“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.06.2013, 10:46
1555

Azərbaycan tarixi günbəgün: 15 iyun

A- A+

15 iyun 1993 - Milli Məclisin iclasında təşkilati məsələyə baxılıb. İclasda iştirak edən prezident Əbülfəz Elçibəyin təklifi ilə deputat, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev parlamentin sədri seçilib...

 

15 iyun  1722 - Çar I Pyotr Azərbaycanın Şirvan və Xəzəryanı bölgələrinin əhalisinə bəyannamə ünvanlayıb. Bəyannamədə Xəzər regionuna yürüş edən rus qoşunlarının yerli əhaliyə qarşı pis niyyət güdmədiyi iddia olunurdu. Bunun ardınca (18 iyun) I Pyotrun başçılıq etdiyi rus qoşunlarının Həştərxandan Azərbaycan torpaqlarına yürüşü başlandı.

 

15 iyun 1918 - Bəstəkar, Xalq artisti Hacı Dadaş oğlu Xanməmmədov (1918-7.4.2005) Dərbənddə doğulub. “Bir dəqiqə” musiqili komediyasının, populyar mahnıların (“Getmə amandı”, “Qurban olduğum”, “Qarşıdan bir sona keçdi”, “Qadan alım”) müəllifidir. Filarmoniyanın direktoru, Dövlət mahnı və rəqs ansamblının bədii rəhbəri olub.

 

15 iyun 1945 - Görkəmli aktrisa, Xalq artisti Amaliya Əliş qızı Pənahova Gəncədə doğulub. Milli Dram Teatrında, televiziya tamaşalarında çoxsaylı obrazlar yaradıb. 1992-ci ildən yaratdığı Bakı Bələdiyyə Teatrına rəhbərlik edir. “Arxadan vurulan zərbə” (Ziba), “Qərib cinlər diyarında” (Zərrintac), “Babək” (Zərnisə”, “Gözlə məni” (Fəxrəndə”), “Cavad xan” (Darya) və s. flmlərdə çəkilib. Mədəniyyət və İncəsənət Universitetinin professorusdur.

 

15 iyun  1988 - Ermənistanın Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə keçməsi haqqında” qərar qəbul edib. Buna etiraz olaraq Azərbaycan SSR Ali Soveti iyunun 17-də bəyanat qəbul edərək SSRİ Ali Sovetindən Ermənistanın hərəkətinə münasibət bildirməyi xahiş edib.

 

15 iyun  1992 - Azərbaycanın Milli Ordu birləşmələrinin Xocalı və Əsgəran istiqamətində hücumları başlanıb. Döyüşləri lentə alan telejurnalist Çingiz Mustafayev Naxçivanik kəndi yaxınlığında həlak olub. Ç.Mustafayevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi.

 

15 iyun  1993 - Milli Məclisin iclasında təşkilati məsələyə baxılıb. İclasda iştirak edən prezident Əbülfəz Elçibəyin təklifi ilə deputat, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev parlamentin sədri seçilib. Parlamentdə çıxış edən Heydər Əliyev Azərbaycanı ağır böhrandan çıxarmaq üçün əlindən gələni edəcəyini, bütün fəaliyyətini Azərbaycanın müstəqilliyinin qorunmasına sərf edəcəyini bildirib. 1997-ci il iyunun 27-də Milli Məclis 15 iyunu Milli Qurtuluş Günü elan etdi.

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi