“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
30.11.2013, 10:33
1674

30 noyabr

A- A+

30 noyabr Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günüdür (Computer Security Day)...

Azərbaycan

 

30 noyabr 1934 – Tanınmış şair, tərcüməçi İlyas Tapdıq (İlyas Oruc oğlu Tapdıqov) Gədəbəy rayonunun Əli İsmayıllı kəndində anadan olub. “Arxalı dağlar”, ” Bir eşqin şimşəyi”, “Meşənin mahnısı”, “ Qızlar və qağayılar”, ”Məhəbbət yolları” və s. kitabların müəllifidir. Rus dilindən tərcümələr (M.Zoşşenko, E.Mejelaytis və s.) edib.

 

30 noyabr 1950 – Moskvada "Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü" başa çatıb.

 

Dünya

 

30 noyabr Beynəlxalq İnformasiya Təhlükəsizliyi günüdür (Computer Security Day). 1988-ci ildə Amerika Kompyuter Avadanlıqları Asossiasiyası tərəfindən kompüter virusları ilə mübarizə devizi altında təsis edilib.

 

30 noyabr 1667 - Məşhur inglis (irland) yazıçısı, “Qulliverin səyahəti” əsərinin müəllifi Conatan Svift (Jonathan Swift; 1667- 19.10.1745) anadan olub.

 

30 noyabr 1817 - Alman filoloqu və tarixçisi, ədəbiyyat üzrə Nobel mükafatı (1902, “Roma tarixi” əsərinə görə) laureatı Teodor Momzen (Theodor Mommsen; 1817-1903) anadan olub.

 

30 noyabr 1835 – Məşhur Amerika yazıçısı Mark Tven (Mark Twain - əsl adı Samuel Langhorne Clemens; 1835 - 21.4.1910) anadan olub. “Heklberri Finnin macəraları”, “Tom Soyerin macəraları” və s. romanların müəllifidir.

 

30 noyabr 1934 - Rus aktyoru, SSRİ Xalq artisti Vyaçeslav Nevinnı (1934-2009) anadan olub. Filmləri: “Ruslan və Lyudmila”, ”Qaraj”, “Ola bilməz”, “Ölü canlar” və s.

 

30 noyabr 1937 – İngilis kinorejissoru Ridli Skott (Ridley Scott) anadan olub. Filmləri: “Əsgər Ceyn”, “Qladiator”, “Hannibal”, “Qara qırğı”nın düşməsi” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi