“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.12.2014, 16:53
1577

Şəfiqə Ağayeva (1918-1983)

A- A+

Yazıçı-tərcüməçi, jurnalist, pedaqoq Şəfiqə Əli qızı Ağayeva 1918-ci il iyulun 6-da Qarabağın Cavanşir qəzasının Ağdam kəndində müəllim ailəsində doğulmuşdur. Kənddə orta təhsil aldıqdan sonra Ağdam Pedaqoji Texnikumunda və Azərbaycan Tibb İnstitutunda ali təhsil almışdır.

1934-1983-cü illərdə "Lenin yolu" qəzetində (Ağdam şəhəri), "Qızıl əsgər", "Gənc işçi" qəzetlərinin, "Azərbaycan qadını" jurnalının redaksiyalarında müxtəlif vəzifələrdə işləmişdir. 1965-1972-ci illərdə “Azərbaycan qadını”nın redaktoru olmuşdur.

Azərbaycan KP MK-da, respublika Baş Mətbuat İdarəsində, "Uşaqgəncnəşr" və "Azərbaycan pioneri" qəzeti redaksiyasında məsul vəzifələrdə işləmişdir.

Şəfiqə Ağayeva Azərbaycan uşaq ədəbiyyatının inkişafına töhfələr vermişdir. Əsasən rus ədəbiyyatından tərcümələr etmişdir.

Rus yazıçılarının (A.P.Çexov, M.Prilejayeva, K.Komarovski, Y.Koşevaya, A.Kononov və s. ) uşaq və yeniyetmələr üçün hekayə və povestləri Ş.Ağayevanın tərcüməsində işıq üzü görmüşdür.

Azərbaycan Yazıçılar İttifaqının üzvü idi.

 

Xəbərlər
Redaktorun seçimi