“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.11.2013, 09:47
1600

Azərbaycan tarixi günbəgün: 24 noyabr

A- A+

24 noyabr 1995 - Prezident Heydər Əliyevin iştirakı ilə birinci çağırış Milli Məclisin ilk iclası keçirilib...

 

24 noyabr 1922 - Opera müğənnisi Rəhilə Cabbarova (1922-2002) anadan olub. “Kölgələr sürünür” filmində (Cahan), “Sevil” film-operasında (Gülüş, mahnıların ifası) çəkilib.

 

24 noyabr 1924 – Məşhur rəssam, Əməkdar incəsənət xadimi Vəcihə Əli qızı Səmədova (1924 - 24.10.1965) anadan olub. Tanınmış şəxsiyyətlərin portretlərinin, mənzərə və tematik tabloların müəllifidir.

 

24 noyabr 1934 - Azərbaycan Dövlət Teatr Muzeyinin açılışı mərasimi keçirilib. Teatr muzeyi Azərbaycan Dövlət Muzeyinin müvafiq şöbəsinin bazasında yaradılmışdı. Muzeyə tanınmış teatr xadimi Ağakərim Şərifov direktor təyin olunmuşdu.

 

24 noyabr 1939 - Beyləqan (1990-cı ilədək Jdanov adlanıb) və İsmayıllı rayonları təşkil olunub.

 

24 noyabr 1988 - Azərbaycanlıların Ermənistandan deportasiyası və ermənilərin Qarabağ iddialarına etiraz olaraq Bakıdan sonra bölgələrdə də aksiyalar başlanıb. Azərbaycan Ali Sovetinin Rəyasət Heyəti aksiyaların qarşısını almaq üçün Bakı, Gəncə və Naxçıvanda xüsusi vəziyyət və qadağan saatı tətbiq edib. Buna baxmayaraq Bakıda mitinqlər dekabrın əvvəlinədək davam etdi.

 

24 noyabr 1993 - Prezident Heydər Əliyevin sədrliyi ilə respublikanın sosial-iqtisadi problemlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Prezident böhrandan çıxış yollarının tapılması, xüsusilə enerji və çörək qıtlığının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər barədə hökumətə tapşırıq verib.

 

24 noyabr 1995 - Prezident Heydər Əliyevin iştirakı ilə birinci çağırış Milli Məclisin ilk iclası keçirilib. İclasda təşkilati məsələyə baxılıb: Rəsul Quliyev Milli Məclisin sədri, Arif Rəhimzadə sədrin 1-ci müavini, Yaşar Əliyev isə müavin seçiliblər.

 

24 noyabr 1995 - Azərbaycan Bruney Sultanlığı ilə diplomatik münasibətlər qurub.

 

24 noyabr 2001 - Aktyor Səyavuş Şəfiyev (1.9.1937 - 2001) vəfat edib. “Əhməd haradadır” (Əhməd), “Uşaqlığın son gecəsi” (Rüstəm) filmlərində yaddaqalan obrazlar yaradıb.

 

24 noyabr 2003 - Prezident İlham Əliyev "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərman imzalayıb. Bu, İlham Əliyevin prezident postunda imzaladığı ilk proqram xarakterli fərman idi.

 

24 noyabr 2006 - Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva sosial-maarifçilik layihələrinə, sivilizasiyalararası dialoqa, İslam aləmində görülən işlərə verdiyi dəstəyə görə İslam Konfransı Təşkilatının elm, təhsil, mədəniyyət qurumu olan İSESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb. 2004-cü il avqustun 13-də Mehriban Əliyevaya UNESCO-nun Xoşməramlı səfiri adı verilmişdi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi