“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.12.2014, 15:50
1598

Mir Mehdi Xəzani (1811-1893)

A- A+

XIX əsr Azərbaycan tarixşunaslığında "Kitabi-tarixi-Qarabağ" əsərinin muəllifi kimi tanınan Mir Mehdi Xəzani həm də şair olmuşdur. Onun tərcümeyi-halı haqqında ətraflı və dəqiq məlumat yoxdur.

Təxminən 1811-ci ildə Qarabağ xanlığının Bərgüşad mahalının (Zəngəzur) Məmər kəndində doğulduğu və 1893-cu ildə öldüyü güman edilir. Məzarı Qarabağın Tuğ (keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonu – red.) kəndindədir.

Mir Həmzə adlı oğlu vardı.

* * *

Mir Mehdi Xəzani ibtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Öz kəndlərini İbrahimxəlil xan Cavanşir onlara bağışlamışdı. Molla Rəfi bəy Mirzə Məhəmməd bəy oğlu Şıxımlının (1809-?) dəvəti ilə Dizaq mahalına köçmüşdü. Bir müddət bu kənddə məktəbdarlıq edəndən sonra kürəkənin dəvəti ilə, 1859-cu ildə Tuğ kəndində yerləşmişdi.

Tuğ kəndində məktəbdarlıqla məşğul olmuşdu. Ana dilini dərindən sevən Mir Mehdi Xəzani müsəlman dininə dair uşaqlar üçün Azərbaycan dilində mənzum bir əsər yazıb 1884-cü ildə çap etdirmişdi.

Mir Mehdi kənddə yaşasa da, Qarabağın ədəbi-mədəni mərkəzi Şuşa ilə daim əlaqə saxlayırdı.

Mir Mehdi tarixçi idi. Onun yaradıcılığında ən əsas yeri onun “Kitabi-tarixi-Qarabağ” tutur. Müəllif özünün müqəddimədə qeyd etdiyinə görə. əsəri Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşir Qarabağinin “Qarabağ tarix”lərindən əlavə “təvarixi-qədimlər”dən geniş istifadə edərək Mirzə Camalın nəvəsi Məhəmməd bəy Cavanşirin xahişi ilə “xalis türki” (Azərbaycan) dilində yazmışdır. Əsər müqəddimə, 24 fəsil və xatimədən (nəticə) ibarətdir.

Mir Mehdi həm də dövrünün tanınan şairi idi. Xəzani təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Bədii yaradıcılığında Fuzuli ənənələrinə və xalq ədəbiyyatı uslubuna soykənən Mir Mehdi Xəzaninin qəzəl, qəsidə, muxəmməs, mustəzad, qoşma, gəraylı, bayatı janrlarında yazılan şeirləri tapılmış və 1989-cu ildə "Əsərləri" Bakıda cap olunmuşdur.

Burada verilən məlumat və bədii numunələr həmin kitabdan goturulmuşdur.

* * *

►Qəzəllər

 

Genə dildar səri-kuyi bu gun yadə düşüb,

Dili-uftad olub uftadəvu uftadə düşüb.

 

Gər alır canımı oldurmək ucun, eyb deyil,

Qureyi-eşqdə can ol gozu səyyadə düşüb.

 

Bağban, sərvlər ovsafını cox soyləmə kim,

Sərvlər coxdu və lakin bu bir azadə düşüb.

 

Murği-dil rəşki-gulustani-ruxunlə daim

Şuru əfganə gəlib, naləvu fəryadə düşüb.

 

Xahişi-royət ilə gər yanıram atəşə mən,

Bu təmənnayə ki, mən duşdum, o Musa də düşüb.

 

Ey Xəzani, rəhi-eşq icrə məni mən etmə

Ki, bu sevdayə konul aləmi-baladə düşüb.

* * *

Yetişdi cana konul, ey nigar, rəhm eylə,

Qalıb yolunda gozum intizar, rəhm eylə!

 

Fəğanu nalə-işim, əndəlibi-şeydayəm,

Acılmadı mənə bir novbahar, rəhm eylə!

 

Xumar gozlərinin cun məriziyəm, ey gul,

Rəva deyil ki, qalam boylə zar, rəhm eylə!

 

O qədər mohnəti-hicranını cəkib konlum

Ki, qalmayıb dəxi səbru qərar, rəhm eylə!

 

Cəmal həsrətiyəm, daima odur fikrim,

Olubdu dərdu qəmim sədhezar, rəhm eylə!

 

Nə dərdməndu nə bir munisu nə yarım var,

Nə bir ənisu nə bir qəmkusar, rəhm eylə!

 

Məlali-rəşgu vusalu hucumi-firqətdən

Olubdu didələrim əşkbar, rəhm eylə!

 

Xəzani xəstə dərində həmişə saildir

Ki, yox əlində dəxi ixtiyar, rəhm eylə!

* * *

Genə bicarə konul duşdu bir əyyar əlinə,

Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.

 

Zulfi xəttu qaşu goz dəstinə duşmuş könlüm,

Necə bir fərdi-musəlman duşə kuffar əlinə.

 

Həsrəti-ləli-ləbi bağrımı purxun etmiş,

Hic kim duşməyə, ya rəb, belə xunkar əlinə.

 

Cumleyi-mətləbu məqsudu olurdu hasil

Yar duşsəydi əgər aşiqi-didar əlinə.

 

Bulbulun boylə ki, daim işi fəğan olmuş,

Nalə etməz, duşə gər bir dəxi gulzar əlinə.

 

Daima xubların ulfəti əğyar ilədir,

Gul vusalı, budur adət ki, duşər xar əlinə.

 

Gərci Məcnun dedi kim, Leylini bir dəxi gorə,

Sariban dəxi buraxmaz, düşüb əfsar əlinə.

 

Yapışar daməninə, bir dəxi əldən qoymaz,

Gər duşə xəstə Xəzaninin o dildar əlinə.

* * *

Yoxdur aləmdə o şuxi-məhi-tabanə əvəz,

Səri-kuyidir onun rovzeyi-rizvana əvəz.

 

Can əgər cıxsa olur ki, ola movcud əvəzi,

Leyk movcud deyil dəhrdə canana əvəz.

 

Cox pərişandı konul zulfi-pərişanın ucun,

Bu pərişanlığı qoydum o pərişana əvəz.

 

İstəməm mushəfi-ruxsarına qarşı ayət,

Tutaram ol xəti-ruxsarını Qurana əvəz.

 

Dilu dildarımı gər dust tutam mən etmin,

Yoxdur aləmdə, nedim, bu evi virana əvəz.

 

Bu Xəzani qəmi-hicran ilə yanmış, ya rəb,

Tut bu yanmağı sən ol atəşi-neyrana əvəz.

* * *

Dedim mərqum edəm ol yarə kağız,

Mənə bəlkə qıla bir carə kağız.

 

Səvadi-ceşmim ilə namə yazdım,

Baxa ta ol gulruxsarə kağız.

 

Yazıb bu kağızı, qıldım həsədlər

Ki, məndən tez yetər didarə kağız.

 

Dilərsən rəf ola bu intizarım,

Yazıb tərsim qıl həmvarə kağız.

 

Əcayib ncməti-biintəhadır,

Gələ dildardan dildarə kağız.

Nə muddətdir o dilbərdən yetişməz

Xəzani, xəstəvu bimarə kağız.

* * *

Mənbə:

XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005, 424 səh.

* * *

►Bax həmçinin:

Qarabağnamələr (II cild)

 

Xəbərlər
Redaktorun seçimi