“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.06.2013, 09:43
1304

Azərbaycan tarixi günbəgün: 29 iyun

A- A+

29 iyun 1990 - Azərbaycan SSR Nazirlər Soveti “Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycan SSR-in suveren hüquqlarının bərpa edilməsi və vilayətin sosial-iqtisadi inkişafı üzrə tədbirlər haqqqında” qərar qəbul edib...

 

29 iyun 1913 – Xalq şairi Nigar Rəfibəyli (1913- 1981) Gəncə şəhərində anadan olub. Məşhur Rəfibəylilər nəslindəndir, atası Xudadat bəy Rəfibəyli Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olub. Nigar Rəfibəyli lirik şeirləri ilə XX əsr Azərbaycan poeziyasını zənginləşdirib, xarici dillərdən bir çox poeziya nümunələrini dilimizə çevirib. 1981-ci il iyulun 10-da vəfat edib.

 

29 iyun 1990 -  Azərbaycan SSR Nazirlər Soveti “Dağlıq Qarabağ Muxtar Vilayətində  Azərbaycan SSR-in suveren hüquqlarının bərpa edilməsi və vilayətin sosial-iqtisadi inkişafı üzrə tədbirlər haqqqında” qərar qəbul edib. Lakin artıq vaxtı keçmiş bu cür formal qərarlarla erməni qüvvələrin Qarabağdakı aqressiv hərəkətlərini, Ermənistanın Azərbaycana qarşı təhdid siyasətini önləmək mümkün deyildi. Qərardan iki həftə sonra (11 iyul 1990) erməni quldur dəstələrinin növbəti terror basqını nəticəsində Tərtər-Kəlbəcər sərnişin avtobusunu partlatdılmış, 14 azərbaycanlı öldürülmüş, 35 nəfər yaralanmışdı.

 

29 iyun 1992 – Azərbaycan Respublikası ilə Yeni Zelandiya arasında diplomatik münasibətlər qurulub.

 

29 iyun 1994 – Prezident Heydər Əliyev İran İslam Respublikasına ilk rəsmi səfərə gedib. Bundan öncə - 1993-cü ilin oktyabrında - İran prezidenti Azərbaycana səfər etmişdi. Bu səfərlər Bakı-Tehran münasibətlərində 1992-1993-cü illərdə yaranmış soyuqluğun aradan qaldırılması üçün əhəmiyyətli hadisə olub. Prezident Heydər Əliyevin İrana rəsmi səfəri gedişində iki ölkə arasında bir sıra əməkdaşlıq sazişləri imzalanıb. İran prezidenti Əli Əkbər Haşimi Rəfsəncani Azərbaycan prezidenti ilə imzaladığı birgə bəyanatda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyib.

 

29 iyun 1995 – Prezident Heydər Əliyev Bolqarıstan və Rumıniyaya rəsmi səfərə gedib. Səfər Azərbaycanın bu ölkələrlə yüksək səviyyəli münasibətlərinin əsasını qoyub. Prezident Buxarestdə keçirilən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşündə iştirak edib.

 

29 iyun 2004 – Azərbaycan prezidenti İlham Əliyev NATO-nun İstanbulda keçirilən zirvə toplantısında iştirak edib. Dövlət başçısı  Şimali Avroatlantika Tərəfdaşlıq Şurasının toplantısında, “Avroatlantik İttifaqı yol ayrıcında” mövzusunda konfransda çıxış edib, bir sıra ikitərəfli görüşlər keçirib. Sammit çərçivəsində İstanbulda Türkiyənin xarici işlər naziri Abdullah Gülün Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Vardan Oskanyanla üçtərəfli görüşü keçirilib. 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi