq, dilin sonrakı inkişafı ictimai amillərlə bağlıdır. Dil mədəniyyətin ən mühüm vasitəsi və aparıcısı olmaqla onun bütün sahələrini əhatə edir.
Dünyada mövcud olan 3000-dən çox dildən yalnız 250-si ədəbi dil kimi istifadə olunur. Qeyd olunan 3000-dən çox dilin «...4-ündə 100 ınilyondan çox, 6-da 50 milyonadək, 50-də 1 milyondan 10 milyonadək, qalan dillərdə isə 10 mindən 1 milyonadək adam danışır. Belə ki, bütün dünyada öz yazısı olan cəmi 250 ədəbi dil vardır. Amma bu dillərin zəngin folklor materialları mövcuddur. Dünya dilləri içərisində cəmi 6 dil BMT-nin rəsmi dili kimi qeydə almmışdır. Onlar aşağıdakılardır: ingilis, rus, fransız, ispan, çin və ərəb. Dünyada ən çox yayılmış 13 dil mövcuddur ki, onlar da dünyanın 65 ölkəsinin dövlət dilidir. Dünyanın 20-dən çox ölkəsində ispan, 15 ölkəsində ingilis, 13 ölkəsində ərəb, 9 ölkəsində fransız, 3 ölkəsində alman, 2 ölkəsində portegiz dili dövlət dilidir. Deməli, dünyanın 60 ölkəsi cəmi beş dildə danışır”
Dünyada ən çox yayılmış dillərdən biri rus dilidir. Bu dil keçmiş sovetlər birliyi, indiki MDB ölkələrində geniş yayılmış, çox vaxt rəsmi dövlət sənədləri belə rus dilində tərtib olunmuşdur. Azərbaycan müstəqilliyinin qazandıqdan sonra bütün dövlət strukturlarında yazışmalar öz doğma ana dilimizdə aparılır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə 1 avqust 2001-ci il tarixdən isə latın əlifbasına keçilmişdir.
Bütün bu deyilənlərdən bir daha aydın olur ki, dil və yazı mədəniyyət sistemində özünəməxsus yer tutur. Belə ki, müasir dövrün mühüm şərtlərindən biri insanların elmi-texniki biliklərə yiyələnməsidir ki, bu da ancaq təhsil vasitəsilə həyata keçirilir. Məlumdur ki, bir çox insan nəslinin əməyi ilə qazanılmış nailiyyət sonra asanlıqla hətta uşaqlar tərəfindən mənimsənilir və tərəqqinin mahiyyəti də elə bundadır. Lakin unudulur ki, insan bunun üçün məhz dilə borcludur. Mədəniyyətin tarixi inkişafının ayrı-ayrı mərhələləcində insanın təfəkkür və ünsiyyət fəaliyyətinin ehtiyaclarına uyğunlaşdıqca dil də inkişaf edir, zənginləşir, dolğunlaşır. İnsan fəaliyyətinin bütün əsrarəngizliyini və əlaqəsini, tarixən qazanılmış mədəniyyətin anlamlar xəzinəsi, insan mənəviyyatının sonsuz zənginliyini əks etdirmək ehtiyacı ədəbi dili, onun funksional üslublarını, ifadə imkan və vasitələrini daima təkamülə, inkişafa məcbur edir.
Mənbə: Sədaqət Məmmədova. “Mədəniyyətşınaslıq” (dərs vəsaiti). Bakı, “Kooperasiya” nəşriyyatı, 2001.