“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.04.2013, 13:21
1572

Azərbaycan tarixi günbəgün: 21 aprel

A- A+

21 aprel 1978 - Azərbaycan SSR-nin yeni Konstitusiyasında Azərbaycan dili respublikanın dövlət dili kimi təsbit olunub.

21 aprel 1408 - Sərdrud döyüşündə (Təbrizin yaxınlığında kənd) Qaraqoyunlu dövlətinin başçısı Qara Yusifin qoşunları Teymurləngin oğlu Miranşahın qoşunlarını məğlub edib, Miranşah özü isə öldürülüb. Azərbaycan torpaqlarında Teymurilərin (Teymur özü 1405-də vəfat etmişdi) hökmranlığına son qoyulub. Bir qədər sonra Şirvanşahlar istisna olmaqla bütün Azərbaycan torpaqları Qaraqoyunlu dövləti tərkibinə daxil edildi.

 

21 aprel 1978 - Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycanın yeni Konstitusiyası qəbul edilib. Konstitusiyada (maddə 73) Azərbaycan dili respublikanın dövlət dili təsbit olunub.

 

21 aprel 1995 - ATƏT-in Minsk qrupunda həmsədr İsveçi Finlandiya əvəz edib. İkinci həmsədr ölkə - Rusiya isə bu formatda əvəzsiz (dəyişməz) olaraq qalırdı. Minsk qrupunda bu vəziyyət 1996-cı ilin sonunadək (ATƏT-in Lissabon sammiti) davam etdi, 1997-ci ildən üçlü həmsədr (Rusiya, ABŞ, Fransa) institutu yaradıldı.

 

21 aprel 2003 - "Respublika" sarayında (indiki Heydər Əliyev Sarayı) C.Naxçıvanski adına hərbi liseyin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı prezident Heydər Əliyev arterial qan təzyiqinin ani olaraq kəskin surətdə aşağı düşməsi nəticəsində müvazinətini itirib. Həmin hadisədən sonra Heydər Əliyevin sağlıq durumunda ciddi problemlər yarandı. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi