“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.06.2014, 13:54
1720

Azərbaycançılıq haqqında düşüncələr

A- A+

Azərbaycan öncə Azərbaycan türklərinin ürəklərində və düşüncələrində birləşməlidir...

Azərbaycançılıq Azərbaycan türklərinin Azərbaycanın tarixi etnoqrafik və etnokültür coğrafiyasında öz milli dövlətini qurmaq və öz mədəniyyətini inkişaf etdirmək ülküsüdür.

Azərbaycan ərazisi 1813-1828-ci illərdə 1813-cü ildə Gülüstan 1828-ci ildə Türkmənçay müqavilələri ilə İran və Rusiya imperiyaları arasında parçalanmışdır. Tarixi mənbələrə əsasən parçalanmadan öncə Azərbaycan ərazisi 410 min kv.km. olmuşdur. Parçalandıqdan sonra Quzey Azərbaycan ərazisi 130 min kv.km. Güney Azərbaycan ərazisi 280 min kv.km. olmuşdur. Azərbaycançılıq 50 milyonluq Azərbaycan türklərinin bu parçalanmış əraziləri birləşdirmək uğrunda mübarizəyə səfərbər etmək ideyasıdır.
Azərbaycançılıq - e.ə.II minllikdə Şərqi Rusiya çölllərindən Azərbaycan coğrafiyasına köç edərək 3 min ilə yaxındır ki, yerli türk sivilizasiyasını, türk etnoslarını, türk dövlətlərini, dilini məhv etmək, onun tarixi ərazilərini və mədəniyyətini qəsb etmək məqsədilə fəaliyyət göstərən Ariyan irqçiliyinə qarşı - Azərbaycan türklərinin müqavimət hərəkatıdır.
Ariyan irqçiliyinin çağdaş ideoloji- siyasi konsepsiyası Paniranizm ideyası- dövlət modeli Əhəməni və Sasani imperiyalarının yeni davamı və varisi olan İran dövlətidir.
Azərbaycançılığını ideya qaynağı türk milli mədəniyyəti dünyagörüşü və fəlsəfəsi ruhudur. Azərbaycan dövləti türklərin tarixin ayrı-ayrı dönəmlərində subetnos və ya superetnosa çevrilərək. Azərbaycan ərazisində qurduqları dövlət və imperiyaların- Aratta, Midiya, Manna, Sakasena, Səlcuqilər, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarların, Azərbaycan Milli Cümhuriyyətinin varisi və davamıdır.
Bütöv Azərbaycan məfkurəsi panfarsizmin qaynağı olan Ariyan irqinin üstünlüyü düşüncəsinə və türk üzərində ağalığına, müstəmləkəçiliyinə qarşı bir savaşdır.
Bütöv Azərbaycan düşüncəsi Qərb və sovet tarixşünaslığında uydurulmuş hind-avropaid tarix konsepsiyasının ortaya qoyduğu Ariyan irqininin və mədəniyyətinin üstünlüyünü inkar edir. Ariyan kültürünün assemilyasiyasına qarşı çıxır və türkün etno-kültürəl etno-coğrafik və dini bütünlüyünün təmin edilməsi ideyasını əsas tutan yeni tarix konsepsiyasına söykənir. Müasir İran mədəniyyəti əsrlərdər ki, türklərlə farsların birgə formalaşdırdığı müştərək mədəniyyətdir. Lakin bu mədəniyyətdən daha çox fars milləti yaralanmış, türk milləti və mədəniyyəti milli azlıq və müstəmləkə halına düşmüşdür. Məhz buna görə də bütöv Azərbaycan dövlətçiliyi təkcə tarixi ərazilərimizin İrandan ( Farsistan) ayrılmasından yox, həm də mədəniyyətimizin İran (Fars) mədəniyyətindən ayrılmasından və mədəniyyətimizə sahib çıxmağımızdan keçir.
Azərbaycan kimlik şüurunun təməlləri o zaman sarsılmaz olacaqdır ki, Azərbaycan türkləri qlobal ümumdünya mədəniyyətinin vəhdəti dövrü olan XXI əsrə İran mədəniyyəti adı altında yox, Azərbaycan mədəniyyəti adı altında daxil olacaq. Bu, gələcək bütöv Azərbaycan dövlətçiliyinin və kimlik şüurunun formalaşması üçün keçilməsi zəruri olan qıl körpüsüdür. Bu qıl körpüsünü keçərsək, üçüncü minillik «türk mədəniyyəti dövrü» olacaq.
Vahid ümumdünya sivilizasiyası zəif, lokal milli kültürlərin sıradan çıxması, güclü kültürlərin isə dialoq və sintezidir. Türk kültüründə «Qızıl Orta», «Qızıl Körpü» olacaq bütöv Azərbaycanın mövcudluğu ilə türk kültürü dialoq və sintez sistemində yeni keyfiyyət və xüsusiyyətlər qazanaraq daha da güclənəcək. Və çağdaş ekoloji, kultroloji katastrof keçirən planetin xilasında önəmli tarixi rol oynayacaq.

* * *
Bütöv Azərbaycan dövləti bir şiə, məzhəb dövləti olmayacaq. Bütöv Azərbaycan düşüncəsinin əsas dayaqlarından biri də İslam dini, mədəniyyəti və fəlsəfəsidir.
Bütöv Azərbaycan düşüncəsi əsrlərdir İslamda suni şəkildə yaradılmış və düşmənlərin mənafeyinə xidmət edən təriqət və məzhəb ayrılıqlarına, çatışmalarına qarşıdır. Bütöv Azərbaycan ideyası əsrlərdir islamda aparılması zəruri olan islahatların həyata keçirilməsini özünün qayəsi hesab edir. Bütöv Azərbaycan düşüncəsi milliyyətçiliklə ümmətçiliyin sintezinə nail olmaqla əski ümmət dövləti deyil, modern millət dövlətini yaratmağı hədəfə alır.
Bütöv Azərbaycan düşüncəsi bütöv İslam düşüncəsinə söykənir və bütöv Azərbaycan dövlətində bütöv İslam dini konsepsiyasına söykənən siyasət yürütməyi əsas götürür.
Bütöv Azərbaycan insanın İslam təfəkkürü bütöv İslama söykənəcək və şiələr, sünnilər bu dövlət içində bərabər yaşayaraq islam dininin daim yaşarlığını təmin edəcəklər.
* * *
Bütöv Azərbaycan İslam Konsepsiyası Xomeyninin «Hər yer Kərbəla, hər gün Aşura» şüarını rədd edir. Xomeynizm bu şüarla İslamı terrorist, radikal, barışmaz və dünya ilə ziddiyyətlər törədən din kimi təqdim etməklə İslama böyük zərbə vurmaqdadır.
Müasir İranın İslam konsepsiyası Xomeynizm ideologiyası ilə fars mifologiyasının sintezi olaraq fars-islam modelini ortaya qoymuşdur. Fars-islam modeli olan Xomeynizm ideologiyası Azərbaycan türklərinin milli mənafe və təhlükəsizlik strategiyası ilə ziddiyyət təşkil edir. Bu model Güney Azərbaycan türklərinin tarixi və kimlik şüuruna zərbə vurur. Güney Azərbaycan öz gələcəyini Xomeynizm modelinə tapşıra bilməz, öz milli problemlərini bu model içində həll edə bilməz. Bütöv Azərbaycan düşüncəsi yeni bütöv İslam dini konsepsiyasına söykənir və İslamın Azərbaycan modelini yaratmağı hədəf alır.
Bütöv Azərbaycan İslam modeli İslam dinini İran-fars ideologiyası olan Xomeynizmdən xilas edərək, İslamın əsl simasına qaytarılmasını əsas götürən islahat və cihad modelidir. İslamda terrorizm yoxdur. Bütöv Azərbaycan insanı terrorizmə yox deyir. İslam sevgi dinidir. Sülh və barış dinidir. İslamda Allaha və insana sevgi və inanc, müxtəlif etnos və kültürlərə hörmət və dözüm vardır. Bütöv Azərbaycan İslam modeli bütün planetdə barış, sülh, dialoq və insan azadlığı üçün cihad etmək düşüncəsinə söykənir.
* * *
Azərbaycan öncə Azərbaycan türklərinin ürəklərində və düşüncələrində birləşməlidir. Bunun üçün isə ürəyimizdə Azərbaycançılığa sevgi- Paniranizmə nifrət olmalıdır. Bütöv Azərbaycançılıq yalnız kamil insanların daşıya biləcəyi elə ideoloji- fəlsəfi dəyərlər toplusudur ki, bunu daşıyan şəxs üçün Vətən birliyi, Milllət birliyi, ədalətçilik (düzlük), siyasi həmrəylik bütün dəyərlərdən daha önəmlidir. Bütöv Azərbaycançılıq Azərbaycanın tarixi-etnik ərazilərində Azərbaycan dövlətinin bərqərar edilməsi ilə Şərq-Qərb sivilizasiyalarının sintezi, Avropa və Asiya arasında körpü və dialoq mərkəzi, Qərb və Şərq, Şimal və Cənub Türklüyünün coğrafi baxımdan bütünləşməsi və tarixi Turanın yenidən gerçəkləşməsidir. Bütöv Azərbaycan davası bütün Türklüyün çağdaş davasıdır.
Güney Azərbaycanın istiqlalı təkcə Bəzz qalasına yürüşdən yox, həm də ruhumuzdakı, mədəniyyətimizdəki Paniranizmə qarşı yürüşdən keçir. Düşüncələrimizdəki, məfkurəmizdəki Azərbaycançılıq Məbədinin qurulmasından keçir. Azərbaycançılıq Nuh və Yasəf perğəmbərlərdən, Zərdüşt fəlsəfəsindən, Kəngər dövlətçilik təcrübəsindən, xürrəmiçilik, hürufiçilik və Qızılbaşçılıq hərəkatını da içinə alarq Şah İsmayılın, Nadir Əfşarın, Şeyx Xiyabaninin, Məhəmmədəmin Rəsulzadənin, Seyid Cəfər Pişəvərinin və Elçibəyin söykəndiyi tarixi-siyasi etnokültürəl və fəlsəfi görüşlərin sintezidir.

Yasəmən Qaraqoyunlu

Mənbə:

http://turkustan.biz/siyaset/84-azerbaycanciliq-haqqinda-dusunceler-.-yasemen.html

 

Xəbərlər
Redaktorun seçimi