“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.12.2015, 15:55
1719

Nakam gənc rəssamın “İz”i

A- A+

Faciəli şəkildə dünyasını dəyişmiş Cavid Bayramlının xatirəsinə həsr olunmuş sərgi

26 dekabr 2015-ci il tarixində “Abşeron” qalereyasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən Cavid Bayramlının xatirəsinə həsr olunan “İz” adlı sərginin açılışı keçirilib.

Sərgidə 1992-ci il təvəllüdlü gənc rəssam, 2014-cü il 25 yanvarında paytaxtın Heydər Əliyev prospektində sökülməkdə olan binanın uçması nəticəsində faciəvi şəkildə dünyasını dəyişmiş Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sonuncu kurs tələbəsi Cavid Bayramlının əsərləri nümayiş olunur. Nakam gəncin keramika və qrafika əsərlərinin böyük əksəriyyəti ilk dəfə idi ki, sərgiyə çıxarılıb.

Tədbiri giriş sözü ilə açan Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev Cavid Bayramlının gənc rəssam-keramik kimi yaradıcılığından danışdı.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov çıxışı zamanı Cavidin yaradıcılığını onun atası mərhum rəssam-keramik Ədalət Bayramlı ilə müqayisə etdi.

Mərhumun anası Cəmilə Bayramlı sərginin təşkili və oğlunun xatirəsinin anılmasına görə təşəkkürünü bildirdi.

Bəstəkar Məryəm Əlibəyli, rəssamlar Mehriban Zeynalova, Yusif Mirzə, Məhəmməd Orucovun rəssamla bağlı xatirələrini bölüşdülər. 

Sonda layihə rəhbəri Azad Xanəlizadə sərginin ərsəyə gəlməsində köməkliyi olanlara, xüsusilə də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna minnətdarlığını bildirdi.  

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənmiş “Abşeron” Qalereyasında keçirilən Cavid Bayramlının xatirəsinə həsr olunan “İz” adlı sərgi 27-28 dekabr tarixlərində də davam edəcək.

 

Xəbərlər
Redaktorun seçimi