“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.11.2020, 12:00
655

Fəxrlə deyirik ki, bəli, biz azərbaycanlıyıq

A- A+

Avstraliyada yaşayan azərbaycanlılar olaraq bundan sonra başımızı uca tutmalıyıq...

 

Avstraliya Azərbaycan Assosiasiyasının sədri Mikayil Oyta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qarabağın işğaldan azad olunması münasibətilə təbrik məktubu göndərib.

Məktubda deyilir: 

Hörmətli Prezident, cənab Ali Baş Komandan İlham Əliyev.

Avstraliya Azərbaycan Assosiasiyası tərəfindən Sizi Qarabağımızın işğaldan azad olunması zəfəri münasibətilə ürəkdən təbrik edirik. Sizin iradəniz və rəhbərliyinizlə qəhrəman Azərbaycan Ordusu Ermənistana gücünü göstərdi. Bu gün dünya azərbaycanlıları böyük sevinc içindədirlər. Avstraliyadakı soydaşlarımız da bu qələbə sevincini yaşayır və qürur hissi ilə bu tarixi zəfəri qeyd edirlər. İnanıram bu qələbə cinayətkar Ermənistana böyük bir dərs oldu.

Biz, Avstraliyada yaşayan azərbaycanlılar bundan sonra dünyada başımızı uca tutmalı və azərbaycanlı olaraq daha fərqli qürurlanmalıyıq. Fəxrlə deyirik ki, bəli, biz azərbaycanlıyıq və çirkin niyyətli erməni lobbilərinin, o cümlədən diasporunun terror əməllərinə qarşı çox möhkəm dayanacağıq. Alnımız açıq, daha da güclü şəkildə diaspor fəaliyətlərimizdə Azərbaycan millətinin və dövlətinin mənafeyinin müdafiəsi və mühafizəsi uğrunda mübarizə aparacağıq. Bu, bizim millətimizə və dövlətçiliyimizə olan milli borcumuzdur.

Allah qəhrəman şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin.

Sizə və millətimizə eşq olsun!

Dərin hörmətlə,

 

Mikayil Oyta,

Avstraliya Azərbaycan Assosiasiyasının sədri

Avstraliya, Sidney şəhəri

Xəbərlər
Redaktorun seçimi