“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
30.12.2014, 15:52
1767

Mirzəli Axundzadə Aşiq (1846-1903)

A- A+

Şair Mirzə Zeynalabdin Sağərinin oğlu, şair, maarif xadimi, publisist Xosrov Mirzə Əli oğlu Axundzadə (Şaiq) atasıdır.

Mirzəli Zeynalabdın oğlu Axundzadə müəllim olmaqla bərabər, şair və gözəl səsə malik məşhur musiqişünas olub. Böyük xanəndə Cabbar Qaryağdıoğlunun və onun həmkarlarının müəllimi olmuşdur.

* * *

Qarabağ qartallarından biri

“Qarabağ şairləri nəhəng qartallar kimi Şuşa dağlarının poetik zirvəsində məskən salaraq öz fövqlərində poeziyaya ton verirdilər”.

Böyük ədəbiyyatşünas və pedaqoq Firidunbəy Köçərlinin qeyd etdiyi kimi Şuşa dağlarının bu poetik zirvəsində “məskan salan” salan şairlərdən biri də dövrünün məşhur musiqişünası, müəllimi, xəttatı, xanəndəsi, şairi Mirzəli Axundzadə ili. Onun atası “Sağəri” təxəllüslü şair və musiqişünas Mirzə Zeynalabdin XIX əsr Qarabağının nüfuzlu şaxsiyyətlərindən sayılırdı.

1846-cı ildə Şuşanın Qurdlar məhəlləsində dünyaya gələn Mirzəli gözünü açandan poeziya ilə, musiqi ilə nəfəs almış, onlarla “oturub-durmuşdur”. Onun şairlik istedanının sorağını eşidən Natəvan Mirzəlimi özünün “Məclisi-üns” ədəbi dərnəyinə dəvət etmişdi. Daha sonralar isə o, “Məclisi-fəramuşan”ın üzvü olmuşdu.

Mirzəli həm də şəhərin tanınmış müəllimlərindən sayılırdı. Onun “Seyidli” məhəlləsində bir mədrəsəsi vardı. Ərəb, fars v. Türk dillərini kamil bilən Mirzəli burda xalqın balalarının təlim-tərbiyyəsi ilə məşğul olurdu. Heç də təsadüfi deyil ki, onun vaxtı ilə dərs dediyi şagirdlərdən bir çoxu sonralar Azərbaycan ədəbiyyatı və musiqisi tarixində tanınmıi şəxsiyyətlərdən olmuşdu.

Mirzəli Axundzadə Mirzə Fətəli Axundovla da sıx əlaqə saxlamışdı. Mirzə Fətəli Şuşada olarkən o, böyük dramaturqla yaxından tanış olmuşdu. Mirzəli görkəmli demokrat yazıçının yeni əlifba uğrunda kompaniyasına həvəslə qoşulmuş və şəhər əhalisi arasında böyük təbliğat işləri aparmışdı.

Mirzəli Axundzadə Qafqazda keçirilən xalq şənliklərində, teatr tamaşalarında və konsertlərdə fəal iştirak edirdi. O dövrün mətbuatından aydın olur ki, Mirzəli 1886-cı ilin dükabr ayında Tiflisin “Arsruni” teatr binasında M.F.Axundovun “Hekayəti Müsye-Jordan və dərviş Müstəli şah” komediyasının tamaşasının fasiləsində “Azərbaycan tarının atası”, tarzən Sadıqcanın müşayiəti ilə oxumuşdu.

Yeri gəlmişkən, qeyd edək ki, Mirzəli Aşiq Axundzadənin həm musiqişünaslıq fəaliyyəti, həm də şairlik istedadı müasirlərinin diqqətindən yayınmamışdı. Mir Möhsün Nəvvab, Mirzə Ələsgər Növrəs, Firidun bəy Köçərli, Məhəmmədağa Müctəhidzadə, Ağalarbəy Əliverdibəyov və başqaları öz əsərlərində onun haqqında danışmış və xeyli məlumat vermişlər.

Mirzəli Axundzadə 1903-cü ildə Şuşa şəhərində vəfat etmişdir. Onun “Aşiq” təxəllüsü ilə yazdığı şerlərdən bir qismi müxtəlif şəxsi arxivlərdə və cünklərdə indi də saxlanılır.

Vasif Quliyev,

yazıçı-jurnalist

 

Xəbərlər
Redaktorun seçimi