“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.12.2014, 18:41
1904

Əbusəid Əhməd Bərdəi (? - 929)

A- A+

Əbusəid Əhməd Hüseyn oğlu Bərdəi (? - 929) filosof, hüquqşünas və ilahiyyatçı alimdir. O, Bərdə şəhərində doğulub boya-başa çatmış və ömrünün bir hissəsini vətəndən uzaqlarda keçirmişdir.

Xətib Bağdadi yazır: “O (Əbusəid Əhməd Bərdəi – red.), ziyarətçi kimi Bağdada gəlmiş, sonra isə orada yaşamışdır. Qazi Əbu Abdulla Səyməri söhbət edib mənə dedi ki, Əbusəid Əhməd Hüseyn oğlu Bərdəi Əbuəli Dəqqaq və Musa ibn Nəsirdən elm öyrəndi, ondan isə Əbülhəsən Kərxi, Əbutahir Dəbbas, Əbuəmir Təbəri və başqaları təhsil alırdılar”.

Əbusəid Əhməd Bərdəi  illərlə Bağdadda qalıb dərs dedi.

İbn-əl-Nadim (? - 1047) Əbusəid Əhməd Bərdəidən söz açarkən onun kitabları olduğunu qeyd edir. Başqa müəlliflər isə müsəlman hüququna dair bir çox əsərlər yazmış Əbülhəsən Kərxinin (874-952) tez-tez Azərbaycan aliminin yanına gedib-gəldiyini və ondan çox faydalandığını göstərirlər.

Əbusəid Əhməd Bərdəi mənbələrdə hənəfiliyin və mütəzilliyin görkəmli  nümayəndəsi kimi səciyyələndirilir.

* * *

Mənbə:

Закир Мамедов. «Азербайджанские философы и мыслители Средневековья». – Баку, 1993.

 

Xəbərlər
Redaktorun seçimi