“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
05.06.2013, 08:32
1505

Azərbaycan tarixi günbəgün: 5 iyun

A- A+

5 iyun 1995 - Prezident Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiyası layihəsini hazırlayan komissiyanın ilk iclası keçirilib...

 

5 iyun 1863 - Zaqatalada Hacı Murtuzun başçılığı ilə çar Rusiyasının üsul-idarəsinə qarşı üsyan başlanıb. Üsyan böyük qəddarlıqla yatırılıb.

 

5 iyun 1908 - Görkəmli şair Mikayıl Müşviq (Mikayıl Əbdülqadir oğlu Mikayılzadə, 1908 - 06.01.1938) anadan olub. Yeniyetmə vaxtlarından şeir yazıb, 18-20 yaşlarında populyarlıq qazanıb. On il ərzində 10 şeir və poemalar toplusu nəşr etdirib. Stalin repressiyasının qurbanı olub. 1937-ci ildə pantürkizm və millətçilikdə ittiham edilərək həbs olunub, 1938-ci il yanvarın 6-da güllələnib.

 

1939 - Xalq şairi, dramaturq, ictimai xadim Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov) anadan olub. Lirik-fəlsəfi poeziyası ilə müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur, “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “Yaşıl eynəkli adam”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları” və s. pyeslərin müəllifidir. 2000-2010-cu illərdə Milli Məclisin deputatı olub.

 

5 iyun 1941 - Tanınmış aktyor, Azərbaycan teatrı və kinosunda özünəməxsus iz qoymuş Hamlet Bəbir oğlu Xanızadə (1941 - 3.2.1990) Bakının Şağan kəndində anadan olub. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Babək”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Qətl günü” və s. filmlərdə, televiziya və teatr tamaşalarında yaddaqalan obrazlar yaradıb.

 

1949 - Yazıçı, kinossenarist, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə anadan olub. 30-dan çox kitabın, 10-dan çox filmin (“Gecə qatarında qətl”, “Vahimə”, “Biz qayıdacağıq” və s.) ssenari müəllifidir.

 

5 iyun 1992 - Azərbaycan Norveç və Bolqarıstanla (hər ikisi ölkəmizin müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb) diplomatik münasibətlər qurub.

 

5 iyun 1995 - Prezident Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiyası layihəsini hazırlayan komissiyanın ilk iclası keçirilib. Bir neçə aylıq gərgin müzakirələrdən sonra Konstitusiya layihəsi geniş ictimaiyyətin müzakirəsinə verildi.

 

5 iyun 1998 - Prezident Heydər Əliyev Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Yaltada (Ukrayna) keçirilən sammitində iştirak edib. Sammitdə qurumun Nizamnaməsi, digər institusional sənədləri imzalanıb. QİƏT rəsmən beynəlxalq təşkilata çevrilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi