“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
23.04.2016, 14:32
1948

Mükafat Əliyev (1937). Nəsr və poeziya

A- A+

Mükafat Surxay oğlu Əliyev 1937-ci ildə Cəbrayıl rayonunun Quycaq kəndində anadan olub. M.F.Axundov Azərbaycan Dillər İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib (1965). Quycaq kənd orta məktəbində rus dili və ədəbiyyatı müəllimi (1965-1993) işləyib. 1993-cü ildə Cəbrayılın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra ailəsi ilə Bakıda məskunlaşıb.

Dövrü mətbuatda hekayə və şeirləri, bədii tərcümələri dərc olunub. Bir neçə kitabı işıq üzü görüb.

 

♦ Günbatana baxan qəbir. Bakı. “Mütərcim”, 2009. 240 s. PDF

Kitabda müəllifin son illərdə yazdığı şeir və hekayələrlə yanaşı, zamanın saxlancında qalmış əlyazmaları – 1950-1960-cı illərə aid poeziya və nəsr nümunələri, tərcümələri, eləcə də rus dilində qələmə aldığı yazıları toplanmışdır. 

 

♦ Arazım, mənim Arazım. - Bakı. “Mütərcim”. 2010. 184 s. PDF 

Kitabda müəllifin doğma yurd itkisinin acısını əks etdirən, gənc nəslə vətənpərvərlik ruhu aşılayan, xeyir və şərin mübarizəsindən, həyat eşqindən bəhs edən şeirləri, “Nə günahı var telli sazın?!” hekayəsi və “Qadalının qadaları” povesti yer alıb.

 

♦ Bir çantanın iziylə. - Bakı. “Mütərcim”. 2012. 116 s. PDF

Kitaba müəllifin “Bir çantanın iziylə”, “Qara geyimli qadın” hekayələri, şeirləri, haqqında mətbuatda dərc olunan yazılar daxil edilmişdir.

 

♦ Medalyon. - Bakı. “Mütərcim”. 2013. 92 s. PDF

Kitabda müəllifin “Medalyon” hekayəsi, şeirləri toplanmışdır. 

 

Xəbərlər
Redaktorun seçimi