“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.01.2009, 11:00
402

"Azərbaycan tarixi günbəgün"

A- A+

“Effektiv Təşəbbüslər Mərkəzi”nin hazırladığı kitab-təqvim belə adlanır

Azərbaycanın qədim dövrdən bəri dövlətçilik tarixi, ictimai-siyasi, mədəni həyatının önəmli hadisələri, şəxsiyyətləri haqqında yığcam ensiklopedik məlumat kitabı çapdan çıxıb. 

“Azərbaycan tarixi günbəgün” adlı kitab-təqvim Effektiv Təşəbbüslər Mərkəzi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı hesabına həyata keçirilən “Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə” tədqiqat və təbliğat layihəsi çərçivəsində hazırlanıb. 
Nəşrin tərtibçisi Vüqar Əliyev Lent.az-a bildirib ki, kitabın hazırlanmasında məqsəd Azərbaycanın zəngin keçmişini, tarix səhifələrində qalan ağlı-qaralı olayları, tariximizdə iz qoymuş, eləcə də ölkəmizin yeni tarixini, çağdaş həyatını əks etdirən hadisələri yeni formatda - təqvimin günləri boyunca oxuculara təqdim etməkdir. 
Kitab-təqvimin hazırlanmasında Azərbaycan tarixinə dair müxtəlif mənbələrdən - dərsliklərdən, xronoloji xülasə-toplulardan, internet resurslarından, kütləvi informasiya vasitələrindən və s. istifadə olunub. Kitab-təqvim QHT-lər, dövlət qurumları, millət vəkilləri, kütləvi informasiya vasitələri, kitabxanalar, təhsil ocaqları, ictimai-siyasi təşkilatlar arasında yayılır, həmçinin xaricdəki Azərbaycan diaspor təşkilatlarına göndəriləcək. 
Kitabın elektron variantı ilə www.azerbaycanli.org saytında tanış olmaq olar. 
Elxan SALAHOV

www.lent.az

Xəbərlər
Redaktorun seçimi