“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.12.2013, 10:19
1349

26 dekabr

A- A+

26 dekabr 1919 - Görkəmli rəqqasə, Xalq artisti Əminə Dilbazi anadan olub...

Azərbaycan

 

26 dekabr 1910 - Yazıçı Yusif Şirvan (Yusif Əsgər oğlu Əsgərov; 1910-1979) Şamaxıda anadan olub. Əsərləri: "Şəfəq", "Buludlar dağılır", "Məzunlar" (romanlar), "Sularda yanğın", "Ömür çiçəklənir", "Həyat poeması", "Lalə dəstəsi" (povestlər) və s. Rus dilindən tərcümələr edib.

 

26 dekabr 1919 - Görkəmli rəqqasə, Xalq artisti Əminə Paşa qızı Dilbazi (1919 - 30.4.2010) anadan olub. "Çinar", "Sevinc" qızlar ansamblını yaradıb. 1949-cu ildən Xoreoqrafiya Məktəbində dərs deyib. “O olmasın, bu olsun” filminə çəkilib. “Ulduz”, “Arşın mal alan” (1965) filmlərində rəqslərə quruluş verib.

 

26 dekabr 1950 – Xalq artisti Nuriyyə Əliağa qızı Əhmədova (1950 - 10.10.2015) Şəkidə anadan olub. ”Bəxt üzüyü”, “Bağ mövsümü”, “Sahilsiz gecə”, “Həm ziyarət, həm ticarət” , “Yuxu” və s. filmlərə çəkilib.  

 

26 dekabr 1991 - Xankəndi (Stepanakert) şəhərindən sonuncu azərbaycanlı ailələr qovulub, 1989-cu ildən şəhərdə azərbaycanlalara (7 min nəfər) qarşı aparılan etnik təmizləmə başa çatıb. 26 dekabr Xankəndinin ermənilər tərəfindən işğalı günüdür.

 

Dünya

 

26 dekabr 1862 - Rus yazıçı-dramaturqu, teatrşünas Aleksandr Amfiteatrov (1862 - 1938) anadan olub.

 

26 dekabr 1867 – Fransız yazıçısı, filosof Jülyen Benda (Julien Benda; 1867-1956) anadan olub. “İntellektualların satqınlığı” kitabı ilə məşhurlaşıb.

 

26 dekabr 1891 - Amerika yazıçısı və rəssamı Henri Miller (Henry Valentine Miller; 1891-1980) anadan olub. “Xərçəng tropiki”, “Oğlaq tropiki”, “Qara bahar” trilogiyasının müəllifidir.

 

26 dekabr 1949 - Məşhur aktyor və müğənni, Rusiyanın Xalq artisti Mixail Boyarski anadan olub. Fılmləri: “D’Artyanyan və üç muşketyor”, “Qardemarinlər, irəli”, “İlf” qəsrinin məhbusu” və s.

 

26 dekabr 1991 - Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ) rəsmən süqut edib. SSRİ prezidenti M.Qorbaçov istefa verib, SSRİ-nin bayrağı Kreml üzərindən endirilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi