“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
03.06.2013, 10:15
1371

Azərbaycan tarixi günbəgün: 3 iyun

A- A+

3 iyun 1920 - Zəngəzur və Qarabağda bolşevik işğalına müqavimət göstərən Nuru paşanın başçılıq etdiyi Xalq Cümhuriyyətinin ordu hissələri Şuşa şəhərini ələ keçiriblər...

 

3 iyun 829 - Babək Xürrəminin qoşunları Həşdadsər dağında baş verən döyüşdə ərəblərin ordusu üzərində qələbə çalıb. Xilafətin 150 minlik ordusu darmadağın edilmiş, 50 minədək döyüşçü məhv edilmişdi. Bunun ardınca (830) xürrəmilər Həmədan yaxınlığında döyüşdə də qalib gəldilər.

 

3 iyun 1920 - Zəngəzur və Qarabağda bolşevik işğalına müqavimət göstərən Nuru paşanın başçılıq etdiyi Xalq Cümhuriyyətinin ordu hissələri Şuşa şəhərini ələ keçiriblər. Onların üzərinə XI rus ordusunun əlavə birləşmələri göndərilib. Sayca qat-qat çox olan rus qoşunları Levandovskinin komandanlığı altında iyunun 15-də Şuşanı yenidən işğal ediblər. Milli ordunun azsaylı hissələri Cəbrayıl qəzasına geri çəkiliblər. İyunun sonunda bu bölgə bolşeviklərin nəzarətinə keçdi. Sovetləməyə qarşı üsyanlar ilin sonunadək Şəmkir, Quba və digər bölgələrdə də baş verdi.

 

3 iyun 1996 - Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiya prezidentləri H.Əliyev, E.Şevardnadze, L-T.Petrosyan və B.Yeltsin Kislovodsk şəhərində "Qafqaz millətlərarası barışıq, sülh, iqtisadi və mədəni əməkdaşlıq uğrunda bəyannamə” imzalayıblar. Bu sənədlə "Qafqaz dördlüyü" formatının əsası qoyulub.

 

3 iyun 2006 - Ceyhan limanındakı Heydər Əliyev adına terminaldan Azərbaycan nefti yüklənmiş ilk tanker yola salınıb. Azərbaycan neftinin ilk alıcısı ABŞ-ın «Exxon-Mobil» şirkəti oldu. BTC-nin təntənəli açılış mərasimi isə 2006-cı il iyulun 13-də keçirildi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi