“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
23.11.2013, 09:43
1419

Azərbaycan tarixi günbəgün: 23 noyabr

A- A+

23 noyabr 1919 - Azərbaycanla Ermənistan arasında ərazi mübahisələrinin sahmanlanması ilə bağlı müvəqqəti saziş imzalanıb...

 

23 noyabr 1919 - Azərbaycanla Ermənistan arasında ərazi mübahisələrinin sahmanlanması ilə bağlı müvəqqəti saziş imzalanıb. ABŞ diplomatlarının vasitəçiliyi ilə Tiflisdə imzalanan sənədə görə, tərəflər arasında mübahisəli məsələlər Ermənistan-Azərbaycan konfransında (dekabr 1919) həllini tapmalı idi. 1918-ci ilin 28 mayında Azərbaycan Milli Şurası İrəvan və Eçmiədzin qəzalarını Ermənistan Respublikasına güzəştə gedəndən sonra ermənilər Zəngəzur, Qarabağ və Naxçıvana da ərazi iddiası irəli sürməyə başlamışdılar. Cümhuriyyətin baş naziri Nəsib bəy Yusifbəyli 1919-cu ilin oktyabrında Ermənistanın Bakıdakı diplomatik nümayəndəsi Q.Bekzadyanla görüşdə bu bölgələrlə bağlı heç bir güzəştin olmayacağını bəyan etmişdi.

 

23 noyab1948 – Dahi bəstəkar, publisist, pedaqoq, Xalq artisti, professor Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (18.9.1885 – 1948) vəfat edib. Üzeyir Hacıbəyli Azərbaycan professional musiqisinin banisi, ilk milli operanın (“Leyli və Məcnun”, 1908), ilk musiqi komediyanın (“Ər və arvad”, 1910) müəllifi, Milli Konservatoriyanın qurucusudur.

 

23 noyabr 1994 - Azərbaycanla Nikaraqua arasında diplomatik münasibətlər qurulub.

 

23 noyabr 1999 – Görkəmli aktrisa, Xalq artisti Leyla Bədirbəyli (8.1.1920 - 1999) vəfat edib. 1945-ci ildə “Arşın mal alan” filmi ilə (Gülçöhrə) məşhurlaşıb. “Fətəli xan”, “Görüş”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

23 noyabr 2004 - BMT Baş Assambleyasının 59-cu sessiyasında «Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət» adlı məsələ müzakirə olunub. İclasda Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Ermənistanın işğal etdiyi ərazilərdə həyata keçirdiyi məskunlaşdırma siyasəti barədə məlumat verib. Minsk qrupunun həmsədri olan ölkələrin (ABŞ, Rusiya, Fransa) BMT-dəki təmsilçiləri Azərbaycanın iradlarını qəbul etsələr də, məsələ ilə bağlı qətnamənin qəbulunda tələsməməyi tövsiyə ediblər. Nəticədə kompromis variant kimi işğal olunmuş ərazilərdəki məskunlaşdırma faktlarını araşdırmaq üçün bölgəyə ATƏT-in xüsusi missiyasının göndərilməsi (fevral 2005) qərara alınıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi