“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.11.2014, 19:05
1246

Qaradağ xanlığı

A- A+

Azərbaycanın cənubunda yerləşən zəif xanlıqlardan biri idi. Qaradağ xanlığı XVIII əsrin I rübündə Kazım xan tərəfindən yaradılmış, mərkəzi Əhər şəhəri olmuşdur. Mərkəzi hakimiyyətə tabe olmadığına görə Kazım xanın gözlərini Nadir şah çıxartdırmışdı. Nadir şahın ölümündən sonra Kazım xanın hakimiyyəti bərpa olunmuşdu.

Kazım xan qonşu feodal hakimlərə münasibətdə ehtiyatlı siyasət yeridirsi. O, daxili işləri qaydaya salaraq, abadlıq işləri ilə məşğul olur, xanlığın mərkəzi olan Əhərdə müxtəlif ictimai binalar tikdirirdi. 

Qaradağ xanlığı 1782-ci ildə Xoy və Qarabağ xanlıqlarının birləşmiş qüvvələri tərəfindən işğal edildi. Bundan sonra Qaradağ xanlığı, demək olar ki, öz müstəqilliyini itirdi. 

1791-ci ildə xanlıq Ağaməhəmməd şah Qacara tabe olmuşdur.

Xəbərlər
Redaktorun seçimi