“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.06.2014, 18:16
3616

Qarabağ dünyanın ən qədim insan məskənlərindən biridir

A- A+

Qarabağ bölgəsinin Xocavənd rayonunda, Quruçayın sahilindəki Azıx mağarasında (keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (1991-ci ilədək) Hadrut rayonunun ərazisi) aşkar edilən arxeoloji tapıntılar burada insanın 1 milyon 200 min il əvvəldən yaşadığını təsdiqləyir.

Min illər Quruçay dərəsindəki mağaralarda düşərgə salıb yaşayan insanlar burada özlərinə məxsus mədəniyyət yaradıblar ki, bu da tarix elmində “Quruçay arxeoliji mədəniyyəti” kimi qeyd olunur.

Azıx mağarası 1960-cı ildə görkəmli Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya tərəfindən kəşf edilib. 1968-ci ildə M.Hüseynovun Azıx mağarasında apardığı qazıntıların nəticəsi olaraq “neandertal” tipə məxsus olan bir insanın (“azıxantrop”) alt çənə sümüyü aşkar edilib. Tapıntı üzərində aparılan tədqiqatlardan sonra məlum oldu ki, onun ən azı 350-400 min illik bir tarixi var.

Mağarada aşkar edilən arada Paleolit və Mezolit dövrlərinə aid daşdan qayrılmış əmək alətlərin isə 1-1,5 milyon il əvvələ aid olduğu söylənilir.

Azıx mağarasından tapılmış çənə sümüyü qədimliyinə görə dünyada dördüncü yerdədir. Ondan əvvəlki dövrlərə aid edilən bu növ arxeoloğı tapıntılar Tanzaniyada, Keniyada və Fransada aşkar edilmişdi.

Beləliklə, Azərbaycanın qədim torpağı olan Qarabağda tarixin səhifələri milyon il öncəyə gedib çıxır:

1 milyon 200 min-1 milyon il əvvəl – Qarabağda (Azıx mağarasında) insan həyatının başlanması.

400 min-350 min il əvvəl – Azıx mağarasında azıxantropun çənə fraqmenti.

100 min-35 min il əvvəl – Orta paleolit dövrü.

40-35 min il əvvəl – Yuxarı paleolitin başlanması. Müasir insanın meydana gəlməsi.

Eramızdan əvvəl XIII-VI minilliklər – Mezolit və Neolit. İstehsaledici təsərrüfatın təşəkkülünün başlanması.

Eramızdan əvvəl IV-III minilliyin sonu – İlk tunc dövrü. Kür-Araz mədəniyyəti.

Eramızdan əvvəl III minilliyin sonu – Azərbaycan ərazisində ilk tayfa ittifaqları. Kutilər, lullubilər və hürrilər haqqında Şumer-Akkad mənbələrinin məlumatı.

Eramızdan əvvəl III minillliyin sonu-II minilliyin 1-ci yarısı – Orta tunc dövrü.

Eramızdan əvvəl II minilliyin ikinci yarısı-I minilliyin başlanğıcı – Son tunc və ilkin dəmir dövrü. Sosial və əmlak cəhətdən parçalanmanın dərinləşməsi. Xarici əlaqələrin güclənməsi. Xocalı-Gədəbəy, Qayakənd-Xoroçoy və Talış-Muğan mədəniyyətləri.

 

Quruçay mədəniyyətinin varisləri Qarabağ ərazisində mezolit və neolit dövründə də özlərinə məxsus maddi-mədəniyyət yaratmışdılar. Burada yaşamış əhalinin neolit dövründə ovçuluqdan maldarlığa, yığıcılıqdan əkinçiliyə keçməsi ilə mənimsəmə təsərrüfatı istehsal təsərrüfatı ilə əvəz edilmişdi. Lakin mezolit və neolit dövrü Qarabağ regionunda zəif öyrənilmişdir.

E.ə. VI - V minilliklərdə Qarabağ ərazisində yaşayan qəbilə və tayfalar ilk dəfə metalla – mislə tanış olmuşlar. Qarabağın dağlıq hissəsində mis yataqlarının geniş yayılması Azərbaycan ərazisində mislə ilk tahışlığın burada baş verdiyini söyləməyə əsas verir. Qarabağ ərazisində aşkar edilmiş çoxlu və zəngin abidələr tunc dövründə burada əhalinin sıx yaşamasından xəbər verir.

Qarabağ ərazisində tunc dövrü abidələri içərisində Füzulidə Qaraköpəktəpə, Ağdamda Üzərliktəpə, Xocalıda Xocalı abidələri öz zənginliyi və möhtəşəmliyi ilə fərqlənirlər. Qarabağ ərazisində bir sıra qəbir abidələri - kurqanlar, torpaq və daş qutu qəbirlər və s. də tədqiq edilmişdir. Qarabağ Qafqazda ən mühüm metallurgiya və dulusçuluq mərkəzlərdən biridir. Üzərliktəpə abidəsinin tədqiqi bu regionda şəhər mədəniyyəti izlərinin tunc dövründən meydana çıxdığını söyləməyə əsas verir.

Qarabağın daş dövrünə aid olan maddi mədəniyyət nümunələri ondan sonra gələn Tunc dövrü (b.e.ə. IV-1I minilliklərKür-Araz mədəniyyəti nümunələrinin təkmilləşdiyi və daha geniş ərazidə yayıldığı izlənilir. İlk ocağı Azərbaycanın Qarabağ bölgəsi olan Kür-Araz mədəniyyətinin izlərinə bütün Cənubi Qafqazda, İranın şimal-şərqində, Şərqi Anadoluda, Dağıstanda, Çeçen-İnquşetiyada və b. yerlərdə təsadüf edilir.

Qarabağ ərazisində aşkar edilmiş Kür-Araz mədəniyyətini səciyyələndirən maddi mədəniyyət qalıqları ilə zəngin olan Meynətəpə, Uzuntəpə, Şortəpə, Xaçbulaq, Xankəndi və Qaraköpəktəpə, Günəştəpə, Xantəpə, Şomulutəpə, Üzərliktəpə, Leylatəpə həmin mədəniyyətin Qarabağ ərazisində yaranması və yayılmasını təsdiq edir. Bu mədəniyyətə ətrafı qala divarı ilə möhkəmləndirilmiş şəhər tipli yaşayış yerləri və siklop tipli istehkamlar daxildir.

Əkinçilik və maldarlıq təssərtüfatında bir sıra yeniliklər baş vermiş, yeni sahələr - üzümçülük və bağçılıq təsərrüfatları yaranmış, süni suvarmadan istifadə edilmişdi. Maldarlıq əkinçilikdən ayrılmış və yaylaq-qışlaq maldarlıq forması yaranmışdı. Qarabağın dağlıq ərazisində yaşayış genişlənmiş və burada daimi yaşayış yerləri meydana gəlmişdi.

Tunc dövründə Azərbaycanda yaranmış üç büyük arxeoloji mədəniyyətin biri də Qarabağ ərazisində formalaşmış “Xocalı-Gədəbəy mədəniyyəti”dir. Bu mədəniyyətlərin formalaşması həmin ərazidəki əhalinin etnik konsolidasiya prossesində olmasının əlamətidir. Qarabağ ərazisində bu prosses tunc dövründə başlamışdır.

B.e.ə. II minilliyin ikinci yarısı – I minilliyin əvvəli - Qafqazın Son Tunc dövrü və Dəmir əsrinin başlanğıcında regionda metallurgiyanın inkişafı ilə səciyyələnir. Son tunc və ilk dəmir dövrünə aid Xocalı-Gədəbəy mədəniyyəti arxeoloji abidələri cənub ölkələri ilə çox sıx əlaqələrin mövcud olduğunu təsdiq edir.

Qədim Xocalı qəbiristanlığı təxminən b.e.ə. II-I minilliyin hüdudlarında yaranmağa başlamış, regionun tayfalarının dəfn ayinlərinin əsas cəhətlərini özündə əks etdirib.

 

Eramızdan əvvəl II minilliyin sonu – Azərbaycanın ən inkişaf etmiş rayonlarında ibtidai icma quruluşunun süqutu və dağılması.

Eramızdan əvvəl II minilliyin sonu - I minillliyin başlanğıcı – Azərbaycan ərazisinə İrandilli tayfaların soxulması.

E.ə. I minillikdə Qədim Şərqin Assuriya, Urartu, Midiya, Əhəmənilər kimi güclü dövlətlər Azərbaycanın cənub ərazisinə müdaxilələr edərdilər, lakin onların Azərbaycanın Arazdan şimaldakı hissəsinə, o cümlədən Qarabağ ərazisinə müdaxiləsi yox dərəcəsindədir. Qədim Şərq yazılı mənbələrində Qarabağa dair bir məlumata təsadüf etmirik. Lakin burada yaşayan tayfaların Ön Asiya ilə iqtisadi və mədəni əlaqədə olması şübhəsizdir.

Eramızdan əvvəl IX əsrin birinci yarısı – Cənubi Azərbaycana və qonşu ölkələrə Aşşur dövlətinin müdaxiləsinin başlanğıc dövrü.

 

Eramızdan əvvəl VIII-VII əsrlərin sonu – Kimmerlərin, skiflərin və sakların Qafqaza və Ön Asiyaya soxulması.

Eramızdan əvvəl VII əsrin 70 ci illəri - Azərbaycan ərazisinin bir hissəsində Skif çarlığının meydana gəlməsi.

E.ə. VIII əsrin sonu - VII əsrin əvvəllərində Cənubi Qafqaz və Ön Asiya kimmer-sak-skif tayfalarının hücümlarına məruz qalır. Dərbənd vasitəsi ilə Azərbaycana gələn sak-skif tayfaları burada öz padşahlıqlarını yaradırlar. Sonrakı antik müəlliflər onların yaşadıqları ərazini Sakasena adlanmışlar.

Beləliklə, Qarabağın ilk adlarından biri – Sakasena adı qeydə alınır. Qarabağ ərazisində Sakasena, Arsaq inzibati vahidləri sakların adı ilə bağlı olmuşdur.

Midiya dövləti gücləndiyi dövrdə Azərbaycanın Arazadan şimaldakı torpaqlarının, o cümlədən Qarabağın onun təsiri altına düşdüyünü ehtimal etmək olar.

 

Eramızdan əvvəl VII əsrin 70-ci illəri – Mada çarlığının meydana gəlməsi.

Eramızdan əvvəl 612-605-ci illər – Aşşur dövlətinin süqutu, onun Mada ilə Yeni Babil çarlığı arasında bölünməsi.

Eramızdan əvvəl VII əsrin sonu-VI əsrin başlanğıcı – Mannanın, Skif çarlığının və Urartunun madalılar tərəfindən işğal edilməsi.

Eramızdan əvvəl 550-ci il – Mada dövlətinin süqutu. Farsların Əhəmənilər dövlətinin meydana gəlməsi.

Eramızdan əvvəl IV əsrin son sülsü - Atropatena dövlətinin meydana gəlməsi. Atropatenanın ilk çarı Atropat.

Eramızdan əvvəl III əsr – Albaniya dövlətinin meydana gəlməsi.

 

E. ə. VI əsirin ortalarında meydana çıxan Əhəmənilər dövləti öz təsirini Böyük Qafqaz dağlarına qədər yaymış, Qarabağ ərazisini də nominal olaraq özünə Əhəmənilərə tabe etdirilmişdi.

E.ə.I minilliyin ikinci yarısında Qarabağ ərazisində yaşayan tayfalar alban tayfa ittifaqına, daha sonra e. ə. III əsrdə yaranmış qədm Azərbaycan dövləti Albaniyanın tərkibinə daxil olmuşdu. Mənbələrdə bu ərazidə yaşayan uti, qarqar, saqdey, sakasen və digərlərinin alban tayfaları olduğu qeyd edilir.

Lakin tarixi reallığa məhəl qoymayan erməni tarixçiləri Qarabağ torpaqlarının, habelə Kürdən cənubda Azərbaycan torpaqlarının ermənilərə məxsus olması barədə əsassız iddialarla çıxış edirlər. Bir qrup erməni tarixçiləri B. Ulbabayan, Ş. Smatyan, X.Svazyan, A. Akopyan və başqaları Albaniyanın Kürün sağ sahilində olan torpaqlarını əsassız olaraq erməni torpağı, əhalisinin isə ermçənilər olmasını iddia edirlər.

Ermənilər bu ərazinin 387-ci ildə Albaniyaya verilməsi barədə yalan uydurur və A. Akopyan kimi falsifakotorlar bu yalanı arxeoloji “dəlillərlə” sübut etməyə çalışırlar. O göstərir ki, “Yaloylutəpə arxeoloji mədəniyyəti” Kürdən şimalda yayılmış alban etnosuna mənsubdur, “Küp qəbirlər mədəniyyəti” isə Kürün sağ sahilində yayılmış erməni etnosuna mənsubdur. Lakin cənab Akopyan yaxşı bilir ki, hər iki mədəniyyətin nümunələri Kürün həm şimalında, həm də cənubunda yayılmışdır və bu elmi şəkildə sübut lunmuş faktdır. Amma faktları qəsdən təhrif etməklə, uydurmaçını “sübut” etmək istəyir.

Əslində Albaniyanın sağ sahil torpaqlarında heç vaxt ermənilər yaşamamış və bura erməni torpağı olmamışdır.

 

Eramızın I əsrinin ikinci yarısı – Albaniyada Arşakilər sülaləsi hökmranlığının bərqərar olması.

I-II əsrlər - Xristianlığın meydana gəlməsi.

215-255-ci illər - Alban hökmdarı I Vaçaqanın hakimiyyəti

255-262-ci illər - Alban xristian hökmdarı I Vaçenin hakimiyyəti

359-371-ci illər - Alban xristian hökmdarı Urneyrın hakimiyyəti

462-ci il - Haylandur hunların Albaniyaya gəlməsi.

493-510-cu illər - Alban xristian hökmdarı III Vaçaqanın hakimiyyəti.
 

 

Beləliklə, alban arşakilər sülaləsinin hakimiyyəti dövründə Kürün sağ sahili Albaniyanın hakimiyyəti altında idi.

Albaniya dövlətinin paytaxtı V əsrdə Qarabağ ərazisinə - Bərdəyə köçürülmüşdü.

Zəngin mədəniyyət ənənələri üzərində antik dövrdə meydana çıxmış Bərdə şəhəri, Qarabağ ərazisində - Kür çayı ilə Tərtər çayı arasında, indiki Bərdə şəhərinin yaxınlığında, təbii-coğrafi və strateji cəhətdən əlverişli olan bir ərazidə yerləşirdi.

B.e.ə.VII əsrdən tarixə məlum olan türk mənşəli part tayfasından olan sərkərdə Partatuanın adından götürülmüş bu ifadə antik dövrdə Parda şəhər adına çevrilmiş, ilk orta əsrlərdə Partav şəkilində işlədilmiş, sonralar (ərəblərin dövründə) “Bərdaa” və nəhayət Bərdə şəklinə düşmüşdür. Bərdə ərazisinin təbii xüsusiyyətləri haqqında yunan, latın, alban, eləcə də  ərəb, fars və türk dilində olan mənbələrdə dəyərli məlumatlar verilir.

Albaniyanın digər əraziləri kimi, Qarabağ bölgəsinin, o cümlədən Bərdə əhalisinin də etnik komponetlərindən biri türk tayfaları idi.

Mənbələrin verdiyi məlumata görə Albaniyada danışıq dili arran (çox güman ki, türk dili qrupuna aid olmuşdur), yazı isə 52 hərfdən ibarət alban əlifbası olmuşdur. Tədqiqatlar Albaniyada müxtəlif dil qrupuna mənsub olan etnik tayfaların mövcudluğu ilə əlaqədar olaraq müxtəlif dillərdə danışıldığını göstərirlər. Bu məqsədlə aparılmış tədqiqatlarda albanları türk dilləri ailəsinə və tamamilə bundan fərqli olan İber-Qafqaz dil qrupuna aid edirlər. Ərəb müəllifləri Bərdə əhalisinin «arran dilində danışdığını» bildirirlər. Arran dilinin türk dili olması şübhəsizdir.

Qarabağ daha sonra - VII – VIII əsrlərdə Mehranilər sülaləsinin hakimiyyəti altında olub.

603-cü il  – Mehranilərin Albaniyada qərarlaşması. Alban katolikosu Vironun fəaliyyətə başlaması.

627 – Mehrani Varaz Qriqorun “Girdman hakimi və Albaniyanın işxanı” titulunu alması.

630-642 - Mehrani Varaz Qriqorun Albaniyada hakimiyyəti.

 

642-669 – Mehrani Cavanşirin hakimiyyəti.

Cavanşir Azərbaycan tarixinə olduqca çətin şəraitdə ölkənin müstəqilliyini qoruyub saxlamış və möhkəmləndirmiş görkəmli sərkərdə və müdrik dövlət xadimi, özünün ərəblər, xəzərlər, bizanslılarla qarşılıqlı münasibətlərində ortaya çıxan problemləri sülh və danışıqlar yolu ilə yoluna qoymuş istedadlı diplomat kimi daxil olub.

Cavanşir xüsusən özünün Xilafət və Bizansla münasibətləri sayəsində Albaniyanın maddi və mənəvi mədəniyyətinin inkişafı üçün çox iş görmüşdür. Alban tarixçisi Moisey Kalankatlı onun dövründə yaşayıb-yaratmışdı. O, "Alban tarixi" əsərini məhz Cavanşirin göstərişi ilə yazmışdır. Moisey Kalankatlı göstərir ki, Cavanşir Bərdədə və ölkənin çox şəhərlərində saray və məbədlər tikdirmişdi.

 

Cavanşirin ölümündən az sonra Qafqaz Albaniyası ərəblər tərəfindən ram olunur və onun əhalisinin əksəri İslamı qəbul edir.

Dağlıq yerlərdə, o cümlədən Qarabada islamlaşma prosesi bir qədər uzun çəkir. Qarabağın dağlıq hissəsinin bir qismi xristianlığı qoruyub saxlayır.

Albaniya dövlətinin ərəb işğalı nəticəsində süqutundan istifadə edən erməni kilsəsi alban kilsəsini ərəblərin vasitəsi ilə özünə tabe edərək, burada qriqorianlığı yaymağa başladı. Qarabağın dağlıq zonasında yaşayan əhalinin bir hissəsi qriqorianlaşdırıldıqdan, sonra onların erməniləşdirilməsinə şərait yarandı.

Lakin buna baxmayaraq, öz keçmişini unutmayan və alban ruhunu itirməyən albanlar IX əsrdə Dağlıq Qarabağ ərazisində alban knyazlığını bərpa etdi - Xaçın knyazlığı yarandı.

Kəlbəcər rayonunun ərazisində, Tərtərçayın sol sahilində yerləşən, xalq arasında Xotavəng və ya Xudavəng məbəd kompleksi, yəni "tanrı məbədi" adlandırılan monastır kompleksi Qafqaz Albaniyası dövləti dağıldıqdan bir əsr sonra - IX əsrdə Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olmuşdu.

 

Xəbərlər
Redaktorun seçimi