“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
11 İyul 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

XIX-XX əsrlər

Qəmərbəyim Şeyda (1881-1938)

A+ | A-

Şair, dramaturq Qəmərbəyim Ataxan qızı Şeyda 1881-ci ildə Şuşada dünyaya gəlmişdi. Şair Cəfərqulu xan Nəvanın nəvəsidir. Şuşa qız gimnaziyasını bitirmişdir.

Yaradıcılığa erkən yaşlarından başlayıb. Qəmərbəyimin 9-10 yaşında yazdığı qəzəli bəyənən görkəmli şairə Xurşudbanu Natəvan ona "Şeyda" təxəllüsünü vermişdir.

Qəmərbəyim Şeydanın poetik irsindən hələlik yalnız şairə Ziba xanım Ləlinin eyni rədifli şeirinə cavab olaraq yazdığı "Ağan canı" rədifli qəzəli məlumdur. 

O, qələmini dram əsərlərində də sınamışdı. "Zülmün daşqını" pyesinin (1918) əlyazması Azərbaycan MEA Əlyazmalar İnstitutunda saxlanılır.

Qəmərbəyim Sadıq bəy Vəzirovla ailə qurmuşdu. Bahadur bəy, Nadir bəy adlı oğulları, Leyla xanım, Sənubər xanım, Həmidə xanım və Əntiqə xanım adlı qızları vardı.

Qəmərbəyim Şeyda 1938-ci ildə Bakıda vəfat edib.

 

baxılıb: 1429 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR