“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
06.11.2020, 14:00
909

“Tək millət, iki dövlət, tək ürək”

A- A+

Ankara Musiqi və İncəsənət Universitetindəjki tədbirə müxtəlif ölkələrin diplomatları qatılmışdı...

Qardaş Türkiyədə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini qınayan müxtəlif səpkili tədbirlər davam edir. Bu qəbildən tədbirlərdən biri noyabrın 3-də Ankara Musiqi və İncəsənət Universitetində gerçəkləşdi.

“Bir millət, iki dövlət, tək ürək!” devizi ilə keçirilən bədii tədbir həm də Vətən torpaqlarını işğaldan azad edən Azərbaycan Ordusuna dəstək məqsədi daşıyırdı. Tədbirə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Ankarada fəaliyyət göstərən müxtəlif ölkələrin diplomatları, universitetin professor-müəllim və tələbə heyəti qatılmışdı.

Tədbir keçirilən salonda universitetin rəssamları Azərbaycanın və Türkiyənin bayraqlarını kətan üzərində yağlı boya ilə çəkərək birləşdirmişdilər.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildi.

Səfir Xəzər İbrahim və Ankara Musiqi və İncəsənət Universitetinin rektoru, professor Erol Parlak çıxış edərək iki ölkənin qardaşlığından söz açdılar, bu salonda nümayiş olunan həmrəyliyin həm birliyimizin təsdiqi, həm də  işğal altındakı Azərbaycan torpaqlarını rəşadətlə düşməndən azad edən Ordumuza mənəvi dəstək olduğunu bildirdilər.

Çıxışlarda Ermənistan ordusunun Azərbaycanın mülki əhalisini hədəfə alaraq müharibə cinayətləri törətdiyi diqqətə çatdırıldı. Vurğulandı ki, Azərbaycanın Silahlı Qüvvələri beynəlxalq hüquqa əsaslanaraq ölkənin işğal altındakı torpaqlarını azad edir. Qarabağ Azərbaycandır!

Sonra Azərbaycanın Xalq artisti Azərinin və Ankara Musiqi və İncəsənət Universiteti sənətçilərinin iştirakı ilə Azərbaycana dəstək konserti təqdim olundu.

Xəbərlər
Redaktorun seçimi