“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.07.2020, 19:00
75

“Müxtəlif olsaq da, birlikdə güclüyük” layihəsində növbəti müzakirə Dağ yəhudilərinə həsr olunub

A- A+

“Müxtəlif olsaq da, birlikdə güclüyük” layihəsi çərçivəsində "Bakı dağ yəhudilərinin Azərbaycanda tarixi və rolu" mövzusunda videokonfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan virtual tədbir "Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və "İsraildə Azərbaycan Evinin" icraçı direktoru, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qutun moderatorluğu ilə aparılıb.

Videokonfransda Bakı dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Akkoda fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri Nekemya Şirin Mikaeli, Diasporla İş üzrə Dövlət Komitəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və digər şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüqar Məmmədov açaraq qonaqları salamlayıb.

Moderator Arye Qut erməni lobbisinə, ermənilərin təxribatlarına qarşı mübarizədə, Azərbaycan–İsrail strateji münasibətlərinin inkişafında yəhudilərin, o cümlədən Milix Yevdayevin rolundan, dövlətlərarası siyasi, iqtisadi və humanitar əlaqələrin yüksək səviyyədə olmasından danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Tural Əliyev dağ yəhudilərinin Azərbaycanda məskunlaşma tarixi, mövcud vəziyyəti, sinaqoqları, ölkəmizdə yəhudi icmalarının dövlət tərəfindən diqqət və qayğıyla əhatə olunmasından bəhs edib.

Bakı dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev və Akkoda fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri Nekemya Şirin Mikaeli konfransın təşkilatçılarına təşəkkürlərini bildirib. Natiqlər yəhudilərin Azərbaycanı öz evləri hesab etdiklərini, burada hər zaman özlərini doğma vətənlərində olduğu kimi hiss etdiklərini, heç vaxt dini və irqi zəmində ayrı seçkiliklə rastlaşmadıqları, iki millət arasında dostluq və qardaşlıq münasibətlərinin mövcudluğunu qeyd ediblər. Yəhudilərin ölkəmizin ictimai-siyasi həyatında və Qarabağ uğrunda döyüşlərdə fəal iştirak etdikləri, Prezident İlham Əliyevin xalqın rifahının yüksəldilməsi, ordu quruculuğu sahəsində uğurlu siyasət həyata keçirdiyi, Heydər Əliyev Fondunun azərbaycançılıq ideologiyasının dünyada təbliğ edilməsi sahəsində gördüyü işlər nəzərə çatdırılıb. Yəhudilərin harada yaşadıqlarından asılı olmayaraq, hər zaman Azərbaycanla sıx bağlı olduqları, onun tanıdılması və həqiqətlərin dünyaya çatdırılması istiqamətində gördukləri və planlaşdırdıqları işlər barədə də ətraflı məlumat verilib.

Görüşlər sosial media şəbəkəsi üzərindən canlı yayımlanıb.

Xatırladaq ki, “Müxtəlif olsaq da birlikdə güclüyük” layihəsinin məqsədi – Azərbaycandakı multikultural və tolerantlıq dəyərlərini dünyada təbliğ etmək, xaricdəki soydaşlarımızın yaşadıqları ölkələrdə mövqelərinin möhkəmlənməsinə töhfə vermək, ölkəmizdəki diaspor təşkilatları, icmalar, dini qurumlarla əlaqələri və tərəfdaşlığı genişləndirməkdən ibarətdir.

Xəbərlər
Redaktorun seçimi