“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.10.2013, 10:59
1721

Azərbaycan tarixi günbəgün: 19 oktyabr

A- A+

19 oktyabr 2005 – Parlament seçkiləri ərəfəsində hakimiyyəti ələ keçirməyə hazırlaşan dövlət məmurlarının ifşa olunduğu elan edilib. İqtisadi inkişaf naziri Fərhad Əliyev, ertəsi gün səhiyyə naziri Əli İnsanov həbs olunub...

 

19 oktyabr 1898 – Azərbaycan Elmlər Akademiyasının üzvü, tanınmış ədəbiyyatşünas alim, professor Feyzulla Qasımzadə (1898-1976) anadan olmuşdur. Feyzulla Qasımzadə uzun müddət Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri işləyib.

 

19 oktyabr 1991 – Erməni silahlı dəstələri Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı daha bir terror aktı törədiblər. Ağdərə (Mardakert) rayonunun Sırxavənd kəndi yaxınlığında minik avtomaşının partladılması nəticəsində 3 nəfər həlak olub, 2 nəfər yaralanıb.

 

19 oktyabr 1999 – Milli Məclis Azərbaycan hərbçilərinin Kosovoda beynəlxalq sülhyaratma əməliyyatında (KFOR) iştirakına icazə verən qərar qəbul edib. Sənədə əsasən, 30 nəfərlik Azərbaycan taqımı Kosovodakı Türkiyə kontingentinin tərkibində xidmətə başlayıb. Bu, ölkəmizin iştirak etdiyi ilk sülhyaratma əməliyyatı idi. Azərbaycan hərbçilərinin Kosovoda xidməti 2008-ci ilədək davam etdi və həmin ilin martında parlamentin qərarı ilə sülhməramlı taqım geri çağırıldı.

 

19 oktyabr 2005 – Parlament seçkiləri (6 noyabr 2005) ərəfəsində radikal müxalifət qüvvələri ilə əlbir olaraq hakimiyyət çevrilişi həyata keçirməyə hazırlaşan, bu işə külli miqdarda maliyyə ayıran yüksək vəzifəli şəxslər ifşa olunub. Oktyabrın 19-da iqtisadi inkişaf naziri Fərhad Əliyev, 20-də səhiyyə naziri Əli İnsanov vəzifələrindən kənarlaşdırılaraq həbs olunublar. Prezidentin İcra Aparatının İşlər İdarəsinin müdiri Akif Muradverdiyev, “Azərkimya” Dövlət Şirkətinin prezidenti Fikrət Sadıqov və digər şəxslər məsuliyyətə cəlb olunub. Baş Prokurorluq, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin apardığı təhqiqat nəticəsində onlara qarşı Cinayət Məcəlləsinin mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, iğtişaşa hazırlıq və s. maddələri üzrə cinayət işi açılıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

 

Xəbərlər
Redaktorun seçimi