“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
30.12.2014, 20:58
1938

Yusif Vəzir Çəmənzəminli (1887-1943)

A- A+

Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabr ayının 12-də Azərbaycanın səfalı yerlərindən biri olan Şuşa şəhərində anadan olmuşdur. Yusif Vəzirin atasi Məşədi Mirbaba Mirabdulla oglu Vəzirov Şuşa bəylərindən biri idi. Onun bəyliyi 1873-ü il aprel ayinin 13-də Şuşa qəza idarəsi tərəfindən təsdiq edilmis və ona bu haqda səhadətnamə verilmisdir.

Yusif Vəzirin dasıdığı Vəzirov soyadi XVIII əsr Qarabag hökmdari Ibrahimxəlil xanin nüfuzlu vəzirlərindən biri olan Mirzə Əliməmmədaganin tutdugu vəzir vəzifəsinə bagli olaraq nəsildən-nəsilə keçmisdir. İbrahimxəlil xanın vəziri Mirzə Əliməmmədaga Vəzirov soyadını daşıyan Məşədi Mirbaba (Yusif Vəzirin atası) nəslinin ulu babasıdır.

Qeyd etmək lazımdır ki, 1797-ci ilin iyun ayında Iran hökmdarı Ağaməmməd şah Qacar, Şuşanı zəbt etdiyi zaman Ibrahimxəlil xan tərəfindən Türkiyə dövlətinə yenicə səfir təyin olunmuş Mirzə Əliməmmədağanı dustaq etdirib qətlə yetirir.Beləliklə, Mirzə Əliməmmədağaya səfir olmaq qismət olmur.

Taleyin qisməti belə gətirir ki, uzun illərdən sonra Türkiyədə səfirlik etmək Mirzə Əliməmmədağa nəslinin nümayəndəsi Y.V.Çəmənzəminliyə nəsib olur. O, 1919-cu ildə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə ilk səfiri olur. Yusif Vəzirin atası Məşədi Mirbaba Iran, Orta Asiya və Türkiyənin bir qismini gəzmişdi, fars və türk dillərini mükəmməl bilirdi. O, ədəbiyyat ilə də məşğul olardı və Firdovsi ilə Füzulini çox sevərdi. Eyni zamanda xanəndələrə muğamatdan dərs deyərmiş. Məşədi Mirbaba gənc yaşında var-dövlətini qonaqlıqlarda xanəndə-sazəndələrə, yeyib-içməyə xərcləyib, kasıb düsdükdən sonra Ağdamda əttar (dərman və ədviyyat satan) dükani açır və orada nüsxəbəndlik (qədim tibb kitabları əsasında dərman düzəldən həkim) edir.

Yusif Vəzir ilk əvvəl Şuşada “Kar Xəlifə” ləqəbi ilə taninan Molla Mehdinin məktəbində oxuyur. Molla Mehdinin yaninda təhsilin səmərəsiz olduğunu hiss edən Məşədi Mirbaba oglu Yusifi Agdama aparır və onun təhsili ilə özü məşğul olur. Ona türk və fars dillərini öyrədir. Yusifin atasi onun rusca öyrənməsini də istəyirdi. Ağdamda rus məktəbi olmadigi üçün Yusif Muradbəylidəki rus məktəbinə getməli olur. Yusif bir il bu məktəbdə oxuyandan sonra hazırlaşıb realnı məktəbinə girmək üçün 1896-ci ildə Şuşaya qayıdır vı imtahan verib Şuşa realnı məktəbinə daxil olur. O zaman Susa realnı mıəktəbə tədris və təchizat etibarilə Qafqaz orta məktəbləri sirasinda birincilərdən sayılırdı.

Şuşa realnı mətəbının yuxarı kurs tələbəsi, Yusifin böyük qardasi Əbülhəsən nümunəvi tələbə oldugu üçün Yusifin də realnı məktəbdə yaxsi tələbə olmasına çalısırdı. Lakin Əbülhəsən istədiyi kimi ona müvəffəq ola bilmirdi. Çunki Yusifin riyaziyyata o qədər də marağı yox idi. Yusif oxuduğu kitablarda hər şeydən çox rəssamların və heykəltaraşların tərcümeyi-halına diqqət yetirərdi.

Yusif Vəzir hələ kiçik yaslarinda rəsm əsərləri çəkməklə məşğul olmuşdu. əvvəlcə təbiət mənzərələri, sonralar isə ictimai-siyasi motivli karikaturalar çəkməyə başlamısdı. Yusifin tələbəlik illərinin sevinci uzun sürmür. Gözlənilmədən onun böyük qardasi Əbülhəsən xəstələnir və 1904-cü ildə vəfat edir.

Yusif Vəzirin 21 yaslı qardasi Əbülhəsən vaxtsız ölümü onu hədsiz dərəcədə sarsıdır. Baş verən bədbəxt hadisə atalari Məşədi Mirbabanin və anaları Seyid əziz xanımın tez-tez xəstələnmələrinə səbəb olur. Bu hadisə dünyada haqq və ədalət olmasına inanan Yusifdə də ümidsizlik dogurur və onun uzun müddət dərsləri ilə məşğul ola bilməməsinə səbəb olur. Bir müddət keçəndən sonra qardaşı Əbülhəsənin yaratdığı zəngin kitabxana Yusifə verilir. Yusif vəzir kitabxanadaki rus və əcnəbi klassiklərin kitablari ilə yaxından tanış olandan sonra onda rəsm ilə bərabər ədəbiyyata da böyük maraq oyanır.

Yusif Vəzir Şuşa realnı məktəbində təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından şıkayət tərzində yazılmış “Jaloba” adli ilk şeirini rusca yazmışdı. Yusif Vəzir rusca yazdığı bir neçə şeirini Şuşa realnı məktəbindəki rus dili müəllimi Klemiyə göstərir. Müəllim şeirləri gözdən keçirib ona Çexovu oxumağı məsləhət görür. Çexovun sirin və duzlu hekayələri Yusif Vəzirin çox xosuna gəlir. Yusif realnı məktəbində oxuyan zaman əmisi oglu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində “Fokusnik” adli yumoristik və karikaturali ayliq jurnal çıxarırdılar. Bu jurnalda verilən yazılar həcmcə kiçik olsa da, məzmunca diqqəti cəld edirdi.

1905-ci ilin yayında erməni daşnaklarının təblığatı nəticəsində Şuşada milli qırğın başlayır. Polis və hökümət əsgərləri bu düsmənçiliyə qarsi laqeyd münasibət bəslədikləri üçün iki xalq biri-birini qırır, evlərini yandırıb, xaraba qoyurdular. Şuşanın təhlükəli vəziyyətindən dogan əsəbilik Yusif Vəzirin atasi Məşədi Mirbabanın tez-tez xəstələnməyinə səbəb olur.

Yusif Vəzirin atası 1906-ci il fevralın 20-də vəfat edir. Onun vəfatından sonra ailə, həyat təcrübəsi olmayan 19 yaslı Yusifin himayəsində qalır. Atasının vəfatından sonra Yusif ilk əvvəl Ağdamdaki əttar dükaninin seylərini və dükanın özünü satmaq üçün mart ayının birində Ağdama gedir. Bir neçə gün orada qaldıqdan sonra xəstələnib Muradbəylidə yaşayan Telli bibisigilə gedir. İki ay yatalaq xəstəliyindən yatıb, ağır böhranlar keçirir. Sonra Yusifin bibisi onun sağalacagına olan ümidini itirib Şuşaya göndərir.

Xəstəlikdən zəif düsmüs Yusifin üç ay yataqdan qalxa bilməməsi ailəni böyük çətinliklər qarşısına qoyur. Ailə köməksiz qalir. Yusifin anasi Seyid əziz xanim gecə və gündüz rahatlıq bilmədən onun həyatını xilas etmək üçün əlindən gələni edir. Ailənin agır vəziyyətində Yusif hələ uşaq ikən Cənubi Azərbaycanın “Çəmənzəmin” adli kəndində aclıq nəticəsində oradan qaçib, Şuşaya pənah gətirib, Yusifgilin həyətlərində sığınacaq tapmış Həsənxan, Nifti və Fərəc qardaşlarından basqa heç bir qohumları onlara kömək etmir. Yusifin atası Məşədi Mirbabayev vaxti ikən yurdları olmayan bu qardaşlara öz həyətində sığınacaq verib himayəsinə almışdı.

Yusif sağaldıqdan sonra anasına deyir ki, əgər mən gələcəkdə adlı-sanlı adam olsam, mütləq Cənubi Azərbaycandan gəlmiş sədaqətli qonşularımızın kəndlərinin adını özümə təxəllüs qəbul edəcəyəm. Yusif Vəzir necə deyir, elə də edir. Yusif Vəzirin “Çəmənzəminli” təxəllüsünü qəbul etməsi onun həmin ailəyə bəslədiyi hörmət və məhəbbətdən gəlir. Şuşada yaranan erməni-müsəlman çarpışmaları nəticəsində azərbaycanlı tələbələri məktəblərini tərk etmək məcburiyyətində qalırlar. Yusif Vəzir də təhsilini davam etdirmək üçün Bakıya gedib realnı məktəbin altıncı sinfinə daxil olur. O, böyük səylə oxumaqla bərabər ictimai işlərlə də məşğul olur.

Yusif Vəzir xalqın məişətini, onun adət və ənənələrini, həyat tərzini bilərək 1907-ci ildə “Şahqulunun xeyir işi” adlı hekayəsini yazır. Bu hekayə ilk dəfə 1911-ci ildə “Səda” qəzetində çap olunur. Şuşadakı milli ədavət Vəzirovlar ailəsini də ata-baba yurdundan didərgin düşməyə məcbur edir. Onlar Aşqabada köçməli olurlar.

1907-ci ildə Yusif Vəzir Qarabağın pir və ocaqlarını kəskin tənqid edən yazısını “Molla Nəsrəddin” jurnalında “Bakı realnı məktəbinin altıncı sinif şagirdi Mir Yusif Vəzirov” imzası ilə çap olunur. Bu yazıdan sonra Aşqabadda və Bakının Hacıağa karvansarasında yaşayan qarabağlılar həyacana gəlib Yusif Vəzirə qarşı kin bəsləyirlər. Aşqabaddan gələn təhqir və hədələmə məktublarının ardı-arası kəsilmirdi. Onlar Yusif Vəzirdən “Molla Nəsrəddin” jurnalı vasitəsilə üzr istəməyi tələb edirdilər, əks halda isə öldürüləcəyini bildirirdilər.

Yusif Vəzir 1907-ci il noyabr ayının 5-də “Təzə həyat” qəzetində izahat verərərk bildirir ki, “Molla Nəsrəddin” jurnalında gedən yazısının heç də “müqəddəs” pirlərə və ocaqlara sataşmaq deyil, əsas məqsəd ancaq hiyləgərləri ifşa etməkdən ibarətdir. “Mən göstərirəm ki, adını müsəlmən qoyanların içində çoxsu qurd libasına girib, millətə xəyanət edirlər, millətin gözünü baglayıb, ümumi insaniyyət nöqtəsindən uzaq salırlar. Camaatın dərdinə qalıb məktəblər açmaqdan, yetim uşaqları oxutdurmaqdan ki, gələcəkdə küçələrdə qalıb camaata zərər yetirməsinlər... Bütün bunları eləməyin əvəzində fəqir-füqəranın axır qəpiklərini də alib ac-acına qoyurlar. Görünür ki, bəzi oxucular məqalədəki alovlu vətənpərvərlik hissini fərqləndirə bilməyib ağızdan-ağıza yalan və şişirdilmiş şayiələr uydurub yayıblar”.

Yusif Vəzir 1909-cu ildə Bakı realnı məktəbini bitirib, təhsilini davam etdirmək üçün həmin ilin iyul ayında Peterburqa gedib sənədlərini Mülki Mühəndislər institutuna verir. Lakin riyaziyyata qələbə çalmayacağını hiss edib sənədlərini geri alır. Orada qaldığı vaxtdan istifadə edib məşhur “Cənnətin qəbzi” hekayəsini və Qafqazın fəth edilməsinin 50 illiyi münasibətilə Dağıstanın məşhur milli qəhramanı olan Şeyx Şamili yada salaraq ona ser həsr edir. Bir aydan sonra Yusif Vəzir Peterburqdan Aşqabada qayıdır. O, Aşqabadda qaldığı müddətdə latıncanı öyrənməyə başlayır. Sonra isə Daşkəndə gedib altı ay kursda oxuyur və Daşkənd gimnaziyasında imtahan verib universitetə girmək hüququ qazanır.

Yusif Vəzir 1910-cu ildə Kiyevə gedib, Müqəddəs Vladimir adına Imperator Universitetinin hüquq fakültəsinə daxil olur. Yusif Vəzirin Kiyevdəki 5 illik tələbəlik dövründə də o vətənilə heç bir zaman əlaqəni kəsmir. Yusif Vəzir Bakıda nəşr olunan qəzetləri və jurnalları müntəzəm olaraq alır və Azərbaycanda baş verən hadisələrlə yaxından tanış olurdu. Eyni zamanda öz yazılarını da Bakıda çıxan qəzetlərdə çap etdirirdi. Yusif Vəziri düşündürən əsas məsələlərdən biri də Azərbaycan dilində kitabların nəşri və yayılması olmuşdu. O, bu məqsədlə Kiyevin ali məktəblərində təhsil alan azərbaycanli tələbələrdən ibarət xüsusi nəşriyyat heyəti təşkil etmişdi.

Bu barədə Yusif Vəzir 1911-ci il iyun ayının 3-də “Səda” qəzetində çap etdirdiyi “Kiyevdə heyəti – nəşriyyat təşkili məqaləsində yazırdı... kitabçalar bir ədəbiyyata dair olmayıb, siyasi, tibbi, tarixi, iqtisadi məsələlərdən də bəhs edəcəkdir”.Yusif Vəzirin xalq nağıllarından yararlanaraq uşaqlar üçün yazdığı məşhur “Məlik Məmməd” nağılı 1911-ci ildə Kiyevdə kitabça şəklində nəşr olunmuşdur. Kiyevdəki nəşriyyat heyəti Azərbaycanın tarixinin yazılması təşəbbüsünü də irəli sürürdü.

Bu barədə Yusif Vəzir 1913-cü il mart ayınin 12-də “Sədayi-həqq” qəzetində çap etdirdiyi “Biz kimikə” məqaləsində yazırdı:
“... Tarixin millətimizə nə qədər mənfəəti olduğunu nəzərə alıb Kiyev müsəlman studentlərinin nəşriyyat heyəti ərbabi qələmimizdən Azərbaycan tarixini yazmağı rica edir. Tarix müxtəsər və sadəcə Azərbaycan dilində olmalıdır. Onu heyət təb etdirməyi öhdəsinə götürür və bundan əlavə tarix müəllifinə mükafat da verməyi vəd edir.”

Yazıçı Vəzir 1912-ci ildə “Yeddi hekayə”, 1913-cü ildə isə “Həyat səhifələri” adlı kitablarını Kiyevdə çap etdirir. Onlarin hər nüsxəsinin Qori müəllimlər seminariyasının müəllimi, görkəmli ədəbiyyatşünas Firudun bəy Köçərliyə göndərir. Firudun bəy kitabçaları aldıqdan sonra Qoridən Kiyevə göndərdiyi məktublarla Yusif Vəzir yaradıcılığına, onun mədəniyyət sahəsində xidmətlərinə yüksək qiymət verir.

Beləliklə, Yusif Vəzirin Kiyevdəki 5 illik tələbəlik həyatı ədəbi və elmi sahədə çox əlverişli olmuşdu. O zaman o, dini məsələ, qadın məsələləri və uşaq tərbiyəsi ilə son dərəcə maraqlanırdı. Nəticədə “Arvadlarımızın halı”, “Qanlı göz yaşları”, “Ana və analıq” kitabları meydana çıxır. 1915-ci ildə birinci dünya müharibəsinin gedişi ilə əlaqədar olaraq alman hücumundan çəkinən çar höküməti Kiyev universitetini müvəqqəti olaraq Saratova köçürdüyü üçün Yusif Vəzir universiteti 1915-ci ildə Saratovda bitirir.

O, universiteti bitirdikdən sonra Saratov məhkəmə palatasında hakimlik vəzifəsinə namizəd qəbul olunur. Yusif Vəzirin tutduğu vəzifə maaşsız olduğu üçün bir neçə aydan sonra başqa iş axtarmaq üçün Kiyevə gedir. Orada “Zemstvo” təşkilatına daxil olub cəbhəyə gedir. Fevral ingilabı baş verən zaman Yusif Vəzir Qalitsiyada idi. 1917-ci ildə Ukraynanın həyəcanla doğulan milli hərəkatı bütün Rusiya daxilində yaşayan qeyri-rus millətlərə örnək olur.

Bununla əlaqədar Yusif Vəzir 1917-ci ildə Qalitsiyadan Kiyevə gəlir. Orada siyasi təşkilata ehtiyac olduğunu hiss edib Kiyevdə oxuyan azərbaycanlı tələbələri ətrafina toplayaraq Türk Ədəbi Mərkəziyyə firqəsi “Musavatin” Kiyev şöbəsini yaradır. Həmin şöbəyə başçılıq etmək üçün Yusif Vəzir sədr seçilir. Müstəqil Ukrayna Respublikası yarandıqdan sonra Azərbaycan Demokratik Cumhuriyyəti Yusif Vəziri Ukraynada diplomatik nümayəndə təyin edir. Yenicə işə baslamış diplomatik nümayəndəliyin əsas məqsədi Azərbaycanı Rusiya ictimaiyyətinə tanıtmaq idi. Ona görə də onlar müsamirələr təşkil etməklə bəqabər, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, ticarəti və iqtisadiyyatı haqqında çoxlu məqalələr yazıb mətbuatda çap etdirirlər. Beləliklə, Azərbaycan yavaş-yavaş tanınmağa başlayır.

Yusif Vəzir həmin təşkilatda işlədiyi dövrdə “Azərbaycanın Muxtariyyatı” və “Biz kimik və istədiyimiz nədir?” kitablarını yazıb çap etdirir. Yusif Vəziri düşündürən və narahat edən məsələlərdən bir də Azərbaycanin milli marşının olmaması idi.

Bununla əlaqədar onun 1917-ci il dekabr ayının 19-da “Açıq söz” qəzetində çap etdirdiyi məqalədə deyilirdi: - “Hər bir millətin özünəməxsus bir milli nəğməsi var. O nəğmə oxunduqda millət fərdlərinin ruhu ucalır. Mübarizə edib öz xalqını mühafizı etmək xahişi artır. Bizim isə bu nəğməmiz yoxdur. Odur ki, milli ruhumuz da yoxdur. Düşməni yıxmaq üçün də milli ruh lazımdır. Milli şərqi əmələ gətirmək üçün şairlərimiz və musiqişünaslarımız Üzeyir Hacibəyov cənabları çalışmalıdırlar.”
1918-ci ildə vətəndaş müharibəsi ilə əlaqədar Azərbaycanla rabitə kəsilir. Yusif Vəzir vətəndə baş verən hadisələrdən heç bir informasiya almadığı üçün tutduğu vəzifəsini müavininə tapşırıb Simferopola gedir. Orada bir neçə ay ləngidiyi üçün ədliyyə direktorluğunda məsləhətçi işləyir. Krımdakı “Millət” qəzetində “Azərbaycan və azərbaycanlılar” adlı məqaləsini çap etdirir və Litva tatarlarının tarixi ilə maraqlanaraq onların yaranması və vəziyyəti haqqında tədqiqat aparıb yazdığı “Litva tatarları” adlı kitabçasını 1919-cu ildə Simferopolda (Ağ məscid) çap etdirir.

Yol şəraiti yaxşılaşan kimi Yusif Vəzir Odessaya gedir. Müharibə ilə əlaqədar yollar bağlı olduğu üçün Yusif Vəzir Odessada iki ay qalmalı olur. O, vətənə qayıtdıqda “Azərbaycan” qəzetində “Xarici siyasətimiz”, “Milli və mədəni islərimiz” baslığı ilə silsilə məqalələrini çap etdirir.Yusif Vəzir bir müddət Bakıda qaldıqdan sonra Azərbaycan Demokratik Cumhuriyyətinin Nazirlər Şurasının sədri Nəsib bəy Usubbəyovun təklifi ilə 1919-cu ildə yeni yaranmış Respublikanın səfiri kimi Istanbula göndərilir. Yusif Vəzir Istanbulda diplomatik işlə məşğul olmaqla yanaşı, öz ədəbi fəaliyyətini də davam etdirir. Belə ki, Azərbaycanı və Azərbaycan ədəbiyyatını türk aləminə tanıtmaq üçün elmi müşahidələrlə zəngin olan “Azərbaycan ədəbiyyatına bir nəzər”, “Tarixi –coğrafi və iqtisadi Azərbaycan” adlı kitablarını yazıb 1921-ci ildə onları Istanbulda çap etdirir.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Yusif Vəzir tutduğu vəzifəsini artıq bitmiş olduğunu elan edib, Parisdə siyasi elmlər institutunun diplomatika fakültəsində təhsil alan kiçik qardaşı Mirinin (Mirabdulla) yanına gedir. Fransada hər hansi bir əcnəbinin hüquq sahəsi üzrə işləməsi qeyri-mümkün olduğu üçün Yusif Vəzir maddi vəziyyətinin ağir olması ilə əlaqədar məcbur olub Paris yaxınlığındakı Klisi adlı şəhərə köçüb əvvəlcə Lokomativ, sonralar isə avtomobil zavodlarında fəhləlik edir. O, “Paris xəbərləri” qəzetində də əməkdaşlıq edib “Şərq məktubları” başlığı altında cürbəcür yazılar çap etdirir.

Yusif Vəzirin qardaşı Miri 1922-ci ildə təhsilini başa vurub Paris banklarının birində məmur işləyirdi. 1924-cü ildə Miri qəflətən xəstələnir. 13 ay davam edən onun xəstəliyi ölümlə nəticələnir. 1925-ci ildə Miri 29 yaşında Parisdə vəfat edir. Yeganə qardaşının vaxtsız vəfatı Yusif Vəziri həddindən artıq sarsıdır, bu ona çox böyük dərd olur. Qardaşını itirdikdən sonra Yusif Vəzir Parisdə böyük çətinliklərlə üzləşir və necə olursa-olsun, vətəni Azərbaycana qayıtmağı qərara alır.

Yusif Vəzir vətəninə qayıtmaq üçün Parisdəki Sovet səlahiyyətli nümayəndəliyinə ərizə ilə və Azərbaycan SSR Xalq Komisarları Sovetinin sədri Qəzənfər Musabəyova xüsusi məktubla müraciət edir. Qəzənfər Musabəyov Yusif Vəzirdən aldığı məktubu Az.SSR Komunist Partiyasının birinci katibi Kirova göstərir. Kirov Yusif Vəzirirn vətəninə qayıtmaq arzusunu böyük məmnuniyyətlə qarşılayır. Bir ildən sonra Ümumittifaq Icraiyyə Komitəsinin 18 yanvar 1926-ci il tarixli qərarına əsasən Yusif Vəzir sovet vətəndaşlığına daxil olur. Yusif Vəzir 1926-cı ilin aprel ayında həmişəlik olaraq mühacirətdən vətənə qayıdır.

Qürbət ellərdən vətəninə qayıtmış Yusif Vəzir ilk əvvəl “Bakı işçisi” nəşriyyatında bədii şöbənin redaktoru, sonralar Dövlət Plan Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkil işləmiş və eyni zamanda müəllimliklə də məşğul olmağa başlamışdı. Əvvəlcə, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq və pedaqoji fakültəsində, sonralar isə Pedaqoji, Tibb və Neft institutlarında Azərbaycan və rus dilləri kafedrasında dərs demişdi. Eyni zamanda Yusif Vəzir Ruhulla Axundovun redaktəsi ilə çıxmış “Rusca-Azərbaycanca lügət”in müəlliflərindən biri olmuşdu. Azərbaycan dilində terminologiyanın yaradılmasında da Yusif Vəzir Çəmənzəminlinin böyük xidməti olmuşdur.

Yusif Vəzir 1930-1935-ci illərdə Azərbaycan Neft Institutunda işləyən zaman, həmin institutda çixan “Əzizbəyov adına Azərbaycan qızıl Bayraqlı Neft Institutunun əxbari” jurnalında “Neft və onun tarixi” adlı məqaləsi ilə bərabər bir çox məqalələr yazıb çap etdirmişdir.Yusif Vəzir bir çox hekayələrini “Maarif və mədəniyyət” jurnalında və başqa mətbuat orqanlarında çap etdirir. Sonralar isə “Qızlar bulaığı”, “Studentlər”, “1917-ci il” adlı romanlarını çap etdirir. 1935-ci ildə “Həzrəti-Şəhriyar” adlı komik pyesini bitirir. Uzun illər tədqiqatçıların diqqətindən kənarda qalan “Həzrəti-Şəhriyar” komediyası ilk dəfə 1980-ci ildən incəsənət toplusu “Qobustan” jurnalınin 4-cü nömrəsində çap olundu.

Yusif Vəzir tərcümələr üzərində də işləyirdi. O, L.Tolstoyun, I.Turgenevin, A.Neverovun, N.Qoqolun, B.Lavrenevin, L.Seyfulinanın, V.Hüqonun və s. bir neçə əsərlərini rus dilindən Azərbaycan dilinə tərcümə etmişdi. O, kino-ssenarilərin tərcüməsi işində də fəal iştirak etmişdi. Azərbaycan dilində ilk səsli film olan məşhur “Çapayev” filminin ssenarisini də Azərbaycan dilinə 1936-cı ildə Y.V.Çəmənzəminli tərcümə etmişdi.

Yusif Vəzir 1937-ci ilin aprel ayında tamamladığı “Iki od arasında” adlı tarixi romanı işdən çıxarıldığı üçün çap etdirə bilməmişdi. Öz sağlığında nəşr etdirmək qisməti olmayan Yusif Vəzirin bu tarixi romanı ilk dəfə 1960-cı ildə “Azərbaycan” jurnalında müəyyən ixtisarla “Qan içində” adı ilə çapdan çixmışdı. Yusif Vəzir Yazıçılar Ittifaqından çıxarılmamışdan 3-4 ay əvvəl yazdığı “Altunsaç” adlı kinossenarisini də “Azərfilmə” vermişdi. Əsər geniş mütəxəssis müşavirəsində oxunub bəyənilməyinə baxmayaraq “Azərfilmin” direktoru Merkel son mərhələdə Yusif Vəzirə müraciət edərək demişdi, “Studentlər” romanınız tənqid edildiyi üçün sizinlə müqavilə bağlaya bilməyəcəyəm.

Yazıçının 1937-ci ildə cürbəcür bəhanələrlə işdən kənar edilməsi ona mənəvi əzab verirdi. Həyatını xalqın istiqlaliyyətinə və tərəqqisinə həsr edən Yusif Vəzir özündə heç bir günah görməyib. 1937-ci il may ayının 20-də Azərbaycan K(b)P-nın Mərkəzi Komitəsinin birinci katibi M.C.Bağırova ərizə ilə müraciət edir. Yusif Vəzir M.C.Bağırova yazdığı ərizənin cavabının gəlməsindən əlini üzərək 1937-ci il iyun ayının 8-də Ümumittifaq K(b)P-nın baş katibi I.V.Stalinə ərizə ilə müraciət edir. Bu ərizədən də cavab gəlmir. Yusif Vəzir 20-25 gün Moskvada qalıb Stalinə yazdığı ərizə barədə Mərkəzi Komitəyə müraciət edir. Lakin ordan da heç bir cavab ala bilmir. Çarəsiz qalan Yusif Vəzir Bakıya qayıdır.

1938-ci ildə “Kommunist” qəzetində çıxan bir elanda bildirilirdi ki, Özbəkistan SSR-nin Urgənc şəhərindəki Xarəzm Vilayət Pedaqoji institutunda rus dilində dərs deməyə müəllim yeri tutmaq üçün müsabiqə elan olunur. Yusif Vəzir sənədlərini toplayıb Urgənc şəhərinə göndərir. Müsabiqədən keçib rektorluqdan dəvət alır. 1938-ci ilin avqust ayında Yusif Vəzir Urgəncə yola düşür. O, Urgənc pedaqoji instituta baş müəllim və eyni zamanda institut kitabxanasına müdir təyin olunur.

1937-1938-ci illərdə represiyaya məruz qalan Azərbaycanın bir qrup elm və mədəniyyət xadimlərindən B.Çobanzadə, N.Şahsuvarov, H.Zeynallı, H.Nəzərli və başqalarının verdikləri ifadələr əsasında 1940-cı il yanvar ayının 25-də Yusif Vəzir Urgəncdə həbs edilib Bakıya gətirilir. O, altı aya yaxın Keşlə həbs düşərgəsində saxlanıldıqdan sonra 1940-cı ilin iyul ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansıyasındakı həbs düşərgəsinə göndərirlər.

Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvar ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansıyasındakı həbs düşərgəsində vəfat edir.

* * *

Yaradıcılığı

Yusif Vəzir Çəmənzəminli. Əsərləri. Üç cilddə.

(“Yusif Vəzir Çəmənzəminli. Əsərləri. Üç cilddə” (Bakı, Еlm, 1966, 1976, 1977) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır). Tərtib edəni: M.Axundova. Redaktoru: T.Hüseynoğlu. - Bakı: Avrasiya Press, 2005.

 

► I cild. 360 səh.  Yüklə

► II cild. 664 səh.  Yüklə

► III cild. 440 səh.  Yüklə

 

Xəbərlər
Redaktorun seçimi