“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.04.2013, 13:57
1347

Azərbaycan tarixi günbəgün: 29 aprel

A- A+

29 aprel 2002 - Trabzon şəhərində Türkiyə, Azərbaycan və Gürcüstan arasında "Terrorizmin və ekstremizmin digər təzahürləri ilə mübarizə sahəsində əməkdaşlıq haqqında" saziş imzalanıb.

29 aprel 1916 - Bəstəkar, Əməkdar incəsənət xadimi Ədilə Hacağa qızı Hüseynzadə (1916-2005) anadan olub.

 

29 aprel 1918 - Erməni-daşnak quldur dəstələri Gümrü şəhəri yaxınlığında azərbaycanlı türklərə qarşı kütləvi qətliam həyata keçiriblər. Əksəriyyəti qadın və uşaqlar olmaqla 3 min nəfər qətlə yetirilib. İki gün sonra (1 may) erməni dəstələri Qars yaxınlığındakı Şiştəpə və Düzkənd kəndlərində 600 azərbaycanlını öldürüblər.

 

29 aprel 1919 – Tanınmış kinorejissor, Azərbaycan və Türkmənistanın Əməkdar incəsənət xadimi Əjdər Mütəllim oğlu İbrahimov (1919 - 20.9.1993) anadan olub. “Bakı” kinostudiyasında, "Mosfilm"də işləyib. “Onun böyük ürəyi”, "Ulduzlar sönmür”, Məhəbbətim mənim, kədərim mənim” və s. filmlərə quruluş verib.

 

29 aprel 1992 - Azərbaycan Cənubi Afrika Respublikası ilə diplomatik əlaqələr qurub.

 

29 aprel 1993 - İslam Konfransı Təşkilatı Ermənistanın Azərbaycana hərbi təcavüzünü və Azərbaycan torpaqlarının işğalını pisləyən qətnamə qəbul edib.

 

29 aprel 2002 - Trabzon şəhərində Türkiyə, Azərbaycan və Gürcüstan prezidentləri Əhməd Necdət Sezər, Heydər Əliyev və Eduard Şevardnadzenin iştirakı ilə təhlükəsizlik məsələlərinə həsr olunmuş zirvə görüşü keçirilib. Sammitin yekunu olaraq üç ölkənin daxili işlər nazirləri "Terrorizmin və ekstremizmin digər təzahürləri ilə mübarizə sahəsində əməkdaşlıq haqqında" saziş imzalayıblar.

 

29 aprel 2004 - Prezident İlham Əliyev Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxış edib. Dövlət başçısı AŞPA-nın fəxri üzvü diplomu və xatirə medalı ilə təltif olunub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi