“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.04.2013, 09:28
1362

4 aprel

A- A+

4 aprel 1913 - Görkəmli aktyor, Xalq artisti Əli Zeynalov anadan olub...

Azərbaycan

 

4 aprel 1913 - Görkəmli aktyor, Xalq artisti Əli Yusif oğlu Zeynalov (1913 - 6.1.1988) Salyanda doğulub. İrəvan Azərbaycan Tearında, Milli Dram Teatrında (1945-1975) çalışıb. Çəkildiyi filmlər: “Kölgələr sürünür” (İmamzadə), “Bir qalanın sirri” (Simnar xan), “Həyat bizi sınayır” (Zəkiyyənin atası) və s. . Bədii qiraət ustası kimi də tanınıb, bir çox filmlərdə aparıcı rolları (“Uzaq sahillərdə” -  Mixaylo, “Telefonçu qız” - Zakir) səsləndirib, televiziya tamaşalarında maraqlı obrazlar yaradıb.

 

4 aprel 1931 - Teatrşünas, professor, AMEA-nın müxbir üzvü İnqilab Saleh oğlu Kərimov (1931-22.7.2011) Göyçayda anadan olub.

 

4 aprel 1935 – Tanınmış aktyor, Xalq artisti Muxtar Qəmbər oğlu Maniyev (1935 - 22.12.2016) Bakıda doğulub. 50-dən çox filmdə (“İnsan məskən salır”, “O qızı tapın”, “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi”, “Babək”, “Nəsimi”, “Nizami”, “Qanlı zəmi”, “Ölsəm... bağışla” və s.) maraqlı obrazlar yaradıb. 

 

4 aprel 1936 – Baletmeyster, Prezident təqaüdçüsü Nailə Məmməd qızı Nəzirova anadan olub.

 

4 aprel 1953 – “Ədəbiyyat və incəsənət” qəzetinin ilk sayı çapdan çıxıb. Nəşr respublika Kinematoqrafiya Nazirliyi, Nazirlər Soveti yanında incəsənət işləri İdarəsi (sonralar Mədəniyyət Nazirliyi) və Yazıçılar İttifaqının orqanı idi. 1991-ci ilin yanvarından ayrıca “Mədəniyyət” və “Ədəbiyyat” qəzetləri nəşr olunmağa başladı.  

 

Dünya

 

4 aprel 1818 - Tanınmış ingilis yazıçısı, macəra romanlarının (“Başsız atlı” və s.) müəllifi Mayn Rid (Thomas Mayne Reid; 1818-1883) anadan olub.

 

4 aprel 1900 - Rus rəssamı, uşaq kitabları üçün parlaq illüstrasiyaların müəllifi Yuri Alekseyeviç Vasnesov (1900-1973) anadan olub.

 

4 aprel 1910 — Rus yazıçısı Yuri Pavloviç German (1910-1967) anadan olub. Əsərləri: “Xidmət etdiyin amal” (trilogiya), “Mənim əziz adamım”, “Hər şeyə cavabdehəm” və s.

 

4 aprel 1922 — Amerika bəstəkarı və dirijoru Elmer Bernstayn (Elmer Bernstein; 1922-2004) anadan olub.

 

4 aprel 1932 - Görkəmli rus kinorejissoru və ssenaristi Andrey Arsenyeviç Tarkovski (1932-1986) anadan olub. “İvanın uşaqlığı”, “Andrey Rublyov”, “Stalker” və s. məşhur filmlərin müəllifidir. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi