“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.12.2014, 14:11
1846

Mirzə Məhəmməd Katib (1833-1888)

A- A+

Mirzə Məhəmməd Məşədi Bayram oğlu Katib 1833-cü ildə Şuşada doğulmuşdur. Təhsilini mollaxanada almış, mahir xəttat olmuşdur. "Məclisi-fəramuşan"ın yığıncaqlarında fəal iştirak edən Katib müasirləri ilə yaxın dostluq münasibətləri saxlamış, onların bəziləri ilə məktublaşmışdır. Şair 1888-ci ildə vəfat etmişdir.

Mirzə Məhəmməd Katib “Növrəs” təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Şuşada fəaliyyət göstərən "Məclisi-Fərəmuşan" şairlər yığnağının üzvü idi. O, ərəb, fars dillərini kamil bilməklə, rus və erməni dillərini də tamam-kamal öyrənmişdi.

Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar. Salman Mümtaz Katibi kamil sənətkar kimi oxuculara təqdim etmişdi.

Mirzə Məhəmməd Katib şeirlərini həm klassik üslubda, həm də aşıq şeiri tərzində yazmışdır. Əsərlərindən nümunələr bəzi təzkirə səhifələrində qalmaqdadır. Buradakı şeirlər Mir Möhsün Nəvvabın təzkirəsindən və "Poetik məclislər" (1987) kitabından götürülmüşdür.

* * *

Qəzəllər

Vücudun olmasa, hec olmasın bahar, ey dust,

Üzündən ayrı nədir seyri-laləzar, ey dust?

Məqami-eyşdə tut bir əyaq ilə əlimi,

Məni əyağə salıbdır bu ruzigar, ey dust.

Bu şuri-eşqdə dovri-muxalifi-gərdun

Nə edəcək mənə, lutfun ola həsar, ey dust?

O tari-zulfə, aman, urma şanə, tarıya bax,

Ki, könlüm aşiyanəsidir, etmə tarmar, ey dust.

Əgər o qaşlarını əyri tiğə oxşatsam,

Görüm, məni kəsə hər ləhzə zülfüqar, ey dust.

Öləm, mənimlə gedər qəbrə atəşi-eşqin,

Rəqiblə gəzəsən, od tutar məzar, ey dust.

Bu qəddu-qamət ilə bağa gər xuram edəsən

Ki, payi-bəndin olu sərvi-cuybar, ey dust.

Məni cevir başına, öldürüb xilas eylə,

Bu həsrət ilə qoyma intizar, ey dust.

Şəbani-hicrdə Katib nə qədər intizar cəkib,

Nə vəqtədək olacaq ceşmi əşkbar, ey dust?

* * *

Gün səni gormək ilə cərxdə avarə duşub,

Sər burohnə o səbəbdən dəru divarə düşüb.

Yerdə ol şuxi gorub, cərxdə baxdım qəmərə,

Deyəsən, parələnib məh, yerə bir parə düşüb.

Vaiza, mən eləmə, zulfunə meyl etsəm əgər,

Bu belə əsrdi, islam işi kuffara düşüb.

Lalə bağrına cəkib dağ görüb gül üzünü,

Xiclətindən qaralıb, daməni-kuhsarə düşüb.

Nisbəti yox sənə ayın ki, onun vəchi budur,

Əksi-ayinə uzundən goyə bir parə düşüb.

Eşq bimarı olan aşiqə cun baxdı təbib,

Qəmzeyi-nərgisi-bimarın ona carə düşüb.

Buyi-zulfun eşidib badi-səbadən nagəh,

Ondan ötrü bu cölə Katibin avarə düşüb.

* * *

Murği-dil aşiq olub qaməti-rənayə baxar,

Qumriyi-sərv kimi sərvi-duarayə baxar.

Dəyişib halını ol zulfi-muənbər, nə deyim,

Nə bu əhvalə, nə başımdakı sövdayə baxar.

Məni zunnarpərəst etdi xətakar gözüm,

Bəli, Sənan olu hər kim ki, o tərsayə baxar.

Yar olağında barı surəti-divar olasan,

Xoş onun halına kim, surəti-zibayə baxar.

Eyd olur aşiqə əbruyi-hilalını görə,

Rəsmdir, cünki camaat yığılıb ayə baxar.

Aşiqin görsə səni, taqəti-didar olmaz,

Necə tab eyləyə bir goz ki, təcəllayə baxar?

Nə yazım şeir, yenə Katibi-bimar oldum

Kim, xəyalilə gözum nərgisi-şəhlayə baxar.

* * *

Hiç aşiq naümid-i vesl-i canan olmasın,

Aşige dünyada canan olmasa, can olmasın.

Eylemiş ezm-i şikar, ol şahibaz-i izz ü naz,

Könlümü seyd etməyə, ya rəb, peşiman olmasın.

Bivəfa, əğyarə meyi etdin, dexi bundan belə,

Ləli nabın həsrətilə bağrımız qan olmasın.

Çıxma, övcə zülfünü göstərmə iman əhlinə,

Görmə bu zülmi rəva əsla müsəlman olmasın.

Gözyaşım seylabə döndü, yıxdı xanimanımı,

Olsa hər mənzilde su, olmaz ki, viran olmasın.

Kim ki, təhrik eylədi, saldın nəzərdən Katibi,

Namurad olsun, onun dərdinə dərman olmasın.

* * *

Qoşmalar

 

Səhər-səhər durub qıya baxanda,

Düşgünüyəm mən o ala gözlərin.

Badə nə lazımdı, sevdiyim, mənə,

Məst eyləyib o piyalə gözlərin.

 

Qəmzeyi-cəlladın nə xunxar imiş,

Canım alan, bəlli, sitəmkar imiş,

Bu zalımda nə fitnələr var imiş!

Salar məni haldan-hala gözlərin.

 

Sən gozəlsən, bədrlənmiş ay kimi,

Mən aşiqəm, goz yaşım var cay kimi,

Əyilmişəm qaşın kimi, yay kimi,

Qəddimi dondərib dala gözlərin.

 

Zülfün aldı bu şikəstə konlumu,

Eylədi tarına bəstə konlumu,

Mən istəməm dəxi xəstə konlumu,

İndi nə var məndə ala gözlərin?

 

Hər zaman cəkərəm yuz min ahu zar,

Nə rəhmin var cana, nə murvətin var.

Katib olub hicrində zaru əfkar,

Nə rəvadır gozdən sala gozlərin.

Sevgilim, mən sənin bə* * *ndivanınam,

Sən gəzirsən naməhrəmlər icində.

Gözəl idin, gözəl adın var idi,

Bədnam oldun mohtərəmlər icində.

 

Dost yanında yaxşı sozum otmədi,

Səri-zülfün şövqu sərdən getmədi,

Ömrüm kecdi, əlim yara yetmədi,

Can üzüldü dərdü qəmlər icində.

 

Gozəllikdə sənə olmaz qərinə,

Qoymaq olar səni huri yerinə,

Sənsiz əgər girsəm xuldi-bərinə,

Guya qallam cəhənnəmlər icində.

 

Qaşın kimi olmaz cərxin hilalı,

Əydi məni əyri zulfun xəyalı,

Əlif qəddim qəbul eylədi dalı,

Məşhur oldum qəddi xəmlər icində.

 

Sənan kimi ollam aşiqi-rusva,

Əğyarı bəyəndi zalimi-tərsa,

Katibəm, neyləyim katibi-qəza,

Yazdı məni bəxti kəmlər icində.

* * *

Mənbə:

XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005, 424 səh.

 

Xəbərlər
Redaktorun seçimi