“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.12.2014, 11:40
2104

Baba bəy Şakir (1780-1845)

A- A+

Baba bəy Şakir (Baba bəy Məhəmmədəli bəy oğlu Sarıcalı-Cavanşir) təxminən 1780-cl ildə Şuşa şəhərində doğulub, 1845-ci ildə vəfat edib.

Mükəmməl mədrəsə təhsili almışdı. Ana dili yanaşı bir neçə Şərq dillərini də bilirdi. Şakir təxəllüsü ilə ruhsar şeirlər yazırdı.

Baba bəy Pənahəli xanın böyük qardaşı Fəzləli bəyin nəvəsidir. Qasım bəy Zakirin qohumu və yaxın dostu olmuşdur. Qasım bəy Zakir Baba bəy Şakirin vəfatı munasibəitilə məşhur “Maddeyi-tarixi-Baba bəy" şeirini yazmışdır.

Baba bəyin bədii irsindən cox az miqdarda satirik və lirik əsərləri məlumdur. Onların bir qismi əruz, digər qismi heca vəznindədir.

Baba bəy Şakirin satiralarında fitnəkar bəylər, movhumat və cəhalət yayan ruhanilər, ruşvətxor, zulmkar məmurlar, komendant, qubernator, sərdar və s. ali rutbəli dovlət qulluqcuları kəskin tənqid olunurlar.

Şairin əsərlərindən ornəklər onun "Secilmiş əsərləri" (1985) kitabından götürülmüş, mətnlər şeirlərin əvvəlki nəşrləri (Məhəmməd ağa Muctəhidzadə Riyazul-aşiqin. İstanbul, 1910; Baba bəy Şakir. Şeirlər. Bakı, 1927) ilə tutuşdurulmıış, tərtibcinin "muasirləşdirmələri" aradan qaldırılmışdır.

* * *

►Qoşmalar

 

Murği-ruhum təndə durmaz, dövr edər,

Yenə canan duşdu yada, ay mədəd!

Qərib olkə, baş yastıqda, göz yolda,

Kimim var ki, yetə dada, ay mədəd!

 

Diyari-qurbətdə mən bəxtiqarə,

Bir dərdə duşmuşəm, bulunmaz carə;

Bilsəm, badi-səba yetirər yarə,

Cəkərəm bir qəlbi səda, ay mədəd!

 

Sübhu şam gozumdən tokərəm qanlar,

Görüb yar, musahib uzumti danlar...

Hər diyara qəflə işlər, yaranlar,

Gələn yoxdur bu bərbada, ay mədəd!

 

Gözdən saldım gözəllərin cəmini,

Yəqubun bağladım dərdü qəmini,

Seyu-əşkim tutdu ruyi-zəmini,

Tapmadım, əyləşəm, ada, ay mədəd!

 

İzn olmadı, qucam incə belindən,

Öpəm dodağından, əməm dilindən.

Mən Şakirəm, bir zalımın əlindən,

Cavan ömrü verdim bada, ay mədəd!

* * *

Şamu səhər qan süzüldü didəmdən,

Razi-dilim pərizada yetmədi.

Gah yalvardım, gah doşəndim payinə,

Kar güşinə nalə, səda yetmədi.

 

Tora saldı canan könül quşumu,

Aldadıban sərdən aldı huşumu.

Qatdı fələk qovğalarla başımı,

Rəhmə gəlib yar imdada yetmədi.

 

O gözləri şəhla, qaməti bəstə,

Anlamaz, nə cəkir Şakir şikəstə,

Didari şövqündən düşübdü xəstə,

Ömür kecib, bir murada yetmədi.

* * *

Qaradır üzümüz haqq dərgahında,

Kef ustə kef gələr damaq ustunə.

Vilayət məğşuşdu, zulm bihesab,

Bir üz də salarıq yamaq üstünə.

 

Bu dövranda hünər söhbəti bitdi,

Bərəkət qeyb oldu, kişilik itdi,

Kərəmli kişilər rəhmətə getdi,

Kələf cözələndi yumaq üstünə.

 

Naiblər mahalı xali tapdılar,

Bəyzadələr kənd - kəsəyi capdılar,

Daşdan yumşaq nə gördülər, qapdılar,

Qapqara yaxdılar dumağ üstünə.

 

Cuxam cula dönüb, yırtılıb kürküm,

Kecib boğazıma sürtülmüş börküm.

İnsafdan, murvətdən danışsa hər kim,

Tökülər yüz yerdən comaq üstünə.

 

Kimin ki başından aşardı varı,

Tapılmaz evində bir canaq darı.

Yollanaq Tiflisə, tapaq sərdarı,

Hərəmiz bir yandan cumaq üstünə.

 * * *

►Gəraylı

 

Nə muddətdi o biilqar

Mənimlə göz-gözə gəlməz.

Boş, bihudə sözdən ötrü,

Yar yarınnan sözə gəlməz.

 

Eşqinə can verə-verə,

Muştaq idim o dilbərə,

Tor qurmuşam nahaq yerə,

Ahu olub düzə gəlməz.

 

Az qalıb ki, fitnə-feli,

Şakiri eylə dəli,

Qapı-qapı gəzər eli

Yön cevırıb bızə gəlməz.

* * *

►Satirik şeir

 

Quberniya bina olandan bəri

 

Quberniya bina olandan bəri,

Oğrunun hər biri bir xanə dönüb;

Yox yetişən ərzə, divan eyləyən,

Dağılıb vilayət, viranə dönüb.

 

Murovlar buyurur oğurlayın at,

Nacalnikdən eyləməyin ehtiyat,

Olmaz urusluqda eyləmək isbat,

Onuncun tulkulər aslanə dönüb.

 

Dəxi bizdə qalmayıbdır day, dana,

Gedirik sərdarə yetişdik cana,

Olubdu oğrular sahibi-xana

O ki ev sahibi, mehmanə dönüb.

 

Var idi on atım, iyırmi malım,

Qərəz, bir tovr ilə kecirdi halım,

Yığıb bir hal ilə apardı zalım,

Qapımız sovrulmuş xırmanə dönüb.

 

Bu əsrdə olan sahib-ixtiyar,

Tamam oğurluqda olubdur pərgar,

Yatmayıb subhədək dartar nə ki var,

Qarabağın malı bostanə dönüb.

 

Qalmışıq məəttəl sultanlı, xanlı,

Əgər belə kecsə, qalmaz bir canlı,

Kurun o tayında olurdu qanlı,

Şimdi bu dağılmış Şirvanə dönüb.

 

Deyirlər bu saat Qanlı İsmayil

Bir milyon dovlətə olmayır qayil,

Kəsib Əriklini misli-Əzrayu,

Bac alır hər gələn karvanə dönüb.

 

Rəsuldan şərm yox, Allahdan da bim,

Allah rizasına danışmaz hec kim,

Qarabağ duzəlməz, mənim əzizim,

Cunki oz əhlimiz şeytanə dönüb.

 

Əmiraslan idi əvvəl talancı,

Gecə-gunduz qırqə gəzən dilənci,

Uzun nəfəs, mutəqəllib, yalancı,

Şimdi aləm Əmiraslanə dönüb.

 

O ki Şahnazoğlu hamıdan başdı,

At Rəhmin oğlu ilə yoldaşdı.

Kələntərli Goyuş, şirvanlı Daşdı,

Ağamməd qardaşı Qurbanə dönüb.

 

Bu dord-beş dananın əlində zarıq,

Apardı hər nə var quttauttəriq,

Zulm ifrat, mənzil irağ, at arıq,

Qaradağlı bizə Tehranə dönüb.

 

Murovlar oğrunu buyurur gundə,

Girin pusqusuna, gozləyin gendə,

Gorun sala bilirsizmi kəməndə,

Hec deməz, it oğlu ceyranə dönüb.

 

Bu nə qubernator, bu necə sərdar?!

Dağılıb vilayət, oldu tarımar;

Cəldlənibdir ruşivətə murovlar,

Xəlqin işi ahu əfqanə dönüb.

 

Bundan əqdəm ellər gedərdi dağa,

Məhəbbət eylərdi duşən qonağa,

Şimdi gedə bilməz evdən irağa,

Kişiyə dovləti zindanə dönüb.

 

O ki Əfətlinin ozgədir karı,

Tamam olarındır olkənin varı,

Razıyıq verələr bizə bir xarı,

Bir ədna gədəsi sultanə dönüb.

 

Qarabağın həramisi, yalanı,

Ustə duşsən danışmazlar yalanı,

Şimdi derlər təqəllubdə

Kolanı Cəmilliyə, Kurdustanə dönüb.

 

Rzaqulu oğlu Şirvanlı Səfi,

Nəsibin, əlbəttə, veribdir dəfi,

Dağıdır əqmişə, alır əşrəfi,

Hər biri bir tulək tərlanə dönüb.

 

İmirlilər-Subhanverdi uşağı

Bir gecə evində yoxdu yatmağı,

Kəm olmaz evində oğru qonağı,

Hamsı İsmayıla, Zamanə dönüb.

 

Qızılhacılılar gəzər eşşəkli,

Altı kohlən atlı, yanı yedəkli,

Sarbanlı, Şatırlı, həm Rəcəbbəgli,

Gəncəli Sadığa, Qurbanə dönüb.

 

Səsindən guşumuz batıb atlının,

Kimdir yetə fəryadına kəndlinin,

Kulluhum Qarabağ, Bayəhmədlinin

Əlində bendeyi-fərmartə dönüb.

 

Piriməli, Həsənli, Nayibalılar,

Qovzanlı mulkundə olan nə ki var,

Gəlir hər tərəfdən misali-bazar,

Mal alan, mal satan meydanə dönüb.

 

Şərm, həya qalmayıbdır bizlərdə,

Oğurluq, xudkeşlik olub bipərdə,

Onuncun duşmuşuz hərə bir dərdə,

Tapılmayır corək, dərmanə dönüb.

 

Deyil burda olan işlərdən agah,

Belə məlum, ədalətli padişah,

Xalqın fəryadına yetişsin Allah.

Bu dovran bir ozgə dovranə dönüb.

* * *

Mənbə:

XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005, 424 səh.

 

Xəbərlər
Redaktorun seçimi