“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.07.2013, 10:55
1752

13 iyul

A- A+

13 iyul 1936 – Tanınmış kinooperator, rejissor, Əməkdar incəsənət xadimi Rasim Rza oğlu İsmayılov (1936-2004) anadan olub...

Azərbaycan

 

13 iyul 1889 - Maarif xadimi Xosrov Mirzə Əli oğlu Axundzadə (1889 - 10.5.1960) anadan olub.

 

13 iyul 1910 - Yazıçı, dramaturq Nağı Kərim oğlu Nağıyev (1910-1981) Naxçıvanda, Culfanın Yaycı kəndində nadan olub. «Səadət», «Polad» və s. pyeslərin müəllifidir. Azərbaycan Yazıçıları İttifaqı Naxçıvan filialının məsul katibi, Naxçıvan Radio Verilişləri Komitəsinin müdiri və s. vəzifələrdə çalışıb.

 

13 iyul 1926 - Xalq rəssamı Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov (1926-2001) anadan olub. "Yolda" monumental tablosu, "Xatirələr", 20 Yanvara həsr etdiyi "Qatillər" tablosu və s. əsərlərin müəllifidir. Rəsmləri dünyanın 20-dən çox ölkəsində sərgilənib.

 

13 iyul 1936 – Tanınmış kinooperator, rejissor, Əməkdar incəsənət xadimi Rasim Rza oğlu İsmayılov (1936 – 4.5.2004) anadan olub. “Yaşamaq gözəldir, qardaşım”, “Torpaq, dəniz, od, səma”, «Yeddi oğul istərəm», «Axırıncı aşırım», «Gün keçdi», «Nəsimi», «Dədə Qorqud», «Xoşbəxtlik qayğıları», «Babək» və s. filmlərin quruluşçu operatoru olub. «Şir evdən getdi»,  «Asif, Vasif, Ağasif», «Sizi dünyalar qədər sevirdim», “Alman klinikasına şəxsi səfər” və s. bədii filmlərin rejissorudur.

 

13 iyul 1946 - Bəstəkar Eldar Səid oğlu Rüstəmov anadan olub.

 

13 iyul 1957 – Tanınmış aktyor, rejissor, Əməkdar incəsənət xadimi Bəxtiyar Oqtay oğlu Xanızadə Bakının Şağan kəndində anadan olub. Azərbaycanda ilk pantomim teatrının (1994) yaradıcısı və bədii rəhbəridir. Teatrda səhnələşdirilən bir sıra əsərlərin müəllifidir. Çəkildiyi filmlər: “Qərib cinlər diyarında” (Qərib), “Dantenin yubileyi”, “Ovsunçu”, “Cavid ömrü”, “Günaydın, mələyim!” və s.

 

Dünya

 

13 iyul 1841 - Avstriya memarı, müasir Avropa memarlığının banilərindən biri Otto Vaqnerin (Otto Koloman Wagner, 1841-1918) doğum günüdür.

 

13 iyul 1923 – SSRİ Xalq artisti, məşhur aktyor Mixail Puqovkin (1923-2008) anadan olub. Əksəriyəti komediya olmaqla 100-dək filmdə (“I” əməliyyatı...” - iş icraçısı Pal Stenanıç, “Sportloto-82” – San Sanıç Muraşko, “İvan Vasilyeviç peşəsini dəyişir” – rejissor Karp Yakin) çəkilib.

 

13 iyul 1928 - Rus yazıçısı, tarixi romanların müəllifi Valentin Pikul (1928-1990) anadan olub. Tarixi və hərbi mövzuda əsərlərin “Bayazet”, “Söz və iş”, “Favorit” romanları və s.) müəllifidir. Bir sıra əsərləri ekranlaşdırılıb.

 

13 iyul 1934 - Nigeriya yazıçısı, драматург, şair, ədəbiyyat üzrə Nobel mükafatı (1986) laureatı Vole Şoynika (Akinwande Oluwole Soyinka) anadan olub.

 

13 iyul 1941 - Fransız aktyoru Jak Perren (Jacques Perrin) anadan olub.

 

13 iyul 1942 - Amerika aktyoru Harrison Ford (Harrison Ford) anadan olub.

 

13 iyul 1954 – Məşhur türk müğənnisi və bəstəkarı Sezən Aksu (Fatma Sezən Yıldırım) İzmirdə anadan olub. Populyar mahnıların (“Sən ağlama”, “Geri dön”, “Sarışınım”, “Məni unutma”, “Dəyər mi?” və s.) mahnıların, filmlərə musiqilərin müəllididir. Türk estradasının bir sıra ulduzları (Tarkan, Sərtab Ərənər və s.) onun sayəsində musiqi aləmində parlayıblar. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi