“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.12.2014, 12:39
1760

Məhəmməd bəy Aşiq (1776-1861)

A- A+

Məhəmməd bəy Aşiq (Məhəmməd bəy Behbud bəy oğlu Sarıcalı-Cavanşir) XIX əsr Qarabağ şairlərinin yaşca ən boyuyudur. O, 1776-cı ildə Şuşa şəhərində doğulmuşdur. Atası Behbud bəy Qarabağda məşhur olan Sarıcalı-Cavanşir tayfasındandır.

Məhəmməd bəy Mükəmməl mədrəsə təhsili almışdı. Dövrünün bir çox ziyalıları kimi Şərq dillərini bilirdi.

Onun Qarabağ xanlığının ərazisində - Vərəndə və Zəngəzur mahallarında coxlu kəndləri və obaları vardı. Omrunun sonlarında Behbud bəy ixtiyarında olan torpaqları iki oğluna Məhəmməd bəyə və Boyuk bəyə paylamışdı.

Lakin Məhəmməd bəy atasının verdiyi torpaqları qardaşı Boyuk bəyə bağışlayıb, ozu yenicə aldığı Zəngilan kəndində məskunlaşdı. Burada onun həyatı narahat kecirdi; qayınları ilə onun arasında tez-tez baş verən torpaq cəkişmələri məhkəmələrdə davam edirdi. Belə cəkişmələr nəticəsində Rusiya hokuməti Məhəmməd bəyi Ordubada surgun etmiş və o, həyaının axırına qədər Ordubadda yaşamış, 1861-ci ildə orada dunyasını dəyişmişdir.

Məhəmməd bəy Ehsan xan Kəngərlinin qızı Sona bəyim ilə ailə qurmuşdu. Əbdüssəməd bəy, Behbud bəy, Teymur bəy adlı oğulları vardı.

Məhəmməd bəy şeirlərinin bir qismini oz adı, digər qismini "Aşiq" təxəllusu ilə mohurləmişdir. Onun muxtəlif təzkirələrdə qalan əsərlərini tədqiqatçı-jurnalist Ənvər Cingizoğlu toplayaraq, 2000-ci ildə Bakıda "Şuşa " nəşriyyatında cap etdirmişdir.

Həmin kitabdan bəzi nümunələri təqdim edirik:

* * *

►Qəzəllər

 

Necə kim ol sənəmin qəmzeyi-xunxarəsi var,

Dili-zarımda nıənim qanlı ciyərparəsi var.

 

Dili-əşkimi mənim salma nəzərdən, ey goz,

Dut giranmayə onun səbəyi-səyyarəsi var.

 

Yar xalına baxan gozdə qaradan qalmaz,

Demə aşiq ona kim, gozlərin qarəsi var.

 

Dami-təxsirə salır hər yetən azadələri,

Qaşu goz, zulfun əcəb qəmzeyi-məkkarəsi var,

 

Sanma bikarə məni şahi-hunərməndanəm,

Yığılıb başıma dəhrin nə ki avarəsi var.

 

Rəngi-zərdim yox əcəb əşk ilə gulgunə donub,

Cigərimdə acı mujgan oxunun yarəsi var.

 

Kufri-zilltun sevəli kamil olub iymanım,

Gərci bu rəmzlərin şəridə kəffarəsi var.

 

Bağlanmış silsileyi-kakilə konlum mohkəm,

Mən kimi yuz min onun Aşiqi-bicarəsi var.

* * *

Aldım qələmi namə yazam, yarə konuldən,

Ya rəb, ola bir məhrəmi aparə konuldən.

 

Ol qoncə dəhən dilbərə yetkəc dil uzadıb,

Bulbul kimi hər dəm gələ goftarə konuldən.

 

Tez-tez qoyub ol sərvi-qədin payinə başın,

Tabus qılıb tez ilə yəlvarə konuldən.

 

Əvvəl alıb nitqi-Məsihadən icazət,

Axır edə hər ərzimi sərdarə konuldən.

 

Xunbaarlığın dideyi-giryanını bir-bir,

Təqrir edə ol gozləri xunxarə komuldən.

 

Pərvanəsifət duşdugumu vadiyi-hicrə,

Hər ləhzə deyə atəşi-ruxsarə konuldən.

 

Nacarlığımı ərz edə ol şahi-cahar,

Rəhm eyləyibən, bəlkə, edə carə konuldən.

 

Keyfiyyəti-əhvalı və həm qisseyi-hicri,

Ərz eyləyə, bilgi verə dildarə konuldən.

 

Aşiq , qəmi-hicrani yazıb eylədim irsal

Ol zulfiu siyahə bu uzu qarə konuldən

* * *

O qara tellərinə oğru deyim, ya rəhzən,

Ya konlum məmləkətin qarət edib badə verən.

 

O munəvvər yuzini gordu məgər ay ilə gun,

Duşdulər dağa-daşa, oldular avarə gəzən.

 

O gozu qaşın olub qətlim ucun amadə,

Biri şəmşir cəkib, biri yayə duzən.

 

O xəttu xali-siyahın məxi-ruxsari,

Ləşkəri-hindu həbəş turkə tapıb əl deyəsən.

 

O qədu qamələ bax, gor nə qiyamət eylər,

Rəşgdən bağə qacıb, guşə tutub sərvi-cəmən.

 

O hənalı əlinə, nola, mubarək deyələr,

O ki şirin dilinə şəhdu şəkərdir deyilən.

 

Ağzına qoncə deyən kəslərin ağzın yummasan,

Gorsə bir gəz onu yuz yerdən acar qoncə dehən.

 

Şikəni-zulfdə dil naləsi kecdi həddən,

O qarə gundən onu qurtarın, Allahı sevən.

 

Durfəşanlıq bu qədər eylədik, Aşiq, bəsdir.

Həm bu dəhrdə bir dərdə yetib qədr bilən.

* * *

►Qoşmalar

 

Səndən ayrı işim mənim, ey dilbər,

Gecə-gunduz ahu fəqan olubdur,

Tağaful rəhmindən zulmu sitəmi

Bizim barəmixdə ehsan olubdur.

 

Ləhzə-ləhzə halın sorduğun konlum,

Gundə min nəsihət verdiyin konlum,

Daim şadu xurrəm gorduyun konlum,

İndi dərd əlindən viran olubdur.

 

Nə istərsən, zalım, mən binəvadan?

Bir gun əl cəkməzsən covru cəfadan.

Sanma indi, bil ki, qalu bəladan,

Gozlərim husnunə heyran olubdur.

 

Hacan almamışdın əqlimi sərdən,

Oxudum məhdi-husnunə əzbərdən.

O gundən ki saldın gozdən nəzərdən,

Mənim halım cox-cox yaman olubdur.

 

Hec yada salmırsan mən dilfikarı,

Səni nə bimurvət yaradıb tarı,

Dəhanın şovqundən Aşiqi-zarı

Oldurən bu daği-punhan olubdur.

* * *

Təzədən bir işə duşmuşəm genə,

Ala gozlu bır şux gəlin sevmişəm.

Mina gərdənini, tər sinəsini,

Rəna qəddin, qulac qolun sevmişəm.

 

Qədri-qiymət bilən bir əsilzadə,

Namu nişanım demənəm yada,

Sərasər əndamı oxşar şumşada,

Nazik ayağların, əlin sevmişəm.

 

Bəyənmirəm onun məcmui-karın,

Şovqində var idim bir belə yarın,

Xoş ədasın, xoş rəftaru goftarın,

Danışanda şirin dilin sevmişəm.

 

Gorməmişəm belə zulfu dəhən tək,

Yuz min əsiri var, əlbəttə, mən tək,

Gulustanə duşmuş zağu zəğən tək,

Ay qabaqda siyəh telin sevmişəm.

 

Muşkin kakilinin sərgəştəsiyəm,

Novki-mujganının dil xəstəsiyəm.

Aşiqəm, zulffunun pabəstəsiyəm,

Uzun, sacın, incə belin sevmişəm.

* * *

Bilirsənmi konlum, yar, səndən ayrı,

Necə miskin-miskin, natəvan gəzir.

Duşub səhralara şeydalar kimi,

Subhu şam bilməz, hər zaman gəzir.

 

Bir dilbəri-əla, ceşmi məstanə,

Qussəsindən konul oldu viranə,

Bilmirəm ki, neynəmişəm cananə,

Hər gorəndə məndən belə yan gəzir.

 

Bu dili-divanə, ey şuxi-ali,

Canu dildən sevib ol xəttu xali,

Kakili nıişkinə aşiq olali,

Başın ucun, daim sərgərdan gəzir.

 

Firqəlindən qara bağrım olub su,

Alıbdır qərarım o zulfu geysu,

Mən olmuşəm ləli-ləbindən ayru,

Deyirlər ki, cismində bəs can gəzir.

 

Genə Aşiq unudubdur hər karı,

Sevibdir bir şuxi, ceşmi-xunxarı,

Ol yanağı mahı, lalə ruxsarı,

Necə qıyır, zulfi pərişan gəzir.

* * *

Ey bivəfa, qədir bilməz dilbərim,

Şikayətim səndən bir kitab olmuş.

Yaza bilməz onu xameyi-qudrət

Cunki həddən kecmiş, bihesab olmuş.

 

Saraldım həsrəti-ali-ruyindən.

Tapmadım bir rəmz hali-ruyindən.

Dərdimə ol şirin goftguyindən,

Nə bir sual olmuş, nə cavab olmuş.

 

Mujgan oxun canda o sipər kimi,

Dərin əzizimdir simu zər kimi,

Dil dafinə daim əfilər kimi,

Turreyi-tərrarın picu tab olmuş.

 

Qızıl gul həsrətdir o al ruyuna,

Sərvi-səhi qat olubdur buyuna,

Hər gundə uz duşər xaki-kuyuna,

Kəmtərin qulamın afitab olmuş.

 

Əsiri-zulf olmuş divanə konlum,

Olubdur Aşiqdən biganə konlum,

Dağılmış dunyada viranə konlum,

Bir gun şad olmadı, ol xarab olmuş.

* * *

►Gəraylilar

 

Qan ağlar can quşu daim,

Rəhmsiz səyyad əlindən.

Oldurməz, eyləməz azad,

Ha cəkər fəryad, əlindən.

 

Sultani-eşqidir zalım,

Yaman yerə yetib halım,

Dil şəhri ilə xəyalım,

Olubdu bərbad əlindən.

 

Zulmundən ol sitəmkarın,

Naləsindən dili-zarın,

Bir necə gun ruzigarın,

Olmadım dilşad əlindən.

 

Novki-mujganları səf-səf,

Eşq əhlini qılmış hədəf,

Atsa yayınmaz hər tərəf,

Cıxmışlar ustad əlindən.

 

Gozlərini Aşiqi-zar,

Sevəndən bəridir bimar,

Məni, tari, oldur, qurtar,

Ol iki cəllad əlindən.

* * *

Aşıqinəm sənin axı,

Əzəl qadasın aldığın.

Cana vurub məhəbbətin,

Cəngəl, qadasın aldığım.

 

Can cıxır, konul neyləsin,

Dərdini kimə soyləsin?

İstər sədaqət eyləsin,

Tez gəl, qadasın aldığım.

 

Salma konlun iztiraba,

Zulfun icrə picu taba,

Sataşma xanəxəraba,

Dincəl, qadasın aldığım.

 

Seyrəqibdən iba qılla,

Kuyində gormuşəm, olləm,

Rəşkdan sayəni billəm,

En gəl, qadasın aldığım.

 

Qulum deyib, ey şahzadə,

Salmadın Aşiqi yada,

Olurmu sən tək dunyada,

Gozəl, qadasın aldığım?!

 

Mənbə:

XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005, 424 səh.

 

Xəbərlər
Redaktorun seçimi