“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.03.2010, 19:51
661

Saxurlar

A- A+

Tarixən Samur çayının yuxarı axarında məskunlaşmış saxurlar Qafqazın, o cümlədən Azərbaycanın qədim etnoslarından biridir. Saxurlar hazırda Dağıstan ərazisinə aid olan Rutul rayonunun qərbində yerləşən Saxur, Gelmes, Mikik Qurdul, Mişleş, Muslax, Tipix, Kələl, Xiyağ, Söqüd kəndlərində, həmçinin Azərbaycanın Zaqatala və Qax rayonlarının 16 kəndində – Muxax, Suvagil (Yeni Suvagil), Karkay, Kələl, Əlibayramlı, Mamrux, Sabunçu, Qum, Gözba- rax, Mişleş (Cincar), Çinar, Ləkit-Kötüklü, Ağdam-Kələl, Kas, Ələskər, Ağyazı (Üzümlü) kəndlərində məskunlaşıblar.

Saxur xalqının etnogenezi haqqında hələ də fərqli elmi mülahizələr möv- cuddur. Bəzi Dağıstan tədqiqatçıları «Saxur» toponiminin ləzgi dilindəki «tsa» (od) və «xür» (kənd) sözlərinin birləşməsindən yarandığını iddia etsələr də, bu fikir təsdiqini tapmamışdır.2 Alimlərin ümumi qənaətinə görə, «Saxur» etnoni- mi və toponiminin qədim sak tayfaları ilə əlaqələndirilməsi daha məqsədəuyğundur. Qeyd etmək lazımdır ki, antik yunan müəllifi Strabon da sakları «zaxo- ri» adlandırırdı. Görünür, Azərbaycanın şimal-qərb bölgəsində «sak» etnonimi ilə bağlı xeyli yer adı, məsələn, Şəki (Sakaşena, sakların olduğu yer), Zaqatala (Sakatela, sak talası), Qax rayonunda, Kürmük çayının sol sahilindəki Səkan (Saklar diyarı) və s. olması təsadüfi deyil. «Sak» kəlməsi bir çox qədim türk xalqları üçün də ümumiləşdirici ad olmuşdur. Salnamələrdə «sak», «turanlı» adları altında müxtəlif mənşəli tayfaların ittifaqları haqqında da məlumat vardır. 

Qeyd etmək lazımdır ki, saxurlar özlərini «saxur» deyil, yıxbi adlandırırlar. «Saxur» etnonimi isə qonşu xalqların onlara verdiyi addır və onların əsas məskunlaşma yeri olan Dağıstandakı Saxur kəndinin adı ilə bağlıdır. Görünür, yıxbi etnonimi də «sak» adı altında birləşən tayfalardan birinin adı olmuşdur. Saxurların etnik tarixi Azərbaycanın qədim dövləti olan Qafqaz Albaniyası, xüsusilə Albaniya ərazisində formalaşmış Alban Tayfa İttifaqı ilə bağlıdır. Tarixçi etnoqraf Q.Qeybullayev saxurların Alban Tayfa İttifaqına daxil olan silv, ciqb alban tayfalarının varisləri olmasını antik mənbələr və toponimik materiallar əsasında müəyyən etmişdir. Dağıstan alimi M.Qusayev də «Yaxın xaricdə yaşayan etnik dağıstanlılar» kitabında saxur etnosunun Qafqaz Alba- niyası tayfalarının təsiri nəticəsində indiki Dağıstan ərazisində formalaşması qənaətindədir. O da məlumdur ki, Qafqaz Albaniyası dövləti təkcə müasir Azərbaycanı deyil, Dağıstanın cənub hissələrini də əhatə etmişdir.

Qafqaz Albaniyasının varislərindən olan saxurlar arasında qədim alban inanclarının izləri – Ay, Günəş və od kultlarının işartıları bu gün də qoru- nub-saxlanılmışdır. Saxurlar Azərbaycanın şimal-qərb bölgəsinin bütün əhalisi kimi Günəşə, Aya, oda, kösöyə and içirlər. İşığı mənəvi təmizlənmə vasitəsi kimi qəbul edən saxurlar Aya, оda baxanda, lampa yandıranda, təndir qala- yanda salavat çevirər, “Odun, ocağın sönməsin!” deyə alqış edərlər. Keçmişdə bütün bölgə əhalisi kimi saxurlar da Günəş tutulmaları zamanı «cinləri qov- maq» üçün xüsusi ayinlər icra edərdilər. Saxurlar arasında alban ənənələrinin arxaik elementlərinin qalması haqqında hələ XIX əsr müəllifləri məlumatlar vermişlər. Zaqatala rayonunun Muxax kəndi, Qax rayonunun Zərnə və Güllük kəndlərinin əhalisi olan Azərbaycan türkləri və saxurlar yaxınlıqdakı Armatay dağının zirvəsində yerləşən, xalq arasında Pəriqala kimi bilinən Armatay alban məbədini bu gün də pir kimi qəbul edib, ziyarət adlandırırlar. İnancından və etnik mənsubiyyətindən asılı olmayaraq yerli əhalinin qədim alban məbədləri- ni birgə ziyarət etməsi alban tayfalarının varisləri olaraq onların öz qədim və ortaq ənənələrini unutmadıqlarını göstərir.

XV əsrdən etibarən saxur icmalarının başında saxur sultanı dururdu və sultanın iqamətgahı Saxur kəndində yerləşirdi. Bu ərazi mənbələrdə «Dağlıq mahal» kimi də tanınmış, uzun illər boyu saxurların iqtisadi, siyasi və mədəni mərkəzi olmuşdur. İlk vaxtlar Saxur mülkü Cənubi Dağıstan ərazisində yerlə- şirdi. Saxur vilayəti, yaxud “Dağlıq mahal” adlanan bu ərazi əsasən Dağıstan torpaqlarındakı Saxur kəndi və Samur vadisinə qədər uzanan torpaqları əhatə edirdi. XVI əsrdə Səfəvi hökmdarlarının fərmanı ilə Saxur mülkünü də əhatə edən İlisu sultanlığı yaradılmış və bir müddət sonra saxurların yaşam üçün daha əlverişli olan Azərbaycanın şimal-qərb bölgəsinə kütləvi köçü başlamış- dı. XVII əsrdə saxurların iqamətgahı İlisu kəndinə köçürüldü. XVII-XVIII əsrlərdə sultanlıq öz müstəqilliyini qoruyub-saxlaya bilmişdi.

XIX əsrin əvvəllərindən Rusiya imperiyasının Qafqazda həyata keçirdi- yi müstəmləkəçilik siyasəti nəticəsində Azərbaycanın tarixi torpaqlarında yerləşən İlisu sultanlığı da 1844-cü ildə ləğv edilmiş, sonuncu İlisu hakimi Dan- yal sultan Şeyx Şamil hərəkatına qoşulmuşdu. Rusiya imperiyasının Qafqazda apardığı inzibati-ərazi islahatları nəticəsində İlisu sultanlığının ərazisi parçalanaraq onun “Dağlıq mahal” adlanan hissəsi imperiya tərəfindən yaradılmış İlisu sultanlığının XIX əsrə aid xəritəsindən də məlum olur ki, müasir Dağıs- tanın Saxur, Söqüd, Qurdul, Xiyağ, Muslax, Mikik kimi saxur kəndləri vaxtilə İlisu sultanlığının tərkibində olmuşdur.9 Beləliklə, Çar Rusiyasının yeni inzi- bati-ərazi bölgüsü aparması sayəsində Qafqaz Albaniyası tayfalarından olan saxurların ata-baba torpaqlarının bir hissəsi Azərbaycanın sərhədlərindən kə- narda qalmışdır.

1852-ci ildən etibarən isə Çar hökuməti Şamil hərəkatına saxurların dəstə- yinin qarşısını almaq üçün onların Dağıstanda yaşayan daha bir hissəsini – təq- ribən 1500 ailəni Azərbaycanın şimal-qərb ərazilərinə sürgün etmişdi. Bundan başqa, köçəri maldarlıqla məşğul olan saxurların Dağıstan ərazisindəki yaylaq- larda mövsümi məskunlaşması qadağan edilmişdi. Lakin buna baxmayaraq, xalq gizli dağ cığırları ilə hərəkət edərək əlaqələr saxlamağa çalışmışdır. Belə- liklə də, 1852-ci ildən etibarən Azərbaycanın şimal-qərb ərazilərində saxur məskənləri artmağa başlamışdı. Rusiya imperiyasının belə köçürmə siyasəti nəticəsində saxurlar Azərbaycanın şimal-qərb ərazilərində - Aşağı Muxax, Sa- bunçu, Tala, Güllük, Gözbarax, Ələsgər, Ağdam, Mamrux, Əliabad, Tasmalı və digər kəndlərdə yerləşdirildilər. Dağıstan saxurlarının köç etdiyi belə kəndlər- dən biri də Sarıbaş kəndi olmuşdur. XIX əsrin sonlarında Saxur kəndinin sakin- ləri Dağıstandan İlisuya gedən yol üzərində, Kürmük çayının yuxarı axarında yerləşən Sarıbaş kəndində məskunlaşmışdılar. Həmin dövrdə Saxur kəndinin müasir Azərbaycan ərazisinə köç etmiş əhalisinin bir hissəsi də Sarıbaş kən- dində yerləşmişdi.10 XIX əsrin qafqazşünas alimi, linqvist Adolf Dirr (1867-1930) yazırdı ki, İlisu və Sarıbaş kəndlərində yaşayan saxurlar özlərini Saxur kəndindən gəlmə sayırdılar. «Qafqaz təqvimi»nin 1912-ci il buraxılışına görə, həmin dövrdə Sarıbaş kəndində 919 nəfər əhali yaşayırdı.

SSRİ dönəmində kənd əhalisinin böyük hissəsi Qax rayonunun düzən his- səsində yerləşən Cəlayir kəndinə köçmüşdür. Qeyd etmək lazımdır ki, qədim türk tayfası olan cəlayirlər İlisu sultanlığında da mühüm rol oynamışlar. Bundan başqa, İlisu kəndi yaxınlığındakı yüksəklik də «Cəlayir dağı» adlanır.

Azərbaycanda yaşayan saxurlar saxur və Azərbaycan dillərində danışırlar. Saxur dili Qafqaz dilləri ailəsinin Dağıstan qolunun Cənub-şərq qrupuna aiddir. Əsasən dağlıq bölgədə yerləşən və hündür dağ silsilələri ilə əhatə olunan həm Azərbaycan, həm də Dağıstandakı saxur kəndlərinin bir-birilə əlaqələri çox zəif olduğu üçün bölgədə saxur dilinin Saxur-Gelmes, Saxur-Qum, Mişleş, Cınıx, Muxax-Sabunçu, Suvagil kimi bir neçə dialekti formalaşmışdır. Bu dialektlərin özləri də Saxur-Su- vagil, Gelmes-Kurdul və Sabunçu kimi bir neçə qola ayrılır. XIX əsr müəlliflərinin verdiyi məlumata görə, saxur dilində Zaqatala dairəsinin Yeni Kələl, Cimcimax, Ələsgər, Sabunçu, Suvagil, Kötüklü, Qum, Tala, Tuçbarax və Mamrux kəndlərində danışırdılar. Bu dilin udi dili ilə yaxınlığı isə saxurların qədim alban tayfaları ilə etnogenetik bağlarının olmasını söyləməyə əsas verir. Hazırda saxur dili əsasən Qum, Çinar, Ağyazı, Lekit, Lekit-Kötüklü, Ağdam-Kələl, Suvagil, Kas, Kərkay, Kələl, Sabunçu, Ələsgər, Mamrux, Gözbarax, Zaqan, Cincar və Lahıc kimi dağlıq kənd əhalisi arasında qorunub-saxlanılmışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan saxurlarının ədəbi dili Azərbaycan dilidir. Azərbaycan dilinin Qafqaz xalqlarının qarşılıqlı əlaqələri üçün mühüm rol oynadığını qeyd edən məşhur fransız coğrafiyaşünas səyyahı Eliz Reklyu  XIX əsrin sonunda yazırdı ki, Azərbaycan dili Qafqazın müxtəlif xalqları ara- sında qarşılıqlı əlaqələrə xidmət edir. Bir çox saxur folklor nümunələri Azər- baycan dilndə qorunub-saxlanılmışdır. Saxur saz-söz ustadları Azərbaycan di- lində yazıb-yaradırdılar. Məsələn, Zaqatala rayonunun Suvagil kəndindən olan Aşıq Nəzir həm saxur, həm də Azərbaycan dillərində söz qoşardı. Saxurların və Azərbaycan türklərinin bütün ənənələrinin olduğu kimi atalar sözlərinin də bir-birinə çox yaxın olması həm də onların doğma etnogenetik bağlarına də- lalət edir. Məsələn, saxurların “Qonağı ərəb olanın qapısı gen gərək” atalar sözünü Azərbaycan türkləri “Dəvəçi ilə dost olanın darvazası gen gərək” şəklində və ya saxurların “Qaba tökülən qaşığa gələr” atalar sözünü Azərbaycan türkləri “Nə tökərsən aşına, o çıxar qaşığına” şəklində ifadə edərlər.

Azərbaycanda məskunlaşan saxurlar tarixi zaman içərisində Azərbaycan türkləri ilə qaynayıb-qarışaraq, ümumazərbaycan dilinə, mədəniyyətinə yiyələnməklə yanaşı, Azərbaycan milli geyimlərinin, arxitektura- sının, folklorunun da bir sıra elementlərini əxz etmişlər. Saxur və Azərbaycan türk- ləri arasında bütün tarixi dövrlərdə sıx və möhkəm etnomədəni bağların movcudluğu saxur xalqının maddi və mənəvi mədəniy- yətinin bütün istiqamətlərində özünü büruzə verməkdədir. Saxurların Azərbaycan cə- miyyətinə inteqrasiyası o qədər güclüdür ki, onların etnik ənənələrində spesifik cəhət- ləri müəyyən etmək bəzən çətinlik yaradır. Məsələn, Azərbaycan türkləri üçün səciyyəvi olan Bahar bayaramını saxurlar da böyük təntənə ilə qeyd edirlər. Yazın gəlişi ilə keçirilən ilk şum bayramı saxurlarda da bir sıra mərasim ayinləri ilə zəngindir. Saxur ənənəsinə görə, kotana qoşulacaq öküzlərin buynuzlarına Günəş simvolu olaraq qırmızı parça bağlanar, bununla da Günəşdən bərəkətli təsərrüfat ili arzulanardı. Baharın ilk günündə – mart ayının 21-də saxur dilində Yuxvanin yığ adlanan Novruz şənlikləri başlanardı.

Azərbaycanda məskunlaşan saxurlar bir neçə yüzillik tarixi dövr ərzində  Azərbaycan dilinə, mədəniyyətinə yiyələnməklə yanaşı Seyran bayramı, Ketur, Hənaybı, Davatdı, istək gecəsi, səhər mərasimi kimi özünəməxsus, qədim adətlərini də yaşada biliblər. Seyran bayramını saxurlar may ayının axırla- rında ot biçininə qədər keçirərdilər. Saxur gənclərinin ən sevdiyi bayramlardan olan bu bayramda qızlar, oğlanlar dağlarda 3 gün boyu şənlik mərasimləri təşkil edərdilər. Xalq arasında Seyran bayramına həsr olunmuş bir sıra bayatılar qorunub saxlanılmışdır:

Dağın başında reyhan, Yanında da bir ceyran.
Yay gələcək...
Olacaq bizə Seyran.
Və ya:
Qardaş, qardaş, bəylər baş,
Ağ üzündə qələm qaş.
Hər Seyrana çıxanda
Çiçəklənsin yerdə daş…

Bayatıların məzmunundan da göründüyü kimi, gənclərin səbirsizliklə göz- lədiyi Seyran bayramında saxur gəncləri Eray («Müqəddəs yer» mənasındadır) adlandırdıqları yerə yığışarlarmış. Seyran kənddən iki günlük yol məsafəsində keçirilərdi. Seyran yolunu gedən gənclər otuz iki dağ zirvəsi, yaylaq və düzən- dənkeçərmişlər. Bu şənlikdə sümsülər, qara zurna, tənbur, nağara və s. çalınar- dı. Seyran bayramının tarixən Ay-Günəş tanrısı şərəfinə keçirilən bir bayram olduğu da ehtimal edilir.

Azərbaycanda çox geniş yayılmış və iməci, əvrəz (avariz və ya övrəz), hoy, hav, bədəl, cey, mödgəm, avaca, dayaqdurma, bədirğə, damazlıq, ziyanlıq, or- taqlıq, şəriklik, pərəkar kimi müxtəlif adlarla bilinən el köməkliyi ilə yardım- laşma ənənəsi bütün bölgələrdə olduğu kimi saxurların sıx məskunlaşdıqları Şə- ki-Zaqatala bölgəsində də müşahidə edilir. Saxurlarda da qızın cehizi üçün yun yuyulması və əyrilməsi ilə bağlı iməcilik təşkil olunardı. Belə iməciliklərdə et- nik mənsubiyyətindən asılı olmayaraq hər kəs – Azərbaycan türkü, avar, saxur, ingiloy və digər etnosların nümayəndələri birgə iştirak edər, iməcilik bir bayram əhval-ruhiyyəsində keçər, xüsusi hazırlıqlar görülərdi. İməciliyə gələn hər kəs gözəl paltarlar geyərdi. Cehiz üçün tələb olunan yorğan və döşəklər, xalça və digər toxunma əşyalar məhz belə iməciliklərdə el birliyi ilə hazırlanardı.

Saxurlar toy adətlərində də müəyyən özünəməxsusluqlarını qoruyub-saxla- ya biliblər. Saxur toylarında gələn qonaqlara, çalğıçılara bölgə üçün səciyyəvi olan xüsusi cantalar – içi mixəkli, rəngbərəng saplarla işlənmiş xırda bükmə- cələrdən ibarət qotazlar paylanardı. Bu ənənənin izləri saxur bayatılarında da qorunub-saxlanılmışdır:

Tamburun qolu uzun,
Çantası düzüm-düzüm.
Bir buyana baxsana,
Ay mənim, ala gözlüm.

XIX-XX əsrin əvvəllərində saxurların toy mərasimi ənənələrində gəlin pal- tarına üzərlik tikilməsi, bədnəzərə qarşı sədəf və mixəkdən istifadə edilməsi, yuxarıda qeyd etdiyimiz istək gecəsi, səhər mərasimi kimi bir sıra özünəməx- sus ayinlər yer tuturdu. Keçmişdə saxur toylarında ketura adlanan maraqlı bir ayin də icra edilirdi. Saxur toyunun birinci günü hənaybı, ikinci günü davatdı, sağdış-soldış isə balboğan adlanır. Toy bir çox türk mənşəli xalqlarda olduğu kimi surnay adlandırdıqları qara zurna və tənbur (tambur) ilə müşayiət edilir. Saxur toylarında da əvəllər elçilik zamanı bütün bölgə üçün səciyyəvi olan çörəkkəsmə ayini icra edilər, toy mərasimlərinin bütün mərhələlərində bəyin və gəlinin dayıları mühüm rol oynayar, toy “Koroğlu” havası ilə yekunlaşardı.

Əsasən qədim adət-ənənələrə üstünlük verilən saxur toylarında ifa olunan musiqilər daha çox türk xalq musiqisinə yaxınlığı ilə seçilir. Türk coğrafiyası üçün səciyyəvi olan tambur (tənbur), tütək, zurna, sipsi, nağara, dəf saxurların da xalq musiqi alətləridir. Saxur havaları daha çox tambur və ya dəflə müşayiət edilir. Musiqi nümunələrinin hamısı olmasa da, bir çoxu saxur dilində də ifa olunur. Saxur xalq mahnılarının toy mərasimi nəğmələri, lirik mahnılar, layla, bayatı və ağılar kimi müxtəlif növləri mövcuddur. Bölgədə rutullar, həmçinin Azərbaycan türkləri üçün də səciyyəvi olan “Lilay”, “Ceyranım”, “Maralxa- nım” və s. kimi toy mahnıları saxurların arasında da geniş yayılmışdır. Bu havalar yalnız Azərbaycan dilində oxunur.

Saxurlar da bütün Qafqaz xalqları kimi rəqs sənətinə xüsusilə böyük rəğbət bəsləyirlər. Saxur rəqs havalarında zurnaçı dəstəsi başlıca rol oynayır. Bölgə əhalisinin toy mərasimlərində oynanılan Tonqay Məlik (Toğay Məlik) oyunu saxur toylarının da vazkeçilməz oyunlarındandır. Qax rayonunun Sarıbaş kən- dində də “Toğay Məlik” rəqsini, həmçinin “Halay” rəqsinə bənzər “Salaməleyküm” rəqsini ifa edirlər. Folklorşünas tədqiqatçılar Tonqay Məlik obrazını türk mifologiyası ilə bağlayır və bu obrazı türk qəhrəmanlıq dastanlarının baş qəhrəmanı – Alp-Ər Tonqa ilə eyniləşdirirlər. Eyni zamanda Toğay Məlik ob- razında Günəşə tapınmanın izləri müşahidə edilir.

Azərbaycanın bütün bölgələrində olduğu kimi Şəki-Zaqatala bölgəsi üçün də səciyyəvi olan  “qız qonaqlığı”  ənənəsi  saxurlar arasında  xüsusilə ge- niş yayılmışdır. Oğlan toyuna az qalmış qızın rəfiqələri ilə birlikdə yaxın qohumlar tərəfindən növbə ilə qonaq çağırılması ənənəsi olan “qız qonaqlı- ğı”na saxurlar yığnaq deyirlər.

Yıgnaq  zamanı yaxın qohumlar növbə ilə  qızı rəfiqələri ilə birlikdə əylənmək üçün dəvət edər, ona cehizini tamamla- maq üçün müxtəlif məişət əşyaları hədiyyə edərlər. Saxurlar toy ərəfəsində «xapay» adlandırdıqları parçakəsdi mərasimi də ke- çirərlər. Toy günü gəlinin atı rəngli kəla- ğayılarla bəzədilər, atın alnından “sabab” adlanan, içində dua və kiçik güzgü olan xüsusi üçkünc formalı talisman asardılar. Qızın əyninə qırmızı köynək, yaşıl tuman, başına   saçlarının   içəridə   görünməmə- si üçün torba formalı xüsusi baş geyimi çutqu taxar, üzərindən də qırmızı yaylıq və bölgə üçün xarakterik olan Şəki kəlağayısı atardılar. Gəlin bəy evinin həyətinə çatan- da saxurlara məxsus xüsusi mərasim icra edilər, qız evindən gələn qonaqlara sini-  də bir parça çiy ət, düyü unundan çalınmış bir kündə halva və bıçaq təqdim edərdilər. Qız evindən gələn dəstənin başçısı “Artıq qanımız qanınıza qarışdı” anlamında bıça- ğı ətə sancandan sonra sinini geri qaytarar- dı.  Bu ayin  qədim türk  ayini olaraq  «qan qardaşı olmaq», «qana and içmək» mərasimini xatırladır. “Qanla müqavilə bağlamaq” və belə andiçmə mərasimi nəticəsində qazanılan yeni qohumlu- ğun genetik yaxınlıqdan daha möhkəm olması, ayrı-ayrı insanların, qəbilə və tayfaların sarsılmaz birliyinin təməlinin qoyulması kimi yozulmaqdadır.

Saxur gəlinləri də avarlarda olduğu kimi başlarına tac deyilən konusvari metal geyim qoyar, üstündən isə duvaq atardılar. Ənənəyə görə, gəlinin başına bölgədə qülbəndi və ya irat adlanan əlvan kələğayılardan çalma da bağlayardılar. Bölgə üçün xarakterik olan düyməçə saxurlar arasında da geniş yayılmış və ona daha çox dümçə deyərdilər. Dümçənin ön hissəsi gümüş pullar, zəncir və qotazlarla bəzədilərdi. Saxur qadınlarının əsas bəzək əşyalarından biri də bütün Azərbaycan qadınları üçün xarakterik olan gümüş toqqa – aşırmalı kəmər idi. Belə kəmərin dəri hissəsinə üç cərgə iri və xırda, əsasən gümüş pullar və piləklər tikərdilər, alt hissəyə isə asma zəncirlər bərkidilərdi. Saxurlarda gəlin güzgüsünün ətrafına onu bədnəzərdən qorumaq üçün iki sədəf düymə də tikilərdi. Sədəflə bağlı bu qədim türk inancı hazırda qırğızlarda və kalmıklarda da qalmaqdadır. Saxurlar- da gəlin paltarına bədnəzərə qarşı dağdağan ağacından düzəldilmiş muncuq da tikərdilər.

axurların təsərrüfat ənənələrində maldarlıq, əkinçilk, sənətkarlıq sahələri geniş yer tuturdu. Saxurların məskunlaşdıqları Böyük Qafqaz dağları silsiləsinin həm şimal, həm də cənub hissəsində geniş otlaqların, münbit yamacların olması həm əkinçilik, həm də heyvandarlığın inkişafına şərait yaratsa da, əsasən maldarlıqla məşğul olan saxurlar arasında qoyunçuluq və atçılıq daha geniş yayılmışdır. Əkinçilk saxurların məişət həyatında hər zaman ikinci dərəcəli təsərrüfat sahəsi olmuşdur. Dağlıq mahalda yaşayan saxurlar yaz-yay aylarında dəmyə əkinçiliyi ilə məşğul olur, buğda, çovdar, arpa, darı əkirdilər. Saxurlar atı murad adlandı- raraq ona xüsusi münasibət bəsləyərdilər. Maldarlıqla məşğul olan saxurlar qış- laqlarda Azərbaycan maldar tayfaları üçün də səciyyəvi olan torpaq ortasında ocaq yeri olan dəyələrdə yaşayardılar. Soyuq qış aylarında bütün ailə bu ocaq yeri ətrafında toplaşardı. Saxurlarıın maldar əhalisi arasında Azərbaycan türklə- rindəki kimi yaylaq, arxac, güney, quzey kimi xüsusi terminlər işlənməkdədir. Keçmişdə saxurlar maldar təsərrüfatı idarə etmək üçün koş adlanan qruplarda birləşərdilər. Qeyd edək ki, qədim türk sözü olan koş «çadır», «köçəri düşər- gəsi», «dəstə» və «binə» anlamlarını vermiş, türkmən, kalmık, qırğız, cığatay dillərində bu gün də həmin mənanı daşımaqdadır. Koşu idarə etmək üçün isə başçı – sərkər və ya udaman seçilərdi. Çobanların yaylaq və qışlağa köçü də Azərbaycan türklərində olduğu kimi xüsusi mərasimlərlə, cıdır, güləş yarışları, rəqs və qurbankəsmə ayinləri ilə müşayiət olunardı. Saxurlar yaz ayında quzu- ları ilk dəfə otlamağa çıxaranda “Gev qavki” (Quzu buraxma) bayramı keçirər dilər. Bu bayramda çobanlar süd məhsullarından pay hazırlayıb ilk nübar kimi paylayardılar. Bu həm savab sayılır, həm də şükranlıq bildirmək üçün edilərdi. Qoyun-quzunun qışdan salamat çıxması, ölüm-itimin olmamasına görə bayram edilərdi. Bunun üçün bəzən hətta quzunun özünü də qurban olaraq kəsərdilər.

Saxurların ənənəvi məşğuliyyətlərindən biri də sənətkarlıqdır. Zəngin yun, dəri məmulatına malik olması saxurlarda sənətkarlığın, xüsusilə də toxuculuq, xalçaçılıq, mahud istehsalı, dəri emalı sahələrinin geniş inkişafına səbəb ol-  muşdu. Saxur qadınları daha çox xovsuz xalçalar, gəbələr toxuyurdular. Saxur sənətkarlığında zərgərlik, dəmirçilik və silahqayırma, ağac üzərində işləmə, çəkməçilik, dülgərlik, daşişləmə sənətləri kimi müxtəlif peşə sahələri də geniş yayılmışdı. Saxur sənətkarları həm el-obanın tələbatını ödəyir, həm də kənar bölgələrdən olan əhalinin sifarişini yerinə yetirirdilər.

Saxur milli geyimlərində coğrafi mühit, təsərrüfat və məişət xüsusiyyətlərinin təsirini görmək münkundür. Saxurlar maldarlıqla məşğul olduqları üçün onların demək olar ki, bütün geyimləri təbii yundan hazırlanırdı. Saxur ənənəvi geyi- mində qoyun dərisindən hazırlanan şalvarları ancaq çobanlar geyərdilər. Bundan başqa, saxur çobanlarının həm yağışdan, həm də soyuqdan qorunmaq üçün keçə yapıncıları – çupuz da var idi. Çobanlar arasında heyvanın boğaz dərisindən və ya gönündən hazırlanan çarıqlar da yayılmışdı. Qış aylarında isə çarıqların altından tipçə adlanan uzunboğaz corab geyər, toxunma kəndirlərlə dizdən bağlayardı- lar. Saxurlar kürkün bir neçə növündən istifadə edərdilər. «Yalançı qolları» olan yapıncı tipli kürkə saxurlar barçamıan deyərdilər. Qollu kürk isə 5-6 dəridən tikilən «giymə kürk» adlanırdı. Saxurlarda çuxa yerli mahuddan tikilər və arxa- lığın üstündən geyilərdi. Çuxanın üstündən çuva adlanan, gümüşlə bəzədilən və üstündən xəncər asılan dəri kəmər taxardılar. Saxur papaqları uzun tüklü qoyun dərisindən, konusvari, hündür, şişpapaq formada olurdu. Qıvrım quzu dərisindən tikilən papaqlar isə bayram vaxtı başa qoyulardı. Qazan formalı, ortası məxmər- dən tikilmiş buxara papaq da saxurlar arasında geniş yayılmışdı. Saxur kişiləri kəsay, şatalba, kasabı ayaqqabılar geyərdilər. Bundan başqa, şatalmba adlanan həm corab, həm də uzunboğaz çəkmə rolunu oynayan toxunma universal ayaq geyimi var idi. Belə corab-ayaqqabılar dağ cığırlarında gəzmək üçün çox əlve- rişli idi. Bayram günlərində saxurlar toxunma corablarla dabansız ayaqqabı – sarmuz geyərdilər.

XX əsrin 30-cu illərinə qədər bölgədə saxur qadınlarının ənənəvi geyimi bad şal, sətin və bezdən tikilən, düz biçilmiş uzun, köynəkvari paltardan şalna şalvar adlanan ensiz şalvardan və arxalıqdan ibarət idi. Mişleş kəndində şalvarın yuxarı hissəsi saçaqlı olur və naxışlarla bəzədilirdi. Köynəyin üstündən sadə ipək  parçadan tikilmiş, dabana qədər uzanan taybalaq geyərdilər. Paltarın üstündən Azərbaycan türklərində belbağı kimi tanınan parça kəmərlər (qurşaq) bağlayardılar. Saxurlar belə kəmərlərə yıkıyana deyərdilər.

Saxur qadın geyiminin ənənəvi elementlərindən biri də Azərbaycanın şi- mal-qərb bölgəsi üçün səciyyəvi olan meyzər (önlük) idi. Belə önlüklər bölgənin bütün etnoslarının – Azərbaycan türkləri, ingiloylar, saxurlar, rutulllar və udilərin mühüm geyim elementindən biri sayılırdı. Bu da, görünür, onların ümumalban mənşəyi ilə bağlı idi. Saxur meyzərləri beldən kəsik, büzməli, uzunluğu ayağa- dək olurdu. Saxurlar bu önlüyü yelək adlandırardılar.

Azərbaycan qadınları üçün səciyyəvi baş geyimi olan kələğayı, xüsusilə də Gəncə kələğayısı, yun saçaqlı şal olan xaray şal, həmçinin daha nazik baş örtükləri – gülümelli, gülbəndi, naz-naz da geniş yayılmışdı. Saxur qadınları bəzən kələğayını çalma şəklində bağlayardılar. Xüsusilə də Gelmes qadınlarının bağladıqları çalma fərqli olur və belə bağlama forması katar adlanırdı. Udi qadınları arasında da katar adlanan baş geyimi mövcud idi.

Saxurların özünəməxsusluğu onların zəngin və təkrarolunmaz sənət və ya- radıcılıq nümunələrində, folklor örnəklərində, çeşidli şifahi söz xəzinəsində – nəğmələrində, atalar sözlərində, zərb-məsəllərində, tapmacalarında və s. özünü büruzə verir. Saxur nağıllarının Ardavay – Ərdov (Ərdoy), Kığabay, Alexlexa kimi özünəməxsus sehirli nağıl obrazları vardır.

Saxurların mətbəxi də özünəməxsusluğu ilə seçilən müxtəlif yeməklərlə zən- gindir. Saxurlar arasında bütün bölgədə olduğu kimi qışa qurudulmuş ət-qaxac tədarük etmək ənənəsi geniş yayılmışdır. Saxurların mətbəxində bir çox yemək növləri qaxacla hazırlanır. Saxur mətbəxində «sürfüllü», «xikeyi», «xingili» kimi xəmir xörəkləri ən çox sevilən yeməklərdəndir. Keçmişdə saxurların köçəri maldar tayfaları arasında məgəş və trukkay kimi spesifik ağartı məhsul- ları da hazırlanardı. Məgəş duz vurulmayan şirin şora, trukkay isə qoç, keçi kimi müxtəlif heyvan fiqurları formasında hazırlanan pendirə deyərdilər. Belə formalı pendirlər bişirilmiş, isti suya verilmiş pendirdən hazırlanardı. Çobanlar «turuk- kay» adlanan belə formalı pendir əldə etmək üçün dopunun (saxsı qab) alt tərə- finə taxtadan üstündə bıçaqla yonulmuş, müxtəlif heyvan fiqurlu ornamentləri olan xüsusi çuxur yerləşdirir və onun içərisini müxtəlif otlarla doldururdular. Turukkay düzəldiləcək pendiri isti sudan çıxarıb bu otların üstünə yayırlar. Pendir quruduqca otun rəngi də pendirə keçirdi. Qədim saxur laylalarında bir zamanlar məhz uşaqlar üçün hazırlanan “məgəş, turukkay” kimi ərzaq-qida növləri yada salınır. Bəlkə, heç özünün də görmədiyi müasir ana məhz bu layla vasitəsilə öz nəslinin, öz etnik kökünün köçəri həyat tərzi keçirən maldar olduğunu yad edir. Saxurların mətbəxi sürfüllü, xikeyi, xingili kimi müxtəlif xəmir xörəkləri ilə zəngindir. Onlar da qışa tədarük olaraq qovurma ət hazırlayar, saxsı küplərdə xüsusi quyularda saxlayardılar. Belə qış tədarükü də ümumalban ənənələrindən biri idi. Saxurlar qışda xüsusi mərasim yeməyi olan cücərmiş buğdadan içəris- inə quru ət, xüsusilə də malın çənəsi əlavə edilmiş uxur adlanan, sıyıq formalı mərasim yeməyi bişirərdilər. Uxur axşamdan səhərədək, buğda tam açılanadək bişirilərdi. Bütün kəndin elliklə hazırladığı və yediyi bu mərasim yeməyi əsasən ilk şum və Novruz bayramında bişirilərdi.

Müstəqillik illərindən etibarən Azərbaycan dövləti ölkə ərazisində yaşayan bütün etnoslar kimi saxurlara da xüsusi diqqət ayırmışdır. Saxurların etnik xüsu- siyyətlərinin, tarixi ənənələrinin, həmçinin etnoqrafik həyatının – məişət, təsər- rüfat və bayram ənənələrinin, toy mərasimlərinin, milli mətbəxinin, mədəniy- yətinin, folklorunun tanıdılması və qorunub-saxlanılması yolunda bir sıra işlər görulmüşdür. Hazırda Qax, Zaqatala, Balakən rayonlarında yaşayan saxurların adət-ənənələrinin, dilinin, mədəniyyətinin inkişafına xidmət göstərən Saxur Mə- dəniyyət Mərkəzi fəaliyyət göstərir. 1996-cı ildən Saxur dilində latın qrafikası ilə əlifba çap olunub. Azərbaycanın bir sıra saxur kəndlərində ana dilləri tədris edilir. Zaqatalada Saxur Mədəniyyət Mərkəzinin nəzdində qızlardan ibarət “Li- lay”, Suvagil kəndində isə Azərbaycan və saxur dillərində musiqilərin ifa edildiyi “Qismət” musiqi və rəqs kollektivləri fəaliyyət göstərir. «Azərbaycantelefilm» Yaradıcılıq Birliyində Azərbaycanda yaşayan saxurla- rın keçmişi, məişəti, adət-ənənəsi, müasir həyat tərzi və etnik xüsusiyyətlərinin öz əksini tapdığı, tarixi-etnoqrafik xarakter daşıyan «Saxurlar» adlı sənədli tele- viziya filmi çəkilib. Film Qax rayonunun Qum və Çinarlı, Zaqatala rayonunun Suvagil kəndlərində lentə alınıb.

 

Mənbə: M.Paşayeva, A.Qurbanov. Biz azərbaycanlıyıq: qısa etnoqrafik oçerklər. - Bakı, 2018. 232 s.

 

Xəbərlər
Redaktorun seçimi