“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.01.2009, 14:28
369

"Azərbaycan tarixi günbəgün"

A- A+

"Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və qiymətləndirmək lazımdır" - böyük öndər Heydər Əliyevin bu müdrik kəlamı ilə açılan kitab-təqvim Azərbaycanın qədim dövrdən bu günədək keçdiyi dövlətçilik tarixi, ictimai-siyasi, mədəni həyatının önəmli hadisələri, şəxsiyyətləri haqqında yığcam ensiklopedik məlumatları əhatə edir.

 

itab-təqvim "Effektiv Təşəbbüslər Mərkəzi" demokratik dəyərlərin öyrənilməsi və təbliği İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı hesabına həyata keçirdiyi "Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə" tədqiqat və təbliğat platformu layihəsi çərçivəsində hazırlanıb.

Nəşrin başlıca məqsədi Azərbaycanın zəngin keçmişini, tarix səhifələrində qalan ağlı-qaralı olayları, tariximizdə iz qoymuş, Azərbaycanı tanıtmış insanları, eləcə də ölkəmizin yeni tarixini, çağdaş həyatını əks etdirən hadisələri yeni formatda - təqvimin günləri boyunca oxuculara təqdim etmək, tariximizə yeni maraq və diqqət aşılamaqdır. Çünki tariximizin hər bir səhifəsi öyrəniləcək, qürur verəcək, eyni zamanda, ibrət götürüləcək fakt və hadisələrlə zəngindir. "Tarix gündəliyi" şəklində tərtib edilən kitab-təqvim də Azərbaycanın keçmişi və bugünü, görkəmli şəxsiyyətləri barədə bilgiləri daha da populyarlaşdırmaq işinə töhfə ola bilər. Nəşrin yaradıcı heyəti ümidvardır ki, o, tariximizi öyrənmək, təbliğ etmək istəyənlər üçün stolüstü məlumat-toplusu, bizləri təqvimin hər yeni gününü Azərbaycanın tarixinə nəzər yetirərək başlamağa sövq edəcək bilgi qaynağı olacaq.

Kitab-təqvimin hazırlanmasında Azərbaycan tarixinə dair müxtəlif mənbələrdən - dərsliklər, xronoloji xülasə-toplular, eləcə də çoxsaylı İnternet resursları, kütləvi informasiya vasitələri və s.-dən istifadə olunmuşdur. Kitab-təqvim diaspor təşkilatları, QHT-lər, dövlət qurumları, millət vəkilləri, kütləvi informasiya vasitələri, kitabxanalar, təhsil ocaqları, ictimai-siyasi təşkilatlar, Azərbaycan tarixinin təbliğinə çalışan ayrı-ayrı şəxslər arasında yayılır.

Kitabın elektron variantı ilə www.azerbaycanli.org saytında tanış olmaq olar. Sözügedən veb-sayt da Effektiv Təşəbbüslər Mərkəzi tərəfindən "Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə" tədqiqat və təbliğat platformu layihəsi çərçivəsində hazırlanıb. Onu da qeyd edək ki, təqvim-kitabın elektron versiyası müntəzəm olaraq yeniləşəcək, o cümlədən oxucuların rəy, təklif və iradları nəzərə alınacaq.

14.01.2009 - "525-ci qəzet" (www.525.az)

 

 

Xəbərlər
Redaktorun seçimi