Azərbaycan tarixi günbəgün: 8 yanvar
8 yanvar 1607 – Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında növbəti müharibə (1603-1612) gedişində türk qoşunlarının əlində olan Bakıda xalq üsyanı başlayıb.
Üsyandan istifadə edən Səfəvi qoşunları şəhərə daxil olaraq Osmanlı qüvvələrini oradan vurub çıxarıblar.
Tərəflər arasında bundan öncəki (1578-1590) müharibədə Bakı, Azərbaycan digər əraziləri ilə bərabər, Osmanlının nəzarətinə keçmişdi.
Səfəvi dövləti Bakını geri almaqla müharibənin gedişini tamamilə öz xeyrinə dəyişməyə müvəffəq oldu.
Əlavə bax:
https://www.azerbaycanli.org/az/page422.html
8 yanvar 1920 – Xalq artisti, Azərbaycan və SSRİ Dövlət mükafatı laureatı, teatr və kinoda bir çox yaddaqalan obrazlar yaratmış görkəmli sənətkar Leyla Bədirbəyli (1920-1999) anadan olub. 1999-cu il noyabrın 23-də vəfat edib.
8 yanvar 1992 – Erməni təxribatçı dəstələri Azərbaycana qarşı daha bir terror əməli həyata keçiriblər.
Türkmənistandan Krasnovodsk (Türkmənbaşı) - Bakı marşurutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı nəticəsində 25 nəfər həlak olub, 88 nəfər yaralanıb.
8 yanvar 1995 – Azərbaycan Respublikası ilə Qayana dövləti arasında diplomatik münasibətlər qurulub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: