“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
25.01.2013, 16:56
1531

Azərbaycan tarixi günbəgün: 25 yanvar

A- A+

25 yanvar 2005 – Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçi Devid Atkinsonun (Britaniya) hazırladığı məruzə üzrə qətnamə qəbul olunub.

 

25 yanvar 1897 - Tanınmış alim, Azərbaycanın ilk epidemioloqu, tibb elmləri doktoru İsmayıl Axundov (1897-1952) anadan olub. Almaniyada təhsil aldıqdan və bir orada işlədikdən sonra 1929-cu ildə Azərbaycana qayıdıb və respublikada epidemiologiya elmi məktəbinin əsasını qoyub. 1930-1950-ci illərdə Azərbaycanda malyariyanın kökünün kəsilməsi onun adı ilə bağlıdır.

 

25 yanvar 1899 – Azərbaycanın ilk hüquq professoru, ictimai xadim Mustafa Vəkilov (1899-1943) anadan olub. 1919-cu ildə Xalq Cümhuriyyəti hökumətinin göndərişilə Sorbonna (Paris) Universitetinin hüquq fakültəsinə daxil olub. Təhsilini bitirdikdən sonra Azərbaycana qayıdıb, hüquq sahəsi üzrə milli kadrların hazırlanmasında fəal rol oynayıb. Stalin repressiyalarının qurbanı olub.

 

25 yanvar 1984 – Görkəmli teatr və kino aktyoru, xalq artisti Məmmədrza Şeyxzamanov vəfat edib. 1915-ci ildə Cəncədə anadan olmuşdu.

 

25 yanvar 1988 – Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin kütləvi şəkildə deportasiyası başlanıb. Azərbaycanlı qaçqınların ilk dəstəsi respublikamıza pənah gətirib. 1988-1989-cu illədə ümumilikdə 230 minə yaxın azərbaycanlı Ermənistan ərazisindəki tarixi ata-baba yurdlarından zorla qovuldu.

 

25 yanvar 2001 – Azərbaycan Respublukası Avropa Şurasına tamhüquqlu üzv olub. Strasburqda, Avropa Şurasının mənzil-qərargahının qarşısındakı flaqştoka Azərbaycanın bayrağı qaldırılıb. Mərasimdə Azərbaycan prezidenti Heydər Əliyev iştirak edib.

 

25 yanvar 2005 – Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçi Devid Atkinsonun (Britaniya) hazırladığı məruzə üzrə qətnamə qəbul olunub.

«ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə» adlı 1416 (2005) saylı qətnamədə Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı qeyd olunub. Qətnamədə Ermənistana BMT Təhlükəsizlik Şurasının qətnamələrini (1993) yerinə yetirmək və silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarmaq çağırışı da yer alıb. Bu, Avropa Şurasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü qəbul edilən ilk beynəlxalq əhəmiyyətli sənəd idi. 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi