“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.07.2013, 10:05
1486

20 iyul

A- A+

20 iyul 1948 - Tanınmış aktyor, rejissor, Xalq artisti Ramiz Əzizbəyli anadan olub...

Azərbaycan

 

20 iyul 1946 - Rejissor Rafiq Dadaşov anadan olub. Bir sıra filmlərin ikinci rejissoru olub: “De ki, məni sevirsən!” (1977), “Dantenin yubileyi” (1978), “Yol əhvalatı” (1980), “Ötən ilin son gecəsi” (1983), “Qəm pəncərəsi” (1986), “Qətl Günü” (1990) və s. Sənədli filmlər çəkib.

 

20 iyul 1948 - Tanınmış aktyor, rejissor, Xalq artisti Ramiz Əzizbəyli anadan olub. “Bağ mövsümü”, “Bəyin oğurlanması”, “Şeytan göz qabağında”, “Qəzəlxan” və s. filmlərdə, televiziya tamaşalarında çəkilib. "Pirverdinin xoruzu", "Bəxt üzüyü", “Yalan” bədii filmlərinə quruluş verib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib. 

 

20 iyul 2001 - Prezident Heydər Əliyev Milli Mətbuat, Teleradio və İnternet Şurasının yaradılması barədə fərman imzalayıb. Fərmana əsasən, yeni təsisat ölkədə kütləvi informasiya fəaliyyətinə ictimai nəzarəti təmin etməli idi. Sonradan beynəlxalq ekspertlərin (Avropa Şurası) tövsiyəsi ilə dövlət tərəfindən yalnız Teleradio Şurasının yaradılması qərara alındı. Mətbuat Şurası isə 2003-cü ildə qeyri-hökumət qurumu kimi təsis edildi.

 

Dünya

 

20 iyul 1304 - İtaliya intibahının görkəmli nümayəndəsi, şair Françesko Petrarka (Francesco Petrarca; 1304-1374) anadan olub.

 

20 iyul 1656 - Avstriya memarı, arxitekturada imperiya üslubunun banisi Yohann Bernhard Fişer fon Erlax (Johann Bernhard Fischer von Erlach; 1656-1723) anadan olub.

 

20 iyul 1864 - İsveç şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1931) laureatı Erik Karlfeldt (Erik Axel Karlfeldt, 1864-1931) anadan olub.

 

20 iyul 1882 - Alman filosofu Nikolay Hartman (Nikolai Hartmann; 1882-1950) anadan olub. Fəlsəfədə yeni (tənqidi) ontologiyanın banisi sayılır.

 

20 iyul 1890 - İtalyan rəssamı və heykəltəraşı Corco Morandi (Giorgio Morandi; 1890-1964) anadan olub.

 

20 iyul 1895 - Macar və amerikan rəssamı, fotoqraf və bəstəkar, konstruktivizm cərəyanının parlaq nümayəndəsi Laslo Mohoy-Nad (Laszlo Moholy-Nagy; 1895-1946) anadan olub.

 

20 iyul 1924 - Görkəmli rus rejissoru, SSRİ Xalq artisti Tatyana Mixaylovna Lioznova anadan olub. Filmləri: “Baharın on yeddi anı” teleserialı (1973), “Biz, aşağıda imza edənlər” (1980), “Karnaval” (1981) və s.

 

20 iyul 1940 – Rusiyanın Xalq artisti, bəstəkar David Fyodoroviç Tuxmanov anadan olub. Məşhur estrada mahnılarının (“Qələbə günü”, “Təmiz gölməçələr”, “Damda durna” və s.) müəllifidir.

 

20 iyul 1941 – Tanınmış rus aktrisası, SSRİ Xalq artisti Lyudmila Alekseyevna Çursina Düşənbədə doğulub. Filmləri: “Uqryum-çay”, “Qalxan və qılınc”, “Lyubov Yarovaya” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi