“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
23.04.2013, 13:30
1501

Azərbaycan tarixi günbəgün: 23 aprel

A- A+

23 aprel 2007 - Azərbaycan XİN ABŞ Dövlət Departamentinin insan haqları üzrə hesabatında Qarabağa dair bölmənin təftiş edilməsinə etiraz olaraq bəyanat verib.

23 aprel 1865 - Görkəmli hərbi xadim, artilleriya general-leytenantı Əliağa Şixlinski (1865-1943) Qazax qəzasınn Qazaxlı kəndində anadan olub. 1904-1905-ci illər rus-yapon müharibəsində məşhurluq qazanıb. I Dünya müharibəsində Rusiyanın 10-cu ordu komandanı olub. 1918-ci ildə Bakıya qayıdaraq Xalq Cümhuriyyəti müdafiə nazirinin (general S.Mehmandarov) müavini işləyib. Sovet dövründə Bakı Hərbi Komanda Məktəbinin rəis müavini olub.

 

23 aprel 1932 - Azərbaycan Yazıçılar İttifaqı yaradılıb.

 

23 aprel 1996 - Prezident Heydər Əliyev Brüsseldə Azərbaycanın NATO-nun «Sülh naminə tərəfdaşlıq» proqramına qoşulması barədə təqdimat sənədini imzalayıb.

 

23 aprel 2002 - Türkmənistanın paytaxtı Aşqabadda Xəzərin hüquqi statusunun müəyyənləşməsi ilə bağlı sahilyanı dövlət başçılarının ilk sammiti işə başlayıb. Türkmənistan, Azərbaycan, Qazaxıstan, İran və Rusiya prezidentlərinin görüşündə Xəzərin hüquqi statusunun hazırlanması geniş müzakirə edilib. Lakin ikigünlük müzakirələrin sonunda işçi qrupu tərəfindən hazırlanmış yekun Bəyannamə layihəsi dövlət başçıları tərəfindən bitkin sayılmadığından imzalanmayıb.

 

23 aprel 2007 - Azərbaycan XİN ABŞ Dövlət Departamentinin insan haqları üzrə hesabatında Qarabağa dair bölmənin təftiş edilməsinə etiraz olaraq bəyanat verib. Hesabatın ilkin variantındakı «erməni qüvvələri Dağlıq Qarabağ və Azərbaycanın daha yeddi rayonunu işğal altında saxlayır» ifadəsi sonradan ermənilərin səyi ilə dəyişdirilmişdi. Azərbaycanın etirazından sonra Dövlət Departamenti sənəddə əvvəlki mətni bərpa etdi və ikitərəfli münasibətlər normal məcraya düşdü. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi