“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.02.2013, 09:51
1732

24 fevral

A- A+

24 fevral 1864 - Görkəmli mütəfəkkir, şair, ictimai xadim Əli bəy Hüseynzadə anadan olub...

 Azərbaycan

 

24 fevral 1864 - Görkəmli mütəfəkkir, yazıçı, tərcüməçi, şair, rəssam, həkim, ictimai xadim Əli bəy Molla Hüseyn oğlu Hüseynzadə (1864-17.03.1940) Salyanda doğulub. Peterburq və İstanbulda ali təhsil alıb, Bakıda «Həyat», «Kaspi» qəzetinin, «Füyuzat» jurnalının redaktoru olub. 1910-cu ildən Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib. Ə.Hüseynzadənin əsərlərində təbliğ etdiyi «türkçülük, çağdaşlıq və islamiyyət» fəlsəfəsi Azərbaycanın üçrəngli bayrağının ideoloji əsasını təşkil edir.

 

24 fevral 1881 - Görkəmli şair, yazıçı Abdulla Şaiq (Abdulla Mustafa oğlu Talıbzadə, 1881-24.7.1959) anadan olub. Azərbaycan uşaq ədəbiyyatına böyük töhfələr verib. «Uşaq çeşməyi», «Gülzar», «Milli qiraət kitabı» və s. dərsliklər yazıb, ali məktəblərdə ədəbiyyat tarixindən dərs deyib.

 

24 fevral 1886 - Xalq qəhrəmanı Abbasqulu bəy Xanbala oğlu Şadlinski (1886- 1930) Qərbi Azərbaycanın (indiki Ermənistan ərazisi) Vedi kəndində doğulub. 1918-ci ildə Naxçıvan, İrəvan, Zəngəzur və s. ərazilərdə daşnak-erməni quldur dəstələrinə qarşı könüllü xalq dəstələrinə (sovetləşmədən sonra “Qırmızı tabor”) rəhbərlik edib. Naxçıvanda, Ermənistanda sovet hakimiyyətinin bərqərar olması uğrunda mübarizə aparıb. Ermənistanda təsərrüfat vəzifələrində çalışıb. Yazıçı Fərman Kərimzadənin “Qarlı aşırım” romanı və roman əsasında çəkilən “Axırıncı aşırım” filmi Şadlinskinin həyat və fəaliyyətindən bəhs edir.

 

24 fevral 1934 – Xala rəssamı Cəmil Mir Yusif oğlu Müfidzadə anadan olub. “İçərişəhər”, “Abşeron nefti”, “Bakı neft paytaxtı”, “Xınalıq”, “Misir təəssüratları” və s. silsilə əsərlərin müəllifidir. Dövlət Rəssamlıq Akademiyasının professorudur.

 

24 fevral 1934 – Tanınmış aktyor Bahadur Əliyev (1934 -2002) Masallı rayonunun Sığıncaq kəndində anadan olub. “Ulduz” filmində kolxoz sədri Qədir rolu ilə geniş tanınıb. “Böyük dayaq” (komsomolçu), “Axırıncı aşırım” (Eyvaz), “Dərviş Parisi partladır” (bəy) və s. filmlərdə çəkilib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.

 

24 fevral 1994 - Milli Məclis "Xocalı soyqırımı günü haqqında" qərar qəbul edib. Qərarda hər il fevralın 26-nın Xocalı soyqırımı günü kimi qeyd edilməsi əksini tapmışdı.

 

Dünya

 

24 fevral 1463 - İntibah dövrünün italyan mütəfəkkiri Covanni Piko della Mirandolla (Giovanni Pico della Mirandola, 1463-1494) anadan olub.
 

24 fevral 1786 - Alman yazıçısı, folklorşünas-filoloq Vilhelm Qrim (Wilhelm Karl Grimm (1786-1859) anadan olub. Qardaşı Yakob Qrim (1785-1863) ilə birlikdə alman nağılları toplusunu hazırlayıblar.

 

24 fevral 1848 - Fransız yazıçısı və ədəbiyyatşünası Ejen Melxior de Voqyue (Eugene-Melchior de Vogüe, 1848-1910) anadan olub.
 

24 fevral 1895 - Rus-sovet yazıçısı Vsevolod Vyaçeslavoviç İvanov (1895-1963) anadan olub.
 

24 fevral 1900 - Rus aktyoru, SSRİ Xalq artisti Maksim Maksimoviç Ştraux (1900-1974) anadan olub. Bir çox filmlərdə V.Leninin rolunun əvəzsiz ifaçısı kimi tanınıb.

 

24 fevral 1906 - Sovet kinorejissoru, Rusiyanın Xalq artisti Aleksandr Rou (1906- 1973) anadan olub. Məşhur nağıl filmlərinə (“Ölməz Kaşşey”, “Büllur başmaq” və s.) quruluş verib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi