“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
06.01.2013, 09:59
1301

6 yanvar

A- A+

6 yanvar 1907 – Görkəmli aktyor, Xalq artisti İsmayıl Dağıstanlı anadan olub...

Azərbaycan

 

6 yanvar 1907 – Görkəmli aktyor, Xalq artisti İsmayıl Yusif oğlu Dağıstanlı (Hacıyev; 1907 - 1.4.1980) Qax rayonunun Zərnə kəndində doğulub.  Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. “Səbuhi” (M.F.Axundov), “Böyük dayaq” (Kərəmoğlu), “Qatır Məmməd” (Fətəli Xan Xoyski) və s. filmlərdə çəkilib.

 

6 yanvar 1938 - Baletmeyster, Əməkdar incəsənət xadimi Yulana Yusufovna Əlikişizadə Bakıda anadan olub. 1978-ci ilədək Akademik Opera və Balet Teatrında balerina kimi fəaliyyət göstərib. Mahnı Teatrında, Musiqili Komediya Teatrında balet qrupunun rəhbəri vəzifəsində çalışıb. 

 

6 yanvar 1938 - Görkəmli şair Mikayıl Müşfiq (Mikayıl Əbdülqadir oğlu Mikayılzadə, 5.6.1908 - 1938) dünyasını dəyişib. Yeniyetmə vaxtlarından yaradıcılığa başlayan Müşfiq qısa ömründə 10 şeir və poemalar toplusu nəşr etdirib. Stalin repressiyasının qurbanı olub. 1937-ci ildə pantürkizm və millətçilikdə ittiham edilərək həbs olunub, 1938-ci il yanvarın 6-da güllələnib.

 

6 yanvar 1962 - SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (25.11.1901, Həştərxan - 1962, Bakı) vəfat edib. Həştərxanda “İqbal” məktəbində tamaşalarda oynayıb. Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən onu Bakıya dəvət edib. 1920-ci ildə Bakıya gələn Mərziyyə Davudova Azərbaycan teatr sənətinin inkişafında misilsiz xidmət göstərib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşıdır. “Bəxtiyar” (Gülbadam), “Bir məhəllədən iki nəfər” (Fatma), “Əsl dost” (Sənəm) və s. filmlərdə çəkilib.

 

Dünya

 

6 yanvar 1822 - Tanınmış alman arxeoloqu, əfsanəvi Troya şəhərinin qalıqlarını üzə çıxarmış Henrix Şliman (Johann Ludwig Heinrich Julius Schliemann, 1822 - 1890) anadan olub.

 

6 yanvar 1872 - Görkəmli rus bəstəkarı Aleksandr Nikolayeviç Skryabin (1872 - 27.4.1915) anadan olub. “Ekstaz poeması” və “Prometey” simfonik poemalarının, simfoniyaların müəllifi, “rəngli musiqi”nin yaradıcısıdır.

 

6 yanvar 1879 - Tatarıstan ədəbiyyatının klassiki, dramaturq və publisist Qaliəsgər Kamal (Kamaletdinov; 1879 - 1933) anadan olub.

 

6 yanvar 1911 - SSRİ Xalq artisti, aktyor Nikolay Afanasyeviç Kryuçkov (1911 - 1994) anadan olub. “Bakının işıqları” (1950) filmində (Paramonov) çəkilib.

 

6 yanvar 1938 - Məşhur italyan aktyoru, müğənni, bəstəkar, rejissor Adriano Çelentano (Adriano Celentano) anadan olub. Filmləri: “Serafino”, “Milanda superoğurluq”, “İnadkarın ram edilməsi”, “Dəlicəsinə vurulmuş” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi