“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
08.11.2013, 09:49
1620

8 noyabr

A- A+

8 noyabr 1930 – Tanınmış bəstəkar Əfsər Cavanşirov Füzuli rayonunun Horadiz kəndində dоğulub...

Azərbaycan

 

8 noyabr 1930 – Tanınmış bəstəkar Əfsər Bayram оğlu Cavanşirov (1930-2006) Füzuli rayonunun Horadiz kəndində dоğulub. AzTV-nin «Bənövşə» uşaq xоrunun və rəqs ansamblının bədii rəhbəri olub. Simfоniyalar, pоеmalar, uşaq xоru üçün əsərlərin və s. müəllifidir.

 

8 noyabr 1944 – Teatrşünas, yazıçı-publisist Cəlil Həbib oğlu Vəzirov (1944-2008) anadan olub. Naxçıvan Muxtar Respublikası Teatr Xadimləri İttifaqının sədri işləyib.

 

8 noyabr 1967 - Bakı metrosu fəaliyyətə başlayıb. Paytaxtda 5 yeraltı stansiya - «Bakı Soveti» («İçərişəhər»)-«26 Bakı komsissarı»-(«Sahil»)-«28 Aprel» («28 May»)-«Gənclik»-«Nərimanov» xətti istifadəyə verilib. Bakıda metro tikintisi ideyası hələ 1930-cu illərdə gündəmə gəlsə də, müharibə (1941-1945) və sonrakı iqtisadi çətinlik səbəbindən bu iş 60-cı illərdə başladı. Bakı metrosu keçmiş SSRİ-də beşinci metro idiPrezident İlham Əliyevin 2006-cı il 28 oktyabr tarixli sərəncamı ilə noyabrın 8-i Bakı metropoliteni işçilərinin peşə bayramı günü elan edilib.

 

Dünya

 

8 noyabr 1837 - Gürcü yazıçısı, publisist, şair İlya Qriqoryeviç Çavçavadze (1837-12.9.1907) аnаdаn оlub. “Erməni alimləri və fəryad edən daşlar” adlı əsərində ermənilərin qonşu xalqların tarixinə və mədəniyyətinə qarşı saxtakarlıq cəhdlərini ifşa edib.

 

8 noyabr 1900 - Amerika yazıçısı Marqaret Mitçell (Margaret Munnerlyn Mitchell, 1900-1949) anadan olub. “Küləklə sovrulanlar” romanı ilə məşhurlaşıb. 

 

8 noyabr 1935 - Dünya şöhrətli fransız kinoaktyoru və rejissoru Alen Delon (Alain Fabien Maurice Marcel Delon) anadan olub.

 

8 noyabr 1955 - Amerika yazıçısı, fantastika və mistika janrında əsərlər müəllifi Cefri Ford (Jeffrey Ford) anadan olub.

 

8 noyabr 1960 - Məşhur rus aktyoru və teatr rejissoru Oleq Menşikov anadan olub.

 

8 noyabr 1961 - Şən və Hazırcavablar Klubunun (rusca “KVN”) yarandığı gündür. Həmin gün SSRİ-nin mərkəzi (Moskva) televiziyasında Şən və Hazırcavablar Klubu verilişinin ilk buraxılışı efirə çıxıb. 2001-ci ildən beynəlxalq “KVN günü” kimi qeyd olunur. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi