“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.06.2010, 19:16
372

Medvedev, Obama və Sarkozi Qarabağa dair bəyanat qəbul ediblər

A- A+

“Sülh müqaviləsinin müzakirəsinə başlamaq üçün bircə addım atmaq lazımdır”

Rusiya prezident Dmitri Medvedev, ABŞ prezidenti Barak Obama və Fransa prezidenti Nikola Sarkozi iyunun 26-da Kanadada keçirilən “Böyük 8-lik” sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul ediblər.

Rusiya mediasının verdiyi xəbərə görə, prezidentlər bu bəyanatı ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin başçıları qismində qəbul ediblər.


Üç ölkənin prezidenti bəyanatda Azərbaycan və Ermənistanı münaqişənin əsas prinsipləri üzərində işi sürətləndirməyə çağırıb: «İndi Azərbaycan və Ermənistan prezidentlərinə bir addım atmaq qalır ki, münaqişənin həllinin əsas prinsiplərini hazırlayıb sülh müqaviləsi layihəsinin müzakirəsinə keçsinlər».

Üç prezident ölkələrinin xarici işlər nazirlərinə tapşırıb ki, münaqişənin həlli prosesinə yardım etməkdə davam etsinlər.

Bəyanatda deyilir ki, münaqişənin tənzimləməsi bir neçə prinsip əsasında olmalıdır.

Bu prinsiplər arasında Dağlıq Qarabağ ətrafında olan ərazilərin geri qaytarılması, Qarabağa bölgənin özünün idarəetməsini və təhlükəsizliyini təmin edəcək keçid statusunun verilməsi, Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin yaradılması, bundan başqa, Dağlıq Qarabağ əhalisinin iradəsini bildirməsi yolu ilə Dağlıq Qarabağın yekun statusunun müəyyən olunması, bütün məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq hüququnun tanınması, sülhməramlı əməliyyatlar da daxil olmaqla təhlükəsizliyə beynəlxalq təminat verilməsi məsələləri var.

Xəbərlər
Redaktorun seçimi