“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.05.2013, 10:22
1688

14 may

A- A+

14 may 1916 - Azərbaycan kinosu tarixində ilk tammetrajlı bədii film olan “Neft və milyonlar səltənəti” nümayiş etdirilib...

Azərbaycan

 

14 may 1805 - Rusiya-İran müharibəsi (1804-1813) gedişində birinci Kürəkçay (indiki Goranboy rayonu ərazisi) müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, Qarabağ xanlığı Rusiya imperiyasına birləşdirilib.

 

14 may 1916 - Azərbaycan kinosu tarixində birinci tammetrajlı bədii film olan “Neft və milyonlar səltənəti” ilk dəfə nümayiş etdirilib. Yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında ekranlaşdırılan filmin rejissoru Boris Svetlov idi.

 

Dünya

 

14 may 1265 - İntibah dövrünün dahi italyan şairi Dante Aligeri (1265 - 14.9.1321) anadan olub. Bəzi mənbələrdə təvəllüdü 30 may göstərilir. “İlahi komediya”nın müəllifidir.

 

14 may 1771 - İngilis filosofu, sosialist Robert Ouen (Robert Owen, 1771-1858), anadan olub.

 

14 may 1944 - Amerika kinorejissoru Corc Lukas (George Walton Lucas) anadan olub.

 

14 may 1952 - Rus bəstəkarı, populyar estrada mahnılarının bəstəkarı Vladimir Mateski anadan olub.

 

14 may 1959 - Fransız aktyoru Patrik Brüel (Patrick Bruel) anadan olub. “Yaquar” filmi (Fransua Peren) ilə məşhurlaşıb.

 

14 may 1969 - Avstraliya kinoaktrisası, “Oskar” mükafatı laureatı Keyt Blanşet (Cate Blanchett) anadan olub. Filmləri: “Elizaveta”, “Aviator” (“Oskar” mükafatı), “Üzüklərin hökmdarı” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi