“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.06.2014, 19:28
2342

Heydər Əliyev və Azərbaycan dili

A- A+

“Mənim üçün hər şeydən üstün mənim milli mənliyimdir. Milli mənliyim məni həmişə bütün vəziyyətlərdən çıxarıb” (Heydər Əliyev)

Dilimizin inkişafı, qorunması, fəaliyyət dairəsinin genişlənməsi kimi tarixi missiyanın yerinə yetirilməsində Heydər Əliyevin müstəsna rolunu hamı etiraf edir. XX əsrin II yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın hegemon dövlətlərinin və ən yüksək beynəlxalq cəmiyyətlərin və təşkilatların kürsülərində səslənməsi onun adı ilə bağlıdır. Bu iş Heydər Əliyevin həyat amalında, fəaliyyətində xüsusi yer tutur. Azərbaycan dilinin keşiyində durmaq Heydər Əliyevin məqsədyönlü fəaliyyətinə çevrilmişdir. Bu çox çətin bir işdir. Bunun üçün vacib olan bir sıra şərtlər tələb olunur: ana dilini və onun incəliklərini yaxşı bilmək, elmin bütün sahələrinə dair qeyri-adi məlumata malik olmaq, milli mədəniyyətimizi dərindən bilmək və onun carçısına çevrilmək, milli dil və onun problemlərini dövlət siyasətinə çevirmək, dövlət idarəçiliyində kifayət qədər səlahiyyət sahibi olmaq, heç bir çətinliklərdən qorxmamaq, xalqın mənəvi sərvətlərini yaşadan insanlarla, xüsusilə sadə insanlarla yaxından bağlılıq.

Heydər Əliyev Azərbaycanda səlahiyyət sahibi olduğu andan - 1969-cu ildən Azərbaycan dilinə təkcə adi ünsiyyət vasitəsi kimi deyil, onu həmçinin dövlət siyasətinə çevirmiş, bir an da olsa, diqqətdən yayındırmamışdır. Bunun isbatı üçün bir neçə il öncəyə qayıdaq. Tarixi bir faktı xatırlamaq kifayətdir. Respublikamızda baş verən məlum dəyişiklikdən - Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinə müxtəlif münasibətlər özünü biruzə verdi. Milli Məclis səviyyəsində «Azərbaycan dili» terminindən imtina etdilər. Azərbaycan dili «türk dili» adlandırıldı. Orta məktəb dərslikləri «Türk dili» adı ilə nəşr olundu. Bu, xalq arasında narazılıqla qarşılandı. Ona görə də, H.Əliyev hakimiyyətə gələn kimi işin, vəziyyətin çətin və gərgin olmasına baxmayaraq, bu məsələni bir neçə ay alimlərin, yazıçıların, ziyalıların, dövlət xadimlərinin - geniş mənada xalqın müzakirəsinə verdi.

1995-ci il oktyabr ayının 31-də Azərbaycan Respublikası EA-da «Azərbaycan dilinin müzakirəsinə həsr olunmuş müşavirə»də 4 fikir səslənirdi:

1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir.

2. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan türk dilidir (Azərbaycan türkcəsidir).

3. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir (Azərbaycan türkcəsidir).

4. Azərbaycan Respublikasının dövlət dili türk dilidir.

H.Əliyev bu müzakirələrin hamısında yaxından iştirak etdi və özünün münasibətini, müşahidələrini çox yığcam şəkildə belə ümumiləşdirdi:

1. «Ana dilinin adı müasir ictimai təfəkkür üçün tamamilə aydın olmalı, arxaik səciyyə daşımamalıdır.

2. Ölkənin, xalqın və dilin adında məntiqi bağlılıq olmalı, biri digərini təsdiq etməlidir.

3. Milli müstəqillik, milli mənlik qüruru zədələnməməlidir».

Heydər  Əliyev yazıçılarla, mədəniyyət işçiləri ilə, gənclərlə görüşlərində həmişə «Azərbaycan dili, onun saflığı və qorunmasını» ayrıca bir tezis kimi irəli sürmüş və dil mütəxəssislərinə özünün nəzəri göstərişlərini vermişdir.

Görkəmli dövlət xadimi bu sahədəki fəaliyyətini iki istiqamətdə qurmuşdur:

1. Azərbaycan dili ilə bağlı söylədiyi nəzəri mülahizə və göstərişlər;

2. Azərbaycan dilinin əməli olaraq tətbiqi ilə bağlı özünün nümunəvi nitqləri.

Hamı etiraf edir ki, H.ƏIiyev Azərbaycan dilinin üslublarından, zənginliyindən, frazeoloji söz birləşmələrindən məqamında istifadə edir, onlara bəzən yaradıcılıqla yanaşır, öz nitqini auditoriyaya və seçdiyi mövzuya görə qurur, dil faktllarından, vurğu və intonasiyadan məharətlə istifadə edir. O bütün sahələrdə, o cümlədən ana dilimizin inkişafında, təbliğində özü örnək olmuş, N.Nərimanovun bu sahədəki əvəzsiz fəaliyyətini davam etdirmişdir. H.ƏIiyevə qədər Azərbaycan dilini elmi əsaslarla, əyani təbliğ edən ikinci şəxs təsəvvür etmək çox çətindir. O hər bir auditoriyanın dilini, səviyyəsini məharətlə müəyyənləşdirir, nitqini bu istiqamətdə qurur. Hələ ruslaşdırma siyasətinin güclü olduğu 60-80-ci illərdə belə, Azərbaycan dilini qoruyub saxlamaq, inkişaf etdirmək onun həyat amalı olmuşdur.

Heydər Əliyev Azərbaycan xalqının və onun dilinin mənşəyi, formalaşması, sabitləşməsi kimi məsələlərə çox ciddi yanaşır, bütün bunları elmi faktlarla əsaslandırır. H.ƏIiyevin Azərbaycan dili ilə bağlı dilçilik görüşləri çoxcəhətlidir. Onun çıxışlarında yeri gəldikcə dil siyasəti, dil quruculuğu, dil mədəniyyəti, yazı və əlifba, üslublar və sair yaxşı, özü də yerli-yerində əsaslandırılır. O, Azərbaycan dilinə xalqımızın əvəzsiz sərvəti, tarixi, mədəniyyəti, mədəni sərvəti kimi yanaşır. Bunu onun alimlərlə, yaradıcı ziyalılarla, diplomatlarla, tələbələrlə, xaricdə yaşayan həmvətənlərimizlə, təsərrüfat adamları ilə söhbətlərində duyuruq.

H.Əliyevvin səyi nəticəsində Azərbaycan dili Azərbaycan Konstitusiyasında təsbit olunmuşdur. Elə bir ciddi toplantı yoxdur ki, H.Əliyev orada dilimiz, milli mənliyimiz, milli sərvətimiz, tariximiz, mədəniyyətimiz və s. haqqında söz açmasın. Xüsusilə gənclərlə görüşlərdə bu məsələlər ön plana çəkilir, çox dərin və məzmunlu mətləblər açılır, vətəndaş qayğıkeşliyi ilə bu fikirlər təbliğ olunur, insanların beyninə həkk edilir. Onun işlətdiyi sözlər, ifadələr, cümlələr, söz və cümlələrin sıralanması, söz və ifadənin təkrarlanması, bir mətləbə təkrar-təkrar qayıtması, sözə və ifadəyə xüsusi məna verməsi, qarşıdakı insanların fikri qavramalarına əmin olması, ən çətin fikirləri və mənaları çox sadə, adi sözlərlə çatdırması H.Əliyevin başlıca silahıdır. Bu mənada o, ən məşhur natiqləri belə heyran qoyur. Bunun isbatı üçün Azərbaycan Respublikası gənclərinin birinci forumunda Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin nitqindən («Xalq» qəzeti, 6 fevral 1996-cı il) bəzi seçmələr xatırlatmaq kifayətdir: «...Azərbaycan torpağında ən qədim zamanlardan indiyə kimi müstəqil dövlətlər olmuşdur. Biz bununla fəxr edirik və fəxr edə bilərik Azərbaycanlılıq hissiyatını gənclərdə yaratmaq lazımdır. Azərbaycanı sevmək azərbaycanlılıq hissiyyatını özündə cəm etmək deməkdir. İndi müstəqil Azərbaycan Republikası məlum olan Azərbaycanın hüdudları çərçivəsindədir. Keçmiş dövrlərdə, keçmiş əsrlərdə Azərbaycan dövlətləri daha da geniş ərazidə olmuşlar. İndi bizim Azərbaycandan savayı dünyanın çox ölkələrində azərbaycanlılar yaşayır. Amerika qitəsində də, Avropa qitəsində də, Asiya qitəsində də azərbaycanlılar yaşayır. Onlar da azərbaycanlıdırlar, onlarda da azərbaycanlılıq hissləri yaşamalıdır. Onlar özlərini azərbaycanlı kimi hiss etməlidirlər, onlar da Azərbaycanla bağlı olmalıdırlar...».

Yaxud: «Məni bu gün formda sevindirən cəhətlərindən biri də o oldu ki, çıxış edən bütün gənclər çox sərbəst, səlis Azərbaycan dilində danışırdılar. Bilirsiniz, bir neçə il öncə bunu görmək mümkün deyildi. Keçmiş illərin müəyyən xüsusiyyətlərinə görə Azərbaycan dili Azərbaycanda lazımi qədər inkişaf edə bilməmişdi. Doğrudur, biz buna çox çalışmışıq, 60-cı, 70-ci, 80-ci illərdə bu barədə çox səylər göstərilmişdir. Ancaq Azərbaycan dili hakim dil ola bilməmişdi. Biz Sovetlər İttifaqının tərkibində idik. Sovetlər Ittifaqının ümumi dili - rus dili hakim dil idi və o vaxt gəncləri, onların valideynlərinin çoxu öz övladlarını rus dilli məktəblərə qoyurdu. Bu da təbii idi, çünki geniş təhsil almaq üçün, Azərbaycandan kənara çıxmaq üçün o dildə təhsil almaq lazım idi və bunu da qınamaq olmaz. Ancaq bunlar hamısı bizim Azərbaycan dilinin tam inkişaf etməsinə müəyyən qədər maneçilik edirdi. Bir də açıq demək lazımdır, biz müstəqil dövlət deyildik, ümumi bir dövlətin dilı ilə çoxları danışırdı. Ona görə də bəzi adamlarda, təəssüf ki, öz dilinə düzgün münasibət çatmırdı. Mənim xatirimdədir, keçmiş komsomol qurultaylarında gənclərin çoxu, Azərbaycan dilində danışmaq istəyən də səlis, cazibədar danışmırdı. Amma bu gün burada çıxış edənlər məni heyran etdilər, bizim dilimizin zənginliyini bu gün Azərbaycanda hakim dil olmasını nümayiş etdirdilər».

Diqqət yetirin, görün Heydər Əliyev cənabları dilimiz haqqındakı nəzəri fikirlərini necə aydın, sadə şəkildə minlərlə gəncə çatdırır. Yenə də onun həmin forumdakı nitqindən başqa bir seçmə: 

«Bilirsiniz, hər bir azərbaycanlı gənc çalışmalıdır ki, dünyanın çox dillərini - rus dilini də, ingilis dilini də, fransız dilini, ərəb, fars dillərini də mənimsəsin, öyrənsin. Bu lazımdır, çünki müasir dünya ölkələrinin bir-biri ilə sıx əlaqəsi bu gün və gələcəkdə insanlardan bir çox dili bilməsini tələb edir. Mən gənclərimizə bu tövsiyəni verirəm. Amma bunlarla yanaşı, bunlardan əvvəl öz ana dilimizi, Azərbaycan dilini mənimsəmək lazımdır, bu dildə yaxşı danışmaq lazımdır, bu dili ana dili kimi duymaq lazımdır, bu dili sevmək lazımdır. Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz. Xatirimdədir, 70-ci illərdə mən bir neçə dəfə çox narahatçılıqla göstərişlər verdim ki, rus dilli məktəblərdə Azərbaycan ədəbiyyatına çox yer verilsin. Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini oxuya bilməz, Füzulini oxuya bilməz, Nəsimini oxuya bilməz, Vaqifi oxuya bilməz, Sabiri oxuya bilməz, C.Məmmədquluzadəni oxuya bilməz və digərlərini oxuya bilməz. Əgər onları oxuya bilməzsə, o, tarixi bilməyəcək, onları oxuya bilməsə, bizim mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli mədəni ənənələrimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda milli vətənpərvərlik duyğuları olmayacaqdır».

Heydər Əliyev nitqində dilçilik, fəlsəfi və mənəvi məsələlərlə bağlı düşüncələrini bir qədər də genişləndirir, bir maqnit kimi gəncləri özünün söz dünyasına çəkib aparır. Burada nələr açılmır: siyasətlə dil, siyasətlə mənəviyyat, siyasətlə mədəniyyət, siyasətlə tarix və daha nələr, nələr...!

Yenə həmin nitqdən bir seçmə:

«Mən arzu edirəm ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun (sürətli alqışlar). Ümüdvaram ki, bu gün məndə bu ümidlər daha da çoxaldı, bizim gənclərimiz bundan sonra tariximizi daha da yaxından öyrənəcək, doğma Azərbaycan dilimizi mənimsəyəcək və bunlar hamısı hər biri gənc Azərbaycan övladında yüksək vətənpərvərlik hissləri yaradacaqdır.

Dil barəsində danışarkən, mədəniyyət, milli ənənələr haqqında danışarkən eyni zamanda mən onu qeyd etmək istəyirəm ki, Azərbaycanda bütün vətəndaşlar eyni hüquqa malikdir və bütün dillərdən sərbəst istifadə olunur, olunmalıdır və gələcəkdə də istifadə olunacaqdır. Azərbaycan

Azərbaycanda yaşayan bütün millətlərin doğma vətənidir. Azərbaycan vətəndaşları, Azərbaycan xalqı deyəndə biz Azərbaycanda yaşayan bütün millətlərin birliyini dərk edirik».

Bu kiçik mətində işlənən fəlsəfi və mənəvi ifadələrə diqqət yetirin: azərbaycanlılıq hissiyatı, Azərbaycanı sevmək, azərbaycanlılıq hissiyatını özündə cəm etmək, azərbaycanlı hissləri yaşamalı, azərbaycanlı kimi hiss etmək, Azərbaycanla bağlı olmaq, sərbəst və səlist Azərbaycan dili, hakim dil, ümumi dil, Sovetlər İttifaqının dili, rus dilli məktəblər, geniş təhsil almaq, Azərbaycandan kənara çıxmaq, ümumi bir dövlətin dili, öz dilinə düzgün münasibət, cazibədar danışmaq, Azərbaycanda hakim dil olmasını nümayiş etdirmək, dili mənimsəsin, öyrənsin, bu tövsiyəni verirəm, bu dili ana dili kimi duymaq, vətənpərvərlik hissi yaratmaq, dili bilmək, dili sevmək, dilini sevməyən və bilməyən şəxs öz tarixini bilə bilməz, ana dilini bilməyən Füzulini oxuya bilməz, mədəni köklərimiz, milli-mədəni köklərimiz, milli-mədəni ənənələrimiz, milli vətənpərvərlik duyğuları, hissiyatı, azərbaycanlı gənc və s.

Bütün bunlar H.Əliyevin nitqində xüsusi məna yükü daşıyır, onun nitqini məzmunlu, dolğun, əhatəli edir, cəzbedici olmasını şərtləndirir. Heydər Əliyev sözün semantikasına xüsusi əhəmiyyət verir, dilçilik baxımından məqbul sayılan qaydalara əməl edir. Onun hər bir sözə yanaşması göstərir ki, o sözə söz xatirinə deyil, konkret mənanı çatdırmaq vasitəsi kimi baxır və qiymətləndirir. Bu böyük şəxsiyyətin nitqində sözlər, cümlələr, vurğu və intonasiya qeyri-adi səslənir.

Heydər Əliyev Azərbaycan dilini məişət səviyyəsindən daha geniş arenaya çıxartdı. Azərbaycanda və onun hüdudlarından kənarda rəsmi görüşlərdə, BMT, Avropa Şurası kimi çox mötəbər məclislərdə Azərbaycan dili onun nitqində öz əzəməti ilə səslənir. Səsləndikcə də zənginləşir. Bu dildə təkcə adi məişət söhbətləri getmir, çox mürəkkəb siyasi, hərbi, fəlsəfi, elmi mühakimələr yürüdülür. Bu dilə yeni sözlər, ifadələr gətirilir.

Onun çıxışlarında məzmun, forma, səslənmə, intonasiya, vurğu, dinləyicinin psixoloji anını tutmaq, auditoriyanı lazımi axına yönəltmək, sözünü demək üçün zəruri məqamı müəyyənləşdirmək və istifadə etmək qabiliyyəti çox üstündür. Onun 12-15 avqust 2002-ci il tarixində Naxçıvanda etdiyi çıxışlarda yadda qalan məqamlar olduqca çoxdur. Avqustun 12-də Naxçıvan Ali Məclisinin iclas salonunda Respublika MEA-nın Naxçıvan bölməsinin yaradılmasına həsr olunmuş müşavirədə keçmiş müəllimi, prezident təqaüdçüsü, Əməkdar müəllim, filologiya elmlər namizədi Lətif Hüseynzadəyə müraciətində yuxarıda qeyd etdiyimiz məqamların parlaq nümunəsini görürük. Həmin müraciətdən iki məqam:

«Lətif müəllim özü bir tarixdir. Naxçıvan Pedaqoji Texnikumunda mənə üç il Azərbaycan dili və ədəbiyyat dərsi keçmiş, Azərbaycan dilinin qrammatikasını öyrədibdir. İndi məndən bəziləri təəccüblə soruşur ki, axı təhsilinizi rus dilində almısınız, işlədiyiniz yerlər elə idi ki, orada danışıqlar da, yazıpozular da, hər şey rus dilində gediblər. Azərbaycan dilini, mənim özümün bunu deməyin yaxşı deyil, amma belə deyirlər - haradan belə yaxşı bilirsiniz, yaxşı danışırsınız? Əlbəttə, bu sualları mənə verəndə bir tərəfdən təəccüb edirəm, digər tərəfdən də təəccüb etmirəm». («Azərbaycan» qəzeti, 15 avqust 2002-ci il).

«Hər bir azərbaycanlı birinci növbədə öz dilini bilməlidir. Ondan sonra başqa dilləri bilməlidir. Mən bunu dəfələrlə demişəm, bu gün də deyirəm ki, indi biz müstəqil dövlətik və bizim vətəndaşlarımız, xüsusən gənclərimiz başqa dilləri öyrənməlidirlər. Amma birinci növbədə öz dilini, yəni Azərbaycan dilini, bizim doğma dilimizi bilməli, sevməlidirlər. Doğma dilimizdə həm danışmalı, həm oxumalı, həm də yazmalıdırlar. Ondan sonra rus dili də, ingilis dili də, fransız dili də, başqa dillər də lazıımdır». («Azərbaycan» qəzeti, 15 avqust 2002-ci il).

H.Əliyevin ayrı-ayrı nitqində dil haqqında söylədiyi düşüncələri onun Azərbaycan dilinin inkişafındakı rolunu, mövqeyini bir daha qabarıq şəkildə göstərir, dilimizin inkişaf istiqamətlərini müəyyənləşdirir:

... «Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsində qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyyəti nəticəsində mümkün olur».

... «Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətldir».

... «Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir».

...«Ana dilini bllməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz kl, xalq qarşısında böyük qəbahətdir».

... «Öz ana dilini bilməyən adamlar şikəst adamlardır».

... «Azərbaycan dili bizi keçmişdə də, indi də, gələcəkdə də birləşdirəcəkdir».

...«Məhəmməd Füzulinin ən böyük xidmətlərindən biri də öz dövrünün və ondan sonrakı dövrün mürəkkəb proseslərinə baxmayaraq, türk dilini (Azərbaycan dilinl - B.Ə.), ana dilini yaşatmasındadır, onu yüüksəklərə qaldıırmasmdan ibarətdir».

... «Cəlil Məmmədquluzadənin ən dəyərli cəhətlərindən birl də Azərbaycan xalqının dilinin inkişafı üçün göstərdiyi xidmətlərdir».

Bütün bunları oxuduqdan, təhlil etdikdən sonra H.Əliyevin parlaq, əzəmətli və görkəmli siması, təsirli və cəlbedici səsi, nüfuzedici nitqi gözlərimiz önündə canlanır. Çünki H.Əlıiyev bütün sahələrdə olduğu kimi, dil məsələlərində də çox həssas və tələbkardır. Onun əsas silahı - söz, səs, lazımi jestlərdən istifadə qabiliyəti, soyuqqanlılıq, hadisələlə vaxtında müdaxilə etmək, inandırmaq, psixoloji təsir, faktlara əsalanmaq, manevr etmək bacarığı, ovsunlamaq, inandırmaq, auditoriyanı səfərbər etmək, güclü yaddaş, fikri canlandırmaq tərzi, əks tərəfi dinləmək qabiliyyəti, auditoriyanı lazımi istiqamaətə yönəltmək, nitqi situasiyaya uyğun qurmaq, qarşı tərəfin nitqindəki əsas məqamları ani tutmaq və reaksiya vermək, auditoriyanı inandırmaq və nitqini o istiqamətdə qurmaq, özünü auditoriyaya tam hazırlamaq, əks tərəfdən aldığı faktdan bacarıqla istifadə etmək, auditoriyanı hazırlamaq və s.-dir.

H.Əliyevin nitqinin gözəlliyi, dəyəri, əhəmiyyəti ondadır ki, o, öz nitqində aşağıdakı məqamları ustalıqla birləşdirir: İnformasiya - məntiq - dil elementləri - emosiya - tələffüz ahəngi. Nitqində elə bir informasiya çevrəsi yaradıri ki, dinləyici özü də hiss etmədən bu çevrəyə düşür. H.ƏIiyevi güclü müşahidə etmə qabiliyyətinə malikdir. «Söz döyüşü»ndə ona qalib gəlmək mümkün deyil, o reallığı düzgün qiymətləndirir və vaxtında böyük ustalıqla çatdırır. H.ƏIiyevin nitqi aydın mərhələlərdən təşkil olunur: giriş - analitik təhlil - xatırlatma - mətləbə qayıtma - ümumişlək sözlərlə idiomatik ifadələrin bir-birini tamamlaması - canlı danışıq dili elementlərinə müraciət - uğurlu nəticə. Onun ayrı-ayrı nitqlərindən gətirdiyimiz bu sətirlər neçə-neçə dilçilik əsərlərinin mövzusu olub, öz müdrüklüyü, dəyəri ilə diqqəti cəlb edir.

Mənbə: Vilayət Əliyev. Heydər Əliyevin dil siyasəti. Bakı, «Nurlan», 2003.

 

Xəbərlər
Redaktorun seçimi