“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.06.2015, 19:10
2653

İdmançılarımızın qələbələri davam edir

A- A+

Avropa Oyunlarının doqquz günündə Azərbaycan təmsilçiləri 14 qızıl, 6 gümüş, 13 bürünc medal qazanaraq komanda sıralamasında 2-ci yerdədir

Azərbaycan atletləri I Avropa Oyunlarında uğurlu çıxışlarını davam etdirirlər. İyunun 17-də, Avropa Oyunlarının altıncı günündə təmsilçilərimiz 3 qızıl və bir bürünc medal qazanıblar.

Sərbəst güləşçilərimiz növbəti uğura imza atıblar. Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) qızıl medal, Cəbrayıl Həsənov (74 kq) isə bürünc medal qazanıb. Azərbaycan adına daha bir qızıl medala taekvondoçumuz Ayxan Tağızadə (68 kq) imza atıb.

* * *

İyunun 18-də sərbəst güləşçilərimizdən daha üç medal gəlib. Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq) və Cəmaləddin Məhəmmədov bürünc medal qazanıblar.

İdman gimnastikası üzrə fərdi çoxnövçülük yarışlarında Azərbaycan təmsilçisi Oleq Stepko gümüş medala layiq görülüb.

Taekvondo üzrə qadınların yarışında Fəridə Əzizova (67 kq) gümüş medal qazanıb. Kişilərin taekvondo yarışında isə təmsilçimiz Milad Beiqi Harçeqani (80 kq) ölkəmizə 12-ci qızıl medalı qazandırıb.

* * *

Birinci Avropa Oyunlarında taekvondo yarışlarının sonuncu günündə - iyunun 19-da bütün rəqiblərinə qalib gələn Azərbaycan idmançısı Radik İsayev qızıl medalın sahibi olub. Finalda taekvondoçumuzun rəqibi Rusiya idmançısı Vladislav Larin oldu. Rəqibini 4:3 hesabı ilə məğlub edən Radik İsayev birinci Avropa Oyunlarının çempionu oldu. Bununla da Azərbaycanın aktivindəki qızıl medalların sayı 13-ə çatdı.

Azərbaycan taekvondoçuları yarışları üç qızıl, bir gümüş və bir bürünc medalla başa vurublar.

* * *

İyunun 20-də idman gimnastikası yarışlarında Azərbaycan təmsilçisi Oleq Stepko möhtəşəm çıxış edib. Daha öncə komanda yarışlarında bürünc, fərdi çoxnövçülükdə gümüş medal qazanan təmsilçimiz iyunun 20-də ölkəmiz sayca 14-cü qızıl medalı (paralel qollarda), habelə bir gümüş (idman atı) və bir bürünc (dayaqla tullanma) medal qazandırıb, öz medallarının sayını isə 5-ə çatdırıb.

Azərbaycan 14 qızıl, 6 gümüş və 13 bürünc medalla qeyri-rəsmi komanda sıralamasında 2-ci yerdədir.

* * *

Komanda sıralamasında birinci yerdə Rusiya Federasiyasıdır (28 qızıl medal). Üçüncü yerdə Almaniya (8 qızıl), 4-5-ci Belarus və Macarıstan (7 qızıl), 6-7-ci İsveçrə və Serbiya (6 qızıl medal), 8-ci yerd' Türkiyədir (5 qızıl).

Ümumilikdə 50 ölkənin qatıldığı yarışlarda 38 ölkə təmsilçisi medal qazanıb.

 

Xəbərlər
Redaktorun seçimi