“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.12.2009, 21:41
367

Azərbaycanla Türkiyə arasında viza rejimi niyə ləğv olunmadı?

A- A+

Elmar Məmmədyarov: “Protokolun imzalamnası üçün Azərbaycan tərəfdən bürokratik işlər tamamlanmayıb”

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun dekabrın 24-25-də Türkiyəyə rəsmi səfəri zamanı iki ölkə arasında viza rejiminin ləğvi və iki ölkə vətəndaşlarının icazə almadan qarşılıqlı 3 ay yaşaya bilməsinə dair protokolun imzalanması gözlənilsə də, bu, baş vermədi. Sənədin hansı səbəbdən imzalanmamasının bəzi detalları üzə çıxıb.

Diplomatik mənbələrdən APA-nın Türkiyə bürosuna bəlli olub ki, tərəflər arasında əsas narazılıq tələbələrə viza verilməsi məsələsində yaranıb.

Türkiyə tərəfi ümumi qaydanın tələbələrə də tətbiq edildiyini istəsə də, Azərbaycan bununla razılaşmayıb. Azərbaycan tərəfi tələbələrin viza məsələsinin bu sazişə daxil edilməməsi təklifini irəli sürüb.

Bəzi məlumatlara görə. rəsmi Bakının bu tələbini Türkiyə tərəfi qəbul edib, tələbələrin viza məsələsinə daha sonra baxılması qərara alınıb.

E. Məmmədyarovun səfərindən əvvəl iki ölkə arasında viza rejiminin ləğvinə dair razılıq da əldə edilib. Lakin son anda protokolun imzalanması yenə də baş tutmayıb.

Digər qaynaqlar protokolun məhz tələbə vizası ilə bağlı məsələ səbəbindən imzalanmadığını bildirib.

Sənədin imzalanma mərasimi və Ə. Davutoğlu ilə E. Məmmədyarovun birgə mətbuat konfransı 25 dekabr yerli vaxtla saat 13-ə təyin edilsə də, daha sonra mətbuat konfransının vaxtı saat 15.00-a dəyişdirilib.

Mətbuat konfransında jurnalistlərin viza rejiminin ləğvinə dair protokolun imzalanmamasının səbəbləri barədə sualına cavabında E. Məmmədyarov iki ölkə arasında viza rejiminin ləğv edilməsi ilə bağlı protokolun Azərbaycan tərəfdən bürokratik işlərin tamamlanmamasına görə imzalanmadığını deyib.

Viza məsələsi prezident Abdulla Gülün E. Məmmədyarovun başçılığı altında Azərbaycan heyəti ilə görüşündə da gündəmə gəlib. E. Məmmədyarov sazişin “Texniki işlərin bitməməsinə görə” imzalanmadığını bildirib.

Qeyd edək ki, Türkiyə Azərbaycana qarşı viza rejimini 2007-ci il iyulun 30-da o vaxtın xarici işlər naziri Abdulla Gülün sərəncamı ilə ləğv edib.

Artıq 2 il yarımdır, Azərbaycan vətəndaşları viza almadan, sadəcə sərhəd məntəqələrində pasportlarına möhür vurduraraq, Türkiyə ərazisinə daxil olur və burada icazəsiz 1 ay qala bilirlər.

Dekabrın 25-də imzalanması nəzərdə tutulan protokol layihəsində isə iki ölkə vətəndaşlarının qarşılıqlı icazəsiz 3 ay yaşaya bilməsi nəzərdə tutulurdu.

Əlavə edək ki, Türkiyə son vaxtlar Suriya, Liviya, Makedoniya və Albaniya ilə viza rejimini ləğv edib.

Xatırladaq ki, hazırda tələbələr qəbul olduqları ali məktəbin arayışını Daxili İşlər Nazirliyinə təqdim edərək, 1 illik müvəqqəti qeydiyyata alınırlar. Müvəqqəti qeydiyyat hər il eyni qaydada yenilənir.

 

 

Xəbərlər
Redaktorun seçimi